Məhkəmə qərarları › İş №2-1(118)-1692/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1692/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1692/2022 21.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “ona yeni doğum haqqında şəhadətnamənin verilməsi və həmin doğum akt qeydində onun adının “Elgün”dən “Ergün” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideynləri - X3 ilə X1 29 mart 1995-ci il tarixində Bakı şəhərində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.1996-cı il təvəllüdlü X4 və xx.xx.1998-ci il təvəllüdlü İddiaçı dünyaya gəlmişdir.İddiaçının- xx.xx.1998-ci il təvəllüdlü İddiaçı doğum haqqında şəhadətnaməsində ad qrafasında yanlışlıqla “Elgün” olaraq qeyd olunmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş 291 nömrəli, 21 sentyabr 1998-ci il tarixli İddiaçı doğumu haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Elgürdən “Ergün”ə dəyişiklik edilməsi barədə cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 05 aprel 2022-ci il tarixli, 05/9-437/15 nömrəli cavab məktubunda dəyişikliyin aparılmasının mümkün olmaması, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi qeyd olunmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçının vəkili iddia tələbini dəyişdirərək, iddiaçının adının Elgündən Ergünə dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmədən xahiş etmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclaslarına onların nümayəndəsinin iştirakı olmadan baxılsın. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli, 05/9-437/15 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 291 nömrəli akt qeydinin surəti, Şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.2ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində xx.xx.1998-ci il tarixdə VVAQ-da tərtib edilmiş 291 saylı doğum haqqında akt qeydində adı “Elgün” kimi qeyd edilmişdir. Halbuki, iddiaçının adı Ergündür. Belə ki, bu fakt onun adına olan bütün rəsmi sənədlərdə öz təsdiqini tapır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adı doğum qeydində Ergün kimi qeyd olunub. Ona görə də iddiaçı Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarında əks olunmuş hüquqlarından istifadə edərək adının dəyişdirilməsi qərarına gəlib. Bunula bağlı iddiaçı Cavabdehnə müraciət edərək, adının “Elgün”dən “Ergün” adına dəyişdirilməsi istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının adının dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, Şamaxı rayon VVAQ-da xx.xx.1998-ci il tarixdə 291 nömrə ilə qeydə alınmış doğum akt qeydində iddiaçının adının “Elgün”dən “Ergün” adına dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçının adına qeydə alınmış doğum akt qeydlərində onun adının “Elgün”dən “Ergün” adına dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar