Məhkəmə qərarları › İş №2-1(118)-169/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-169/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-169/2022 14.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7, digər üçüncü şəxs X12 nümayəndəsi və vəkili X22, digər üçüncü şəxs X4 iştirakları ilə, İddiaçılar İddiaçı3 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər – X20, X13 və "xxxx" MMC olmaqla) “Qusar Rayon Məhkəməsinin mövcud olmayan 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsinə əsasən X8 adına yazılmış JN 548 nömrəli, 30104018 kodlu, 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, Qusar rayonu Əcəxur Oba kəndində yerləşən 28786,06 kvadrat metr hissəsinin və həmin Dövlət Aktına əsasən verilmiş RX seriyalı ******* nömrəli, 10 may 2018-ci il tarixli Çıxarışın müvafiq hissəsinin ləğv edilməsi öhdəliyinin, həmçinin X12 vərəsə kimi qəbul etdiyi 6.926 ha torpaq sahəsindən 0.57 ha torpaq sahəsinin X4 adına özgəninkilşdirilməsinə dair 15.01.2021-ci il tarixli 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən X4 adına 05.02.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarışın və X12 miras kimi qəbul etdiyi 6.356 ha torpaq sahəsindən 3.48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninkiləşdirilməsinə dair Qusar rayon notariat kontorunun 06.04.2021-ci il tarixli, 4Ə- 761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və "xxxx" MMC-nin adına 28.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********59 reyestr nömrəli çıxarışın, 05.02.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli 6.356 ha torpaq sahəsinin X12 adına qeydiyyata alınmasına dair çıxarışın iddiaçıların mülkiyyətinə verilmiş 28786.06 kvadrat metr torpaq sahəsinə düşən hissədə ləğv edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mövcud olmayan Qusar Rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsinə əsasən X8 adına yazılmış JN 548 nömrəli KOD 30104018, 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair X32 rayonu Əcəxur Oba kəndində yerləşən 28786,06 kvadrat metr hissəsinin və həmin Dövlət Aktına əsasən verilmiş RX seriyalı ******* nömrəli, 10 may 2018-ci il tarixli Çıxarışın müvafiq hissəsinin etibarsız hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon AİK-nin 10.04.1998-ci il tarixli 15 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə Qusar rayon Əcəxur-oba kəndində yerləşən 28786,06 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin iddiaçıların ümumi mülkiyyətinə verilməsinə dair JN 213 nömrəli, KOD 30104018, 23 oktyabr 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Qeyd olunan torpaq sahəsi iddiaçıların mülkiyyətinə verildiyi vaxtdan indiyə kimi onların istifadəsindədir. Belə ki, onlar vergiləri ödəməklə həmin torpaq sahəsinə sahiblik edirlər. Məlum olmuşdur ki, sözügedən Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 213 JN nömrəli, Qusar rayon Əcəxur-Oba kəndində yerləşən 28786,06 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanunsuz olaraq Bakı şəhər sakini X9 adına JN 548 KOD 30104018 olan, 24 may 2006-cı il tarixli Dövlət Aktı işlənmiş və həmin torpaq sahəsinə Sənubər Qasımovanın adına RX seriyalı, ******* nömrəli, 10.05.2018-ci il tarixli Çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsinin Sənubər Qasımovanın mülkiyyətinə verilməsinə dair Dövlət Aktının verilməsinə əsas kimi Qusar Rayon Məhkəməsinin 14.04.2006-cı il tarixli, 2-645 a/2006 nömrəli qətnaməsi göstərilmişdir. Lakin Qusar Rayon Məhkəməsinin belə bir qətnaməsi mövcud olmamışdır. X16 və onun nümayəndəsi qismində çıxış edən qızı X3 sənədlərdən istifadə edərək iddiaçıların mülkiyyətində olan 28786,06 kvadrat metr torpaq sahəsinə yeni Dövlət Aktı və Çıxarış almışdır. X16 bir ildir ki vəfat etmiş və hazırda onun işləri qızı və eyni zamanda rəsmi nümayəndəsi X20 tərəfindən aparılır. Qeyd edilənləri nəzərə alaraq iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra İddiaçı1 münasibətdə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək X12 vərəsə kimi qəbul etdiyi 6.926 ha torpaq sahəsindən 0.57 ha torpaq sahəsinin X4 adına özgəninkilşdirilməsinə dair 15.01.2021-ci il tarixli 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən X4 adına 05.02.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarışın, həmçinin 6.356 ha torpaq sahəsindən 3.48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninkilşdirilməsinə dair Qusar rayon notariat kontorunun 06.04.2021- ci il tarixli, 4Ə- 761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və "xxxx" MMC-nin adına 28.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********59 reyestr nömrəli çıxarışın, 05.02.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********75 reyestr nömrəli 6.356 ha torpaq sahəsinin X12 adına qeydiyyata alınmasına dair çıxarışın iddiaçıların mülkiyyətinə verilmiş 28786.06 kvadrat metr torpaq sahəsinə düşən hissədə etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra İddiaçı1 münasibətdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Qusar Rayon Məhkəməsinin mövcud olmayan 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsinə əsasən X8 adına yazılmış JN 548 nömrəli, 30104018 kodlu, 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 548JN nömrəli, Qusar rayonu Əcəxur Oba kəndində yerləşən 28786,06 kvadrat metr hissəsinin və həmin Dövlət Aktına əsasən verilmiş RX seriyalı ******* nömrəli, 10 may 2018-ci il tarixli Çıxarışın müvafiq hissəsinin ləğv edilməsi öhdəliyinin, həmçinin, X12 vərəsə kimi qəbul etdiyi 6.926 ha torpaq sahəsindən 0.57 ha torpaq sahəsinin X4 adına özgəninkilşdirilməsinə dair 15.01.2021-ci il tarixli 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən X4 adına 05.02.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarışın və X12 miras kimi qəbul etdiyi 6.356 ha torpaq sahəsindən 3.48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninkiləşdirilməsinə dair Qusar rayon notariat kontorunun 06.04.2021-ci il tarixli, 4Ə- 761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və "xxxx" MMC-nin adına 28.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********59 reyestr nömrəli çıxarışın, 05.02.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********75 reyestr nömrəli 6.356 ha torpaq sahəsinin X12 adına qeydiyyata alınmasına dair çıxarışın iddiaçıların mülkiyyətinə verilmiş 28786.06 kvadrat metr torpaq sahəsinə düşən hissədə ləğv edilməsinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, iddia ərizəsində etibarsız hesab edilməsi ilə bağlı göstərilən X8 adına olan RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər əsasında qanunun tələblərinə riayət etməklə hazırlanmışdır. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edlmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Bundan əlavə araşdırma zamanı müəyyən olunmuşdur ki, RX seriyalı 12886287 nömrəli dövlət reyestrindən X2 adına qeydiyyata alınmış həmin 6.926 ha torpaq sahəsi cavabdehin məlumat bazasına əsasən digər şəxslərin adına özgəninkiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19.10.2021-ci il tarixli qərardadı ilə X20, X13 və "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 nümayəndəsi və vəkili X30 iddia tələbinə etiraz (yazılı etiraz iş materiallarına daxil edilmişdir) edərək bildirmişdir ki, X5 miras qalmış mübahisələndirilən torpaq sahəsi vərəsəlik qaydasında Jalə Əmirbəyova tərəfindən qəbul edilmişdir. İddiaçılar Qusar Rayon Məhkəməsinin sözü gedən qətnaməsinin olmadığını vurğulasalar da, həmin qətnamə mövcud olmuş və qanuni qüvvəyə minərək icra olunmuş, Sənubər Qasımovanın adına rəsmiləşdirilmiş, onun vəfatından sonra həmin torpaq sahəsi Jalə Əmirbəyova tərəfindən əmlak payı kimi qəbul edilmişdir. Həmin qətnamənin saxta olmaması Qusar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, G(029)-539/2021 saylı arayışı ilə də müəyyən edilir. İddiaçıların tələblərini təsdiq edən hüquqmüəyyənedici sənədlər və kifayət qədər sübutlar olmadığı üçün iddianın təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X17 iddia tələbinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, İddiaçı1 6.356 ha torpaq sahəsindən 3.48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninkiləşdirilməsinə dair Qusar rayon notariat kontorunun 06.04.2021-ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və “Agrarco" MMC-nin adına 28.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********59 reyestr nömrəli çıxarışın, 05.02.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********75 reyestr nömrəli 6.356 ha torpaq sahəsinin X12 adına qeydiyyata alınmasına dair çıxarışın 28786.06 kv.m. torpaq sahəsinə düşən hissədə etibarsız hesab edilərək ləğv olunmasına dair iddiası etirazla qarşılanır. Qusar rayonu, Əcəxur kəndində yerləşən 3.48 torpaq sahəsini Qusar rayon notariat kontorunun 06.04.2021-ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlər reyestrində **********59 reyestr nömrəsi ilə qeydiyyata alınaraq 28.04.2021-ci il tarixində reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Göründüyü kimi, hazırki iş üzrə "xxxx" MMC-nin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Belə ki, "Agrarco” MMC daşınmaz əmlakı vicdanlı əldə edən şəxs qismində Qusar rayonu, Əcəxur kəndində yerləşən 3.48 torpaq sahəsini Qusar rayon notariat kontorunun 06.04.2021-ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən almış və daşınmaz əmlakın dövlər reyestrində **********59 reyestr nömrəsi ilə qeydiyyata alınaraq 28.04.2021-ci il tarixində reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Bu səbəbdən də “S.A.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarında nəzərə almaqla, iddiaçının iddiası "xxxx" MMC-nin adına olan 28.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********59 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməsi xahiş edilmişdir. Digər üçüncü şəxs X13 iddia tələbinə etiraz edərək bildirdi ki, o, vicdanlı alıcıdır. Belə ki, o, 0,57 ha torpaq sahəsini 15.01.2021-ci il tarixdə X20 ilə notarial qayadada təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən almış və həmin torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona 05.02.2021-ci il tarixli çıxarış verilmişdir. Odur ki, Vüqar Məhərrəmov qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə digər iddiaçılar məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarıına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aiddir: • İş materiallarına əlavə edilmiş Qusar rayon İcra Hakimiyyəti başçısının Əcəxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05.03.2021-ci il tarixli (55, 57,58,61 nömrəli) arayışlarına əsasən iddiaçılar - İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qusar rayonunun Əcəxur kəndində yaşayırlar. • İddiaçıların cavabdeh orqana müraciətinə 24.05.2021-ci il tarixli, **********51 nömrəli məktubla imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. • Torpağa mülkiyyət hüququna dair JN 548 KOD 30104018 olan Dövlət Aktına əsasən X14 Qusar Rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli, 2-645a/2006-cı il nömrəli qətnaməsi ilə Əcəxur kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 25.53 ha torpaq sahəsi verilmişdir (25.05.2006-cı ildə). • Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 10.05.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qusar rayon, Əcəxur kəndində yerləşən 6.926 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. • Qusar Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, G(029)-833/2019 nömrəli məktubu ilə həmin məhkəmənin 2006-cı il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin, statistik kartoçkalarının qeydiyyatında 14 aprel 2006-cı il tarixli, 2-645a/20066 saylı mülki işin mövcud olmadığı qeyd edilmişdir. • JN – 213 KOD 30104018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X18, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə 7,53 ha kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün torpaq sahəsi verilmişdir (22.03.1999-cu il). • Məhkəmə sorğusu nəticəsində cavabdeh orqan tərəfindən ünvanlanmış X9 adına qeydiyyata alınmış 6,926 ha torpaq sahəsinin hazırda kimin mülkiyyətində olmasına dair qeyd olunmuşdr ki, yuxarıda qeyd olunan torpaq sahəsindən 0,57 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun 15.01.221-ci il tarixli, 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsinə və 8i-246 reyestr nömrəli bölgü planına əsasən X4 adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən onun adına 05.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli, yerdə qalan 6,56 ha torpaq sahəsinə isə X12 adına 05.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarış verilmişdir. Eləcə də, X20 6,356 ha torpaq sahəsindən 3,48 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun 06.04.2021-ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMCnn adına özgəninkiləşdirmiş və sonuncunun adına 28.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarış işlənmişdir. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 05.02.2021-ci il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Əcəxur kəndində yerləşən 0,57 ha torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı) X4 mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin planı və ölçüsü də iş materiallarına əlavə edilmişdir. 15.01.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətinə əsasən X20 0,57 ha torpaq sahəsini X1 (bölgü planı mövcuddur). • Qusar Rayon Məhkəməsinə sorğu göndərilərək həmin məhkəmənin 2-645a/2006 saylı, 14 aprel 2006-cı il tarixli qətnaməsinin, habelə həmin mülki işin göndərilməsi tələb edilmişdir. Belə ki, Qusar Rayon Məhkəməsinin 2-645a/2006 saylı, 17 aprel 2006-cı il tarixli qətnaməsinə və mülki iş materiallarında mövcud olan eyni qətnaməyə əsasən X9 cavabdehlər X15 və digərləri ilə bağladığı alqı-satqı müqavilələrinin (əqdlərin) etibarlı hesab edilməsi qət edilmişdir ki, bununla da Sənubər Qasımovanın adına Qusar rayonunun Əcəxur kəndində yerləşən 35,50 ha torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktının verilməsi əsas hesab edilmişdir. Həmin qətnamə üzrə hazırkı iş üzrə iddiaçılar ümumiyyətlə tərəf olmamışlar. • Məhkəməyə üçüncü şəxs - X12 nümayəndəsi və vəkili X30 tərəfindən təqdim olunmuş Qusar Rayon Məhkəməsinin 2-292a/2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsinə əsasən X9 cavabdehlər X10 və digərlərinə məxsus torpaq sahələrinin alqısatqısına dair cavabdehlərlə bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilmiş, həmçinin, həmin qətnamə ilə X18 tərəfindən 2,07 ha torpaq sahəsinin Sənubər Qasımovaya satıldığı müəyyən edilmişdir. Beləliklə, həmin qətnamə ilə Sənubər Qasımovanın adına Qusar rayonunun Əcəxur kəndində yerləşən 108,39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktının verilməsi əsas hesab edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələb ilə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). İşin araşdırılması zamanı müəyyən edildi ki, Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçılara 7,53 ha torpaq sahəsi ayrılmış və onların adına 22.03.1999-cu il tarixdə torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçının saxta olduğunu iddia etdiyi və məhkəmə sorğusu nəticəsində əldə edilən Qusar Rayon Məhkəməsinin 2-645a/2006 saylı, 17 aprel 2006-cı il tarixli qətnaməsində (iddia ərizəsində və Sənubər Qasımovanın adına verilmiş ЖН 548 kod 30104018 nömrəli aktda qətnamənin tarixi 14 aprel kimi göstərilmişdir) iddiaçıların adlarına rast gəlinməmiş, onlara məxsus hər hansı bir torpaq sahəsinin satılması müəyyən edilməmişdir. Lakin üçüncü şəxs X12 nümayəndəsi və vəkili X30 tərəfindən təqdim olunmuş Qusar Rayon Məhkəməsinin 2-292a/2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsində iddiaçılardan İddiaçı4, İddiaçı2 və İddiaçı1 atası X18 tərəfindən 2,07 ha torpaq sahəsinin Sənubər Qasımovaya satıldığı müəyyən edilmişdir. Belə ki, həmin qətnamə ilə Vadim Əmiraslanovun özünə məxsus 2.07 ha torpaq sahəsinin Sənubər Qasımovaya satılmasına dair alqı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. İddiaçı1 iddia tələbində X9 adına olan RX seriyalı ******* nömrəli, 10 may 2018-ci il tarixli Çıxarışın müvafiq hissəsinin, həmçinin, 0.57 ha torpaq sahəsinin X4 adına özgəninkilşdirilməsinə dair 15.01.2021-ci il tarixli 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi və 05.02.2021-ci il tarixli, **********76 reyestr nömrəli çıxarışın, eləcə də 3.48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninkiləşdirilməsinə dair 06.04.2021-ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və 28.04.2021ci il tarixli, **********59 reyestr nömrəli çıxarışın iddiaçıların mülkiyyətinə verilmiş 28786.06 kvadrat metr torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdeh orqan isə Sənubər Qasımovanın adına olan RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanunun tələblərinə riayət etməklə hazırlandığını bildirmiş və qanuni əsaslarla üçüncü şəxslərin adına özgəninkilədirilməsini qeyd edərək iddia tələbinə dair öz etirazını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinə dair irəli sürdüyü etiraz əsaslı olduğu üçün iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (139.3). Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (140). Hazırkı halda mübahisəli torpaq sahəsinə hüquqi cəhətdən başqa şəxsin hüquqları qeydə alındığından iddiaçının tələbini təmin etmək mümkün deyildir. Çünki Qusar Rayon Məhkəməsinin 2-292a/2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsi ilə iddiaçıların atası X11 özünə məxsus 2.07 ha torpaq sahəsinin Sənubər Qasımovaya satılmasına dair alqısatqı müqaviləsi etibarlı hesab edilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin qətnamədə Vadim Əmiraslanova məxsus 2,07 ha torpaq sahəsinin aid olduğu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının nömrəsi JN-213 olmuşdur ki, bu da JN – 213 KOD 30104018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə eynilik təşkil etdiyinə əsas verir. Bundan əlavə, məhkəmədə iddiaçının nümayəndəsi və vəkilinə saxta olduğunu iddia etdiyi Qusar Rayon Məhkəməsinin 2- 645a/2006 saylı, 14 aprel 2006-cı il tarixli qətnaməsinin üçüncü şəxs tərəfindən təqdim olunan 2-292a/2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsi kimi oxunmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməsi təklif olunsa da, iddiaçı tərəfindən həmin ərizənin təqdim edilməsi təmin olunmamışdır. Eləcə də, iddiaçılar mübahisəli torpaq sahəsinin onlar tərəfindən hər hansı qaydada satılmamasına dair sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bütün bu qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların mübahisələndirdikləri torpaq sahəsinin qanuni əsasla Sənubər Qasımovaya satılması və bunun nəticəsində vərəsəlik hüququ əsasında X12 həmin torpaq sahəsini özgəninkiləşdirməsi qanuni əsasla həyata keçirildiyi üçün iddia tələbi əsaslı sayıla bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər (15.1). İddia tələbinin digər hissəsinə - 0.57 ha torpaq sahəsinin X4 adına özgəninkilşdirilməsinə dair 15.01.2021-ci il tarixli 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi və 05.02.2021-ci il tarixli, **********76 reyestr nömrəli çıxarışın, eləcə də 3.48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninkiləşdirilməsinə dair 06.04.2021-ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və 28.04.2021-ci il tarixli, **********59 reyestr nömrəli çıxarışın iddiaçıların mülkiyyətinə verilmiş 28786.06 kvadrat metr torpaq sahəsinə düşən hissədə ləğv edilməsinə gəlincə isə məhkəmə qeyd edir ki, həmin tələblər birinci tələbdən asılı olduğuna və birinci tələbin təmin edilməsi mümkün olmadığına görə iddia tələbinin həmin hissəsində təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçılar iddia ərizəsində istinad etdiyi Qusar Rayon Məhkəməsinin 2-645а/2006 saylı qətnaməsində ümumiyyətlə tərəf olmadıqlarından, üçüncü şəxsin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunan 2-292а/2006 saylı qətnamə ilə müəyyən olunmuş hallar mövcud olduğundan ilkin iddia ərizəsi və ona verilmiş əlavə iddia tələbləri əsaslı hesab edilə bilməz və iddia tələbi rədd edilməlidir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar