Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1691/2022 13.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi ilə, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mərhum həyat yoldaşı X2 xx.xx.N992-ci il tarixdən xx.xx.N999-cu il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət ərzində istifadə etmədiyi məzunuyyət günlərinə görə pul kompensasiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası barədə işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mərhum həyat yoldaşı X2 xx.xx.N992-ci il tarixdən xx.xx.N999-cu il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət ərzində istifadə etmədiyi məzunuyyət günlərinə görə pul kompensasiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianın əsasları: İddia onunla əsaslandırılmışdır ki, mərhum X4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri əsasında verilən göndərişlə xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək Türkiyə Cümhuriyyətində hərbi hazırlıq kursu keçmiş, Müdafiə Nazirliyinin xx.xx.N993-cü il tarixli 072 saylı əmri ilə xx.xx.N993-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N996-cı il tarixli 0N086 saylı əmri ilə xx.xx.N996-cı il tarixdən xx.xx.N999-cu il tarixədək N nömrəli hərbi hissədə zabit olaraq həqiqi hərbi xidmətdə olmuş və xx.xx.N999-cu il tarixdə 0722 saylı əmrlə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "a" bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. X4 xx.xx.N992-ci il tarixdən xx.xx.N999-ci il tarixədək xidmət dövrü ərzində məzuniyyət günlərindən istifadə etməmiş və istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya almamışdır. Bu məqsədlə xx.xx.202N-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət olunmuş və Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli 4/2079 saylı məktubu əsasında müraciət Azərbaycan Respublikası Müdafiə nazirinin N8 mart 20N5-ci il tarixli N5 nömrəli qərarı ilə təsdiq edilmiş N994-cü ilin fevralın N-dən 20N0-cu ilin iyunun N2-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanması və ödənilməsi məqsədi ilə N nömrəli hərbi hissənin istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya ödənilməsi üzrə komissiyasına göndərilmişdir. Lakin müraciətə cavab olaraq, xx.xx.N998-ci il tarixdə N nömrəli hərbi hissənin qərargahında baş vermiş yanğın hadisəsi nəticəsində xx.xx.N994cü il tarixdən xx.xx.N998-ci il tarixədək nizami hissə üzrə əmrlər kitablarının məhv olması səbəbindən xx.xx.N996-cı il tarixdən xx.xx.N998-ci il tarixədək X2 istifadə etdiyi məzuniyyət günləri barəsində məlumat əldə etmək mümkün olmadığını bildirərək məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişlər. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası qanununun NN-ci maddəsinə əsasən, ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara N0 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"-nin N2N-ci maddəsinə əsasən, növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun NN-ci maddəsinin N-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N2N-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair" xx.xx.20N4-cü il tarixli Qərarında göstərmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin mövqeyi: Cavabdeh iddiaya qarşı yazılı münasibətində qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, İddiaçı “mərhum həyat yoldaşı X2 xx.xx.N992-ci il tarixdən xx.xx.N999-cu il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə coyulması” barədə iddia ərizəsinin surəti münasibət bildirilməsi üçün aidiyyəti üzrə N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə N may 2022-ci il tarixli N5/N3N8 nömrəli məktubu ilə münasibət bildirərək qeyd etmişdir ki, 2N mart N998-ci il tarixdə N nömrəli hərbi hissənin qərargahında baş vermiş yanğın hadisəsi nəticəsində 0N fevral N994-cü il tarixdən 2N mart N998-ci il tarixədək nizami hissə üzrə əmrlər kitablarının məhv olması səbəbindən 30 noyabr N996-cı il tarixdən 25 aprel N998-ci il tarixədək X2 istifadə etmədiyi məzuniyyət günləri barədə məlumat əldə etmək mümkün olmamışdır. X4 ehtiyata buraxılarkən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N8 dekabr N999-cu il tarixli 334 nömrəli əmrilə son haqq-hesabı (N998-ci il üçün növbəti məzuniyyət 20 gün istifadə edib) ilə birlikdə verilmişdir. İş materialları: İş materiallarına aşağıdakı sənədlər daxil edilmişdir. Həmin sənədlər inzibati icraatın əsasını təşkil edir. • İş materialları ilə müəyyən olunur ki, xx.xx.N977-ci il təvəllüdlü İddiaçı xx.xx.N996-cı ildə mərhum X4 ilə rəsmi nikaha daxil olmuşdur. • AZ-İ 46N850 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.20NNci il tarixdə vəfat etmişdir. • Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli N5/32N nömrəli məktubun surətindən görünür ki, iddiaçının müraciətindən imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin N0.N2.202-ci il tarixli, 667 nömrəli arayışına əsasən mərhum Bahadır Həsənov xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək Türkiyə Cümhuriyyətində hərbi hazırllıq kursu keçmiş, xx.xx.N993-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N saylı hərbi hissədə, xx.xx.N996-cı il tarixdən xx.xx.N999-cu il tarixədək N saylı hərbi hissədə zabit kimi həqiqi hərbi xidmət keçmiş, xx.xx.N999-cu il tarixdə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. • Mərhum baş leytenant X3 məxsus şəxsi işin surətindən görünür ki, o, xx.xx.N999-cu il tarixdə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Onun xx.xx.N993-xx.xx.N999-cu illərdə həqiqi hərbi xidmətdə olması N saylı hərbi hissənin qərargah rəisi tərəfindən təsdiq edilmişdir. • İşdə olan N saylı hərbi hissə komandirinin N saylı əmrindən çıxarışa əsasən mərhum X4 N998-ci il üçün növbəti məzuniyyətdən 20 gün istifadə etmişdir. • XN məxsus ZE seriyalı ******* nömrəli hərbi bilet iş materiallarına əlavə edilmişdir. Hərbi sənəddən də görünür ki, xx.xx.N993-cü ildən xx.xx.N999-cu il tarixədək hərbi xidmətdə olmuşdur. • Məhkəmə sorğusu nəticəsində cavabdeh tərəfindən mərhum X2 istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi üçün müvafiq arayış məhkəməyə ünvanlanmışdır. Həmin arayışa əsasən iddiaçının mərhum həyat yoldaşına N993-cü il üzrə xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi diplom işi ilə əlaqədar 5 (beş) gün, xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi diplom işinin müdafiəsi ilə əlaqədar 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir. N994-cü il üzrə xx.xx.N994-cü ildən xx.xx.N994-cü il tarixə kimi 8 (səkkiz) gün müddətinə məzuniyyət (növü qeyd edilməmişdir) verilmişdir. N995-ci il üzrə xx.xx.N995-ci ildən xx.xx.N995-ci il tarixədək 6 (altı) gün müddətinə (məzuniyyətin növü qeyd edilməmişdir), xx.xx.N995-ci ildən xx.xx.N995-ci il tarixədək ailə vəziyyəti ilə əlaqədar 3 (üç) gün müddətinə, xx.xx.N995-ci ildən xx.xx.N995-ci il tarixədək 9 (doqquz) gün müddətinə (məzuniyyətin növü qeyd edilməmişdir), xx.xx.N995-ci ildən xx.xx.N995-ci il tarixədək 8 (səkkiz) gün müddətinə növbəti məzuniyyət, xx.xx.N995-ci ildən xx.xx.N995-ci il tarixədək nümunəvi xidmətə görə 6 (altı) gün müddətinə məzuniyyət verilmişdir. N996-cı il üzrə xx.xx.N996-cı ildən xx.xx.N996-cı il tarixədək bayram münasibəti ilə əlaqədar 6 (altı) gün müddətinə, xx.xx.N996-cı ildən xx.xx.N996-cı il tarixədək və xx.xx.N996-cı ildən xx.xx.N996-cı il tarixədək 26 (iyirmi altı) gün müddətinə növbəti məzuniyyət verilmişdir. xx.xx.N996-cı ildən xx.xx.N998-ci il tarixədək nizami hissə üzrə əmrlər Mərkəzi Arxivə daxil olmamışdır. N998-ci il üzrə məzuniyyətə getmə tarixi müəyyən edilməməklə xx.xx.N998ci il tarixdə məzuniyyətdən qayıtmışdır (məzuniyyətin növü qeyd edilməmişdir). Həmçinin xx.xx.N998-ci ildən xx.xx.N998-ci il tarixdə 20 (iyirmi) gün müddətinə məzuniyyət verilmişdir (məzuniyyətin növü qeyd edilməmişdir). N999-cu il üzrə xx.xx.N999-cu ildən xx.xx.N999-cu il tarixədək 25 (iyirmi beş) gün müddətinə həmin ilin hesabına növbəti məzuniyyət verilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair N0 aprel 20N5-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: N) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddiaçı İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır və həmin iddianı qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, iddiaçı ilə mərhum X4 arasında 2N avqust N996-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Yəni, iddiaçının hazırkı iddia tələbi qaldırmağa subyektiv hüququ yaranmış olur. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı müvafiq qaydada cavabdeh orqana müraciət etmiş və inzibati orqanın N5/32N nömrəli, xx.xx.2022ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.N.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı və onun mərhum həyat yoldaşı X2 yaşayış yeri Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin N-ci bəndinə əsasən hər kəsin istirahət hüququ vardır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun NN-ci maddəsinin N-ci bəndinin 20-ci abzası və Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N20-ci maddəsinin tələblərinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə N0 gün, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün, gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün, zabitlərə — hər təqvim ili üçün 45 gün, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 20N0-cu il NN may tarixli N005-İİİQD nömrəli Qanununda qeyd olunur ki, “həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. İş materiallarında olan iddiaçının mərhum həyat yoldaşına məxsus şəxsi işdən görünür ki, X4 xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək Türkiyə Cümhuriyyətində hərbi hazırlıq kursu keçmiş, Müdafiə Nazirliyinin xx.xx.N993-cü il tarixli 072 saylı əmri ilə xx.xx.N993-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N996-cı il tarixli 0N086 saylı əmri ilə xx.xx.N996-cı il tarixdən xx.xx.N999-cu il tarixədək N nömrəli hərbi hissədə zabit olaraq həqiqi hərbi xidmətdə olmuş və xx.xx.N999-cu il tarixdə 0722 saylı əmrlə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "a" bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı mərhum həyat yoldaşının istifadə edilməmiş məzuniyyətə görə kompensasiyasının ödənilməsini məhkəmədən xahiş edir. Cavabdeh orqan isə iddiaçının tələbindən əsassız olaraq imtina etmişdir. N994-cü il fevralın N-dən 20N0-cu il iyunun N2-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 20N4-cü il tarixli, 399 saylı qərarı qəbul olunmuşdur. Həmin qərara əsasən həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün N994-cü il fevralın N-dən 20N0-cu il iyunun N2-dək dövr əsas götürülür, N994-cü il fevralın N-dən 20N0-cu il iyunun N2-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 20N0-cu il N2 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir. Həmin qərarla 20N0-cu il N2 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 20N0-cu il N2 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etmək, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə almaq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılmış və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tövsiyə edilmişdir. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, müəyyən edilsin ki, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi bu qərarın 3-cü hissəsində göstərilən dövlət orqanları üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Yuxarıda qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi iddiaçının mərhum həyat yoldaşının hərbi qulluqda olduğu dövrdə istifadə etmədiyi məzuniyyət müddətləri üçün kompensasiya almaq hüququ vardır. Cavabdeh inzibati orqan öz etirazında kompensasiyanın ödənilməməsinin əsası kimi xx.xx.N994-cü il tarixdən xx.xx.N998-ci il tarixədək nizami hissə üzrə əmrlər kitablarının məhv olması səbəbindən xx.xx.N996-xx.xx.N998-ci il tarixədək olan dövrlərdə məzuniyyətdən istifadə etdiyi günlərin müəyyənləşdirilməsinin mümkün olmadığını göstərir. Məhkəmə cavabdeh inzibati orqanın bu qiymətləndirməsini qanuni və ədalətli hesab etmir. Məhkəmə hesab edir ki, qeyd olunan əmr kitablarının yanaraq məhv olması iddiaçının həmin dövrlərdə növbəti məzuniyyətindən istifadə etməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə məhkəmə sorğusu zamanı əldə edilmiş arayışdan da görünür ki, iddiaçının mərhum həyat həyat yoldaşına N993-cü il üzrə xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi diplom işi ilə əlaqədar 5 (beş) gün, xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi diplom işinin müdafiəsi ilə əlaqədar 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir. N994-cü il üzrə xx.xx.N994-cü ildən xx.xx.N994-cü il tarixə kimi 8 (səkkiz) gün müddətinə məzuniyyət (növü qeyd edilməmişdir) verilmişdir. N995-ci il üzrə xx.xx.N995-ci ildən xx.xx.N995-ci il tarixədək 6 (altı) gün müddətinə (məzuniyyətin növü qeyd edilməmişdir), xx.xx.N995-ci ildən xx.xx.N995-ci il tarixədək ailə vəziyyəti ilə əlaqədar 3 (üç) gün müddətinə, xx.xx.N995-ci ildən xx.xx.N995-ci il tarixədək 9 (doqquz) gün müddətinə (məzuniyyətin növü qeyd edilməmişdir), xx.xx.N995-ci ildən xx.xx.N995-ci il tarixədək 8 (səkkiz) gün müddətinə növbəti məzuniyyət, xx.xx.N995-ci ildən xx.xx.N995ci il tarixədək nümunəvi xidmətə görə 6 (altı) gün müddətinə məzuniyyət verilmişdir. N996cı il üzrə xx.xx.N996-cı ildən xx.xx.N996-cı il tarixədək bayram münasibəti ilə əlaqədar 6 (altı) gün müddətinə, xx.xx.N996-cı ildən xx.xx.N996-cı il tarixədək və xx.xx.N996-cı ildən xx.xx.N996-cı il tarixədək 26 (iyirmi altı) gün müddətinə növbəti məzuniyyət verilmişdir. xx.xx.N996-cı ildən xx.xx.N998-ci il tarixədək nizami hissə üzrə əmrlər Mərkəzi Arxivə daxil olmamışdır. N998-ci il üzrə məzuniyyətə getmə tarixi müəyyən edilməməklə xx.xx.N998-ci il tarixdə məzuniyyətdən qayıtmışdır (məzuniyyətin növü qeyd edilməmişdir). Həmçinin xx.xx.N998-ci ildən xx.xx.N998-ci il tarixdə 20 (iyirmi) gün müddətinə məzuniyyət verilmişdir (məzuniyyətin növü qeyd edilməmişdir). N999-cu il üzrə xx.xx.N999-cu ildən xx.xx.N999-cu il tarixədək 25 (iyirmi beş) gün müddətinə həmin ilin hesabına növbəti məzuniyyət verilmişdir. Belə ki, arayışdan da göründüyü kimi iddiaçıya N993-N999-cu illər üzrə növbəti məzuniyyətin verilməsi yalnız xx.xx.N995-ci ildən xx.xx.N995-ci il tarixədək 8 (səkkiz) gün müddətinə, xx.xx.N996-cı ildən xx.xx.N996-cı il tarixədək və xx.xx.N996-cı ildən xx.xx.N996-cı il tarixədək 26 (iyirmi altı) gün müddətinə və xx.xx.N999-cu ildən xx.xx.N999-cu il tarixədək 25 (iyirmi beş) gün müddətinə verilməsi müəyyən edilmişdir. Arayışda qeyd olunan digər məzuniyyətlər növbəti məzuniyyət günləri olmadığı üçün və növbəti məzuniyyətdən istifadə edilmənin aşkar edilməsi cavabdeh tərəfindən sübut edilmədiyi üçün iddiaçının tələb etdiyi günlərdə istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi təmin edilməlidir. Bütün bunları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının mübahisəli dövrlərdə əmək məzuniyyətindən istifadə etdiyi günlərin müəyyən olunması inzibati orqanın məsuliyyəti kimi müəyyən olunduğuna, bu halın inzibati orqan tərəfindən sübut olunması müəyyən olunmadığına görə, həmin dövrlərdə iddiaçının qanunvericiliklə müəyyən olunmuş əmək məzuniyyətindən istifadə etməməsi əsas götürülərək müvafiq hesablama aparılmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının mərhum həyat yoldaşı X2 xx.xx.N992-ci il tarixdən xx.xx.N999-cu il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət ərzində istifadə etmədiyi məzunuyyət günlərinə görə (N994-cü il fevralın N-dən 20N0-cu il iyunun N2-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 20N4-cü il tarixli, 399 saylı qərarı nəzərə alınmaqla) pul kompensasiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum həyat yoldaşı X2 xx.xx.N992-ci il tarixdən xx.xx.N999-cu il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət ərzində istifadə etmədiyi məzunuyyət günlərinə görə (N994-cü il fevralın N-dən 20N0-cu il iyunun N2-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 20N4-cü il tarixli, 399 saylı qərarı nəzərə alınmaqla) pul kompensasiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1691/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1691/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver