Məhkəmə qərarları › İş №2-1(118)-1693/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1693/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1693/2022 09.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 09 iyul 1984-cü il tarixdən 21 yanvar 1994-cü il tarixə kimi Xaçmaz rayonunda fəaliyyət göstərən “Xalça” istehsalı müəssisəsində toxucu kimi işlədiyi və 23 iyun 2001-ci il tarixdən fasiləsiz olaraq sağlamlıq imkanları məhdud, daha sonra isə İ qrup əlil olan qızı Qarayevə(Ələsgərova) Şəbnəm Şahməmməd qızına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edimişdir. İddiaçı razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1964-cü ildə Xaçmaz rayonu, Canaxır kəndində anadan olmuşdur. 18 iyul 1986-cı ildə X1 ilə rəsmi nikah qeyd etdirərək Quba rayonu, Qonaqkənd qəsəbəsinə gəlin köçmüşdür. Birgə nikahlarından doğulmuş 19 iyun 1997-ci il təvəllüdlü qızı Qarayevə (Ələsgərova) Şəbnəm Şahməmməd qızı 2001-ci ildən sağlamlıq imkanları məhdud uşaq kimi dövlətdən sosial ödəniş almağa başlamışdır. Qızına anadan olduğu gündən, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən 23 iyun 2001-ci il tarixdən bu günə kimi də özü baxıb qulluq edir. X4 (Ələsgərova) 18 yaşı tamam olduğu 19 iyun 2015-ci il tarixdən ona sağlamlıq imkanları məhdud uşaq kimi verilən sosial ödənişin verilməsi dayandırılmış 08 iyul 2015 il tarixdə birinci dərəcəli əlillik təyin edilmişdir. Bununla bağlı Tibbi Sosial Ekspertiza və Reablitasiya Mərkəzinin elektron sistemindən çıxarışı və 02 noyabr 2015-ci il tarixdə verilmiş vəsiqəni ərizəyə əlavə etmişdir. Lakin imtina məktubunda 2015-ci ilin iyun ayından 2017-ci ilin avqust ayına qədər əlillik müddəti ümumiyyətlə hesablanmamışdır. Qeyd edir ki, 19 iyun 2015-ci il tarixdən 01 avqust 2017-ci il tarixədək olan dövrdə qızının sağlamlığında hər hansı möcüzəvi irəliləyiş baş verməmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, o, 09 iyul 1984-cü ildən 21 yanvar 1994-cü il tarixədək Xaçmaz rayonunda yerləşən “Xalça” istehsalı müəssisəsində toxucu işləmişdir. Həmin müəssisədə işlədiyi müddətdə müəssisənin məsul işçilərinin məsuliyyətsizliyi üzündən adına əmək kitabçası yazılmadığından, işlədiyi müddət əmək kitabçasında qeyd olunmamışdır. Həmin müəssisədə qeyd olunan müddətdə işləməyi adına verilmiş Xaçmaz rayon Dövlət Arxivinin 16 dekabr 2021 -ci il tarixli, 1261 nömrəli arxiv arayışı və həmin tarixli 1262 nömrəli arxiv çıxarışı ilə təsdiq olunur. Həqiqətən qeyd etdiyi müəssidə göstərdiyi müddətdə işləməklə əmək haqqı almışdır. Arxiv çıxarışında işdən çıxma aşkar olunmadığı da qeyd edilmişdir. İddiaçı sağlamlıq imkanları məhdud uşağına baxaraq ona qulluq etməsi əsası ilə yaşa görə əmək pensiyası hüququ 5 il azaldılmaqla təyin edilmə imkanı qanunvericilikdə nəzərdə tutulduğu üçün bununla bağlı cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh təşkilatın 16 mart 2022- ci İİ tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında inzibati aktı ilə ona sığorta stajının 22 il 10 ay 14 gün olduğu və 25 il təşkil etmədiyi üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı qeyd edilən imtina cavabı ilə razılaşmır. Belə ki, cavabdeh təşkilat İ qrup əlil övladına qulluq etdiyi 19 iyun 2015-ci il tarixdən 01 avqust 2017-ci il tarixədək olan dövrü nəzərə almamış, eyni zamanda Xaçmaz “Xalça” istehsalat müəssisəsində işlədiyi 09 iyul 1984-cü ildən 21 yanvar 1994-cü il tarixədək olan və arxiv arayışları ilə təsdiq olunan dövrdə stajını təxminən 4 il 5 ay 18 gün kimi hesablamışdır. Halbuki həmin müddət təxminən 10 ildir. Arxiv arayışında 1990 və 1991-ci illərdə əmək haqqı almağı ilə bağlı hər hansı qeyd olmasa da, arxiv çıxarışında 06 iyul 1990-ci il tarixli, 109 nömrəli əmrlə uşağın bir yaşı tamam olana qədər haqqı qismən ödənilməklə məzuniyyətə getməyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Hətta həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 67-ci maddəsinin e bəndinə əsasən işləməyən ananın belə körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək iş stajına daxil edilir. Demək ki, 09 iyul 1984-cü il tarixdən 21 yanvar 1994-cü il tarixə kimi Xaçmaz rayonunda fəaliyyət göstərən “Xalça” istehsalı müəssisəsində toxucu kimi işlədiyi bütün müddət analıq məzuniyyətində olduğu müddətlər də aid olmaqla iş stajına daxil edilməlidir. Göründüydü kimi onun hal-hazırda yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 ildən artıq stajı həm işlədiyi, həm də sağlamlıq imkanları məhdud, sonradan isə İ qrup əlil qızına qulluq etdiyi üçün yaranmışdır, lakin cavabdeh təşkilat ona əmək pensiyası təyin etməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubla imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, sağlamlıq imkanları məhdud övladına xx.xx.2001- ci il tarixindən xx.xx.2015-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2022ci il tarixədək qulluq etdiyi dövr (18 il 4 ay 26 gün) və təqdim etdiyi arxiv arayışında qeyd olunan dövrlər (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduğu halda) nəzərə alındığı təqdirdə 22 il 10 ay 14 gün təşkil edir ki, bu qanunvericiliklə tələb olunan müddətdən azdır. Bu səbəbdən yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı qeyd edilmişdir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, İddiaçı 2001-ci ildən xx.xx.2022-ci il tarixədək qızı, xx.xx.1997-ci il təvəllüdlü 1-ci qrup əlil Qarayevə (Ələsgərova) Şəbnəm Şahməmməd qızına kənar şəxsin qulluğuna ehtiyacı olduğu üçün qulluq etmişdir. Həmin aktı imza edən Komissiyanın sədri Ramil İsmayılov, komissiyanın üzvləri Mariyə Məmmədova və Qəmbər Abdullayev, İddiaçı Qarayevə (Ələsgərova) Şəbnəm Şahməmməd qızına qulluq etdiyini təsdiq edirlər. Təqdim edilən sənədlərə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.3.3-cü bəndinə əsasən 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur: qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı və yaşı təsdiq edən sənəd, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və şöbələrin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur. Analoji iş ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-1989/2020 nömrəli qərarına əsasən şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən tərtib olunmuş aktın mötəbər sübut kimi qəbul edilməli olduğu barədə kassatorun dəlilini məhkəmə kollegiyası əsassız sayır. Çünki bu faktın müəyyən olunması üçün qanunla konkret qaydalarla yanaşı, aktı tərtib etməli olan səlahiyyətli orqanlar müəyyən olunmuş və bu orqanların komissiya kimi birgə hərəkət etməsi nəzərdə tutulmuşdur Aktın tərtibində DSMF orqanı nümayəndəsinin iştirakının zəruriliyi, bu sahədə idarəetməni həyata keçirən orqan olmasından irəli gəlir. Komissiya kollegiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Komissiyanın tərkibində DSMF- nin nümayəndəsinin olmaması, bu komissiyanın səlahiyyətli olmamasına gətirib çıxarır. Ona görə də DSMF-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş akt qanuna uyğun hesab oluna bilməz. Əlavə olaraq qeyd edirlər ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaina daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları" ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə bilrlikdə təqdim olunsun və kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə"yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajınının olmaması pensiya təminatına imkan vermir və bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı onun 09 iyul 1984-cü il tarixdən 21 yanvar 1994-cü il tarixə kimi Xaçmaz rayonunda fəaliyyət göstərən “Xalça” istehsalı müəssisəsində toxucu kimi işlədiyi və 23 iyun 2001-ci il tarixdən fasiləsiz olaraq sağlamlıq imkanları məhdud, daha sonra isə İ qrup əlil olan qızı Qarayevə(Ələsgərova) Şəbnəm Şahməmməd qızına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, İddiaçı 2001-ci ildən xx.xx.2022-ci il tarixədək qızı, xx.xx.1997-ci il təvəllüdlü 1-ci qrup əlil Qarayevə (Ələsgərova) Şəbnəm Şahməmməd qızına kənar şəxsin qulluğuna ehtiyacı olduğu üçün qulluq etmişdir. Həmin aktı imza edən Komissiyanın sədri Ramil İsmayılov, komissiyanın üzvləri Mariyə Məmmədova və Qəmbər Abdullayev, İddiaçı Qarayevə (Ələsgərova) Şəbnəm Şahməmməd qızına qulluq etdiyini təsdiq edirlər. Təqdim edilən sənədlərə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.3.3-cü bəndinə əsasən 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur: qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı və yaşı təsdiq edən sənəd, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və şöbələrin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur. Analoji iş ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-1989/2020 nömrəli qərarına əsasən şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən tərtib olunmuş aktın mötəbər sübut kimi qəbul edilməli olduğu barədə kassatorun dəlilini məhkəmə kollegiyası əsassız sayır. Çünki bu faktın müəyyən olunması üçün qanunla konkret qaydalarla yanaşı, aktı tərtib etməli olan səlahiyyətli orqanlar müəyyən olunmuş və bu orqanların komissiya kimi birgə hərəkət etməsi nəzərdə tutulmuşdur Aktın tərtibində DSMF orqanı nümayəndəsinin iştirakının zəruriliyi, bu sahədə idarəetməni həyata keçirən orqan olmasından irəli gəlir. Komissiya kollegiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Komissiyanın tərkibində DSMF- nin nümayəndəsinin olmaması, bu komissiyanın səlahiyyətli olmamasına gətirib çıxarır. Ona görə də DSMF-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş akt qanuna uyğun hesab oluna bilməz. Əlavə olaraq qeyd edirlər ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaina daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları" ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə bilrlikdə təqdim olunsun və kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə"yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajınının olmaması pensiya təminatına imkan vermir və bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin etirazı əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Xaçmaz rayon Dövlət Arxivinin 16 dekabr 2021-ci il tarixli 1261 №li arayışda qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Xalça” istehsalı müəssisəsində işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya yaşa görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarıının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Göründüyü kimi qaydalardada müvafiq aktın tərtib olunmasında həm şəhər (rayon) icra hakimiyyəti orqanlarına həmdə müvafiq şöbənin və ya İdarənin nümayəndələrindən ibarət yaradılacaq komissiyaya səlahiyyət verilmişdir. Yuxarıda qeyd olunduğu kimi müvafiq icra hakimiyyəti orqanının aktı ilə iddiaçının əlil uşağına qulluq etməsi öz təsdiqini tapmışdır. İddiaçı qeyd edir ki o, 23 iyun 2001-ci il tarixdən fasiləsiz olaraq sağlamlıq imkanları məhdud, daha sonra isə İ qrup əlil olan qızı Qarayevə(Ələsgərova) Şəbnəm Şahməmməd qızına qulluq edir. İddiaçının bu dəlili iş materialları ilə də öz təsdiqini tapır. Belə ki, Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 28 aprel 2022-ci il tarixli 03 saylı Aktında qeyd edilir ki, İddiaçı 2001-ci ildən xx.xx.2022-ci il tarixədək qızı, xx.xx.1997-ci il təvəllüdlü 1-ci qrup əlil Qarayeva (Ələsgərova) Şəbnəm Şahməmməd qızına kənar şəxsin qulluğuna ehtiyacı olduğu üçün qulluq etmişdir. Bununla əlaqədar müvafiq araşdırma aparılmış və aktın verilməsinə əsas olmuş sənədlər iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanın aktda qeyd edilənlərin həqiqiliyinə şübhəsi olduğu halda özü qanunvericiliyin göstərişi üzrə inzibati araşdırma funksiyasını yerinə yetirə bilər və bununla bağlı sübutları məhkəməyə təqdim edə bilər. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hazırki halda məhkəməyə təqdim edilmiş sənədlərin mötəbərliyinə münasibətdə hərhansı şübhə müəyyən olunmur. Əmək pensiyaları haqqında qanunun 8.2-ci maddəsinə əsasən Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçıda sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyinə görə həmin normada müəyyən edilən güzəştdən istifadə etmək hüququ qazanmışdır. Beləliklə, məhkəməyə təqdim edilmiş pensiya iş materialları ilə və qeyd edilən digər sübutları nəzərə alanda və Əmək pensiyaları haqqında qanunun 8.2-ci maddəsini hazırkı işə tətbiq edəndə müəyyən olunur ki, iddiaçının yaşa görə pensiya hüququ yaranmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Xalça” istehsalı müəssisəsində işlədiyi dövrlər və qızı 1-ci qrup əlil Qarayeva (Ələsgərova) Şəbnəm Şahməmməd qızına qulluq etdiyi dövrlər sığorta stajına daxil edildikdə iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır və o pensiya yaşına çatdığına görə məhkəmə hesab edir ki, ona pensiya təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 09 iyul 1984-cü il tarixdən 21 yanvar 1994-cü il tarixə kimi Xaçmaz rayonunda fəaliyyət göstərən “Xalça” istehsalı müəssisəsində toxucu kimi işlədiyi və 23 iyun 2001-ci il tarixdən fasiləsiz olaraq sağlamlıq imkanları məhdud, daha sonra isə İ qrup əlil olan qızı Qarayevə(Ələsgərova) Şəbnəm Şahməmməd qızına qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar