Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1690/2022 06.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar X21 oğlunun və İddiaçı1 iştirakları ilə, İddiaçılar X21 oğlunun və İddiaçı1 cavabdeh Qubadlı rayon X4rşı “Cavabdeh üzərinə övladları 21.09.2021-ci il təvəllüdlü X1 “Əliyev”dən “Zamanlı”ya dəyişdirilməsi vəzifəsinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar X14 və İddiaçı1 21.09.2021-ci il təvəllüdlü X1 “Əliyev”dən “Zamanlı”ya dəyişdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, 06 aprel 2022-ci il tarixli, 05/Q-18/15 saylı məktubla iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Uşaqların yetkinlik yaşlarına çatmaması səbəbilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 İddiaçı1 28.10.2008-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 05.08.2010-cu il təvəllüdlü X15, 26.07.2012-ci il təvəllüdlü X17, 01.02.2014cü il təvəllüdlü X16 və 21.09.2021-ci il təvəllüdlü X18 adlı dörd övladları olmuşdur. Məlumat üçün qeyd edirlər ki, iddiaçı İddiaçı2 1993-cü il tarixdən məcburi köçkündür. Onların üç övladı “Zamanlı” soyadını daşıyır, dörüdüncü övladları olan 21.09.2021ci il təvəllüdlü X13 da həmin soyadı vermək istəyirlər. Bildirirlər ki, Zaman iddiaçının atasının adıdır və atasının adını övladlarına soyad vermək istəyirlər. Həmçinin digər üç övladı da atasının adını soyad kimi daşıyırlar. Bu səbəbdən də onlar cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə bu barədə ərizə ilə müraciət edərək övladlarının soyadını “Əliyev” dən “Zamanlı’ya dəyişdirilməsini xahiş etmişdirlər. Lakin AR ƏN Cavabdeh 05/Q- 18/15 № li, 06.04.2022-ci il tarixli məktubu ilə ərizələrinin təmin olunmasından imtina olunmuşdur. Hesab edirlər ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə görə uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əv^z edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə görə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ala adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 59.1-ci maddəsinə görə valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar X14 və İddiaçı1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçılar hazırki tələblə cavabdeh inzibati orqna müraciət etmiş, həmin orqan tərəfindən iddiaçıların müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçıların cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçılar, övladları 21.09.2021-ci il təvəllüdlü X1 “Əliyev”dən “Zamanlı”ya dəyişdirilməsini istəyirlər. Qərarın təsviri hissəsində də qeyd olunduğu kimi onların birgə nikahdan dörd övladı var: 05.08.2010-cu il təvəllüdlü X15, 26.07.2012-ci il təvəllüdlü X17, 01.02.2014-cü il təvəllüdlü X16 və 21.09.2021-ci il təvəllüdlü X18. Onların üç övladının soyadı “Zamanlı’’ dır. İş materiallarına əlavə edilmiş AZ-İİ 492522 nömrəli, AZ-İİ 958541 nömrəli, AZ İİİ 260921 nömrəli doğum haqqında şəhadətnamələrdən də görünür ki, 05.08.2010-cu il təvəllüdlü X8, 26.07.2012-ci il təvəllüdlü X11 və 01.02.2014-cü il təvəllüdlü X9 soyadı “Zamanlı” olaraq qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıların digər uşaqlarına da “Zamanlı” soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qanunun mənasına görə uşağın valideyinlərin soyadını daşımasının istisnaları ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə hesab edir ki, uşaqların mənafeyi nəzərə alınaraq, ailənin digər uşağının soyadı “Zamanlı” kimi qeyd edildiyi üçün, 21.09.2021-ci il təvəllüdlü X3 da “Əliyev”dən “Zamanlı”ya dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar X14 və İddiaçı1 övladları 21.09.2021-ci il təvəllüdlü X1 “Əliyev”dən “Zamanlı”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 övladları 21.09.2021-ci il təvəllüdlü X1 “Əliyev”dən “Zamanlı”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1690/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1690/2022
06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver