Məhkəmə qərarları › İş №2-1(118)-1696/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1696/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1696/2024 30.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Quba rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya xəbərdarlıq edilmədən və əvvəlcədən dəyəri ödənilmədən, onun mülkiyyətində olan Quba rayonu ərazisində, Bakı- Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsini və qanuni əsaslarla istifadəsində olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsini, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli (yəni xx.xx.2021-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizədən əvvəl) sərəncamı əsasında “X6” MMC-nin istifadəsinə verilməsi hərəkətinin qanunsuz hesab edilməsi; iddiaçının cavabdehə edilmiş iki müraciətinə cavab verməməklə, cavabdeh tərəfindən göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; cavabdehin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə iddiaçıya dəymiş 350.000 manat zərərin əvəzi olaraq, beh məbləği çıxılmaqla, 325.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “iddiçıya məxsus Quba rayonu ərazisində Bakı-Rustov Magistral yolunun üzərində inşa olunmuş 1.5 ha torpaq sahəsində yerləşən 14 saylı yanacaq doldurma məntəqəsininvə torpaq sahəsinin dövlətə qaytarıldığına görə həmin əmlakın ədalətli dəyərindən, yəni 350000 manatdan ödənilmiş beh çıxılmaqla cavabdehdən 250000 manat maddi zərərin tutulması və iddiaçıya ödənilməsinə” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi ərizəsi ünvanlayaraq, “iddiaçıya xəbərdarlıq edilmədən və əvvəlcədən dəyəri ödənilmədən, onun mülkiyyətində olan Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsini və qanuni əsaslarla istifadəsində olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsini, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli (yəni xx.xx.2021-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizədən əvvəl) sərəncamı əsasında “X6” MMC-nin istifadəsinə verilməsi hərəkətinin qanunsuz hesab edilməsi; iddiaçının cavabdehə edilmiş iki müraciətinə cavab verməməklə, cavabdeh tərəfindən göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; cavabdehin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə iddiaçıya dəymiş 350.000 manat zərərin əvəzi olaraq, beh məbləği çıxılmaqla, 325.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ilin fevral ayında Quba rayon İH-nin müavini Ruslan Şahbalayev iddiaçını icra hakimiyyətinə dəvət etmiş və ona məxsus Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 1,5 ha torpaq sahəsində yerləşən 14 saylı Yanacaq doldurma Məntəqəsini və torpaq sahəsini sərfəli qiymətə almaq istəyən iş adamlarının olduğunu bildirmişdir. Həmin şəxslərin, yəni obyekti alanların kimliyi barədə iddiçıya heç bir məlumat verilməmişdir. Obyektin alqı-satqısı ilə bağlı uzun sürən danışıqlardan sonra Ruslan Şahbalayev ilə ilkin razılaşma əldə olunmuş və müqavilə şərtləri aşağıdakı qaydada şərtləşdirilmişdir: “Quba rayon İH-nin adından X3 iştirak edərək, İddiaçı beh olaraq 25 000 manat nağd pul verir və 5 ay ərzində obyekti almaq istəyən şəxslərin adına bütün cənədləşdirmə işləri aparıldıqdan sonra, obyektin razılaşdırılmış 350 000 manat bazar qiymətindən, ödənilmiş 25 000 manat beh məbləği çıxıldıqdan sonra, qalan 325 000 manat İddiaçı ödənilməlidir; İddiaçı beh olaraq 25 000 manat nağd pulu X2 qəbul edir və bunun əvəzində yuxarıda qeyd olunan obyektin alqısatqısını həyata keçirmək üçün, həmin obyektin digər şəxslərin adına keçirməsinə etiraz etmir və 5 ay ərzində qalan 325 000 manatı pulu qəbul edir.” İcra Hakimiyyətinin hüquqşünasları xx.xx.2021-ci il tarixdə, İddiaçı Quba Regional "Asan Xidmət" mərkəzində Notariat ofisinə dəvət etmiş və həmin hüquqşünaslar tərəfindən tərtib olunmuş aşağıdakı məzmunda ərizənin təsdiq olunmasını və bundan sonra 25 000 manat behin veriləcəyini bildirmişlər: “İddiaçı 07,05.2021-ci il tarixli notariat qaydada təsdiqlənmiş ərizəsində göstərilmişdir ki, "Quba rayonu Xalq Deputatları İcrayə Komitəsinin 31,07.1989-cu il tarixli Qərarı və Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qətnaməsi ilə mülkiyyət və sahibliyində olan yanacaq doldurma məntəqəsinin və torpaq sahəsinin dövlətə geri qaytarılmasına və digər şəxslərin sahibliyinə verilməsinə etiraz etmir. Bununla əlaqədar gələcəkdə hər hansı bir tələb və şikayəti olmayacaq."” Həmin ərizə notariat qaydada təsdiqləndiyi an, X1 Məsmə Nurulla qızının oğlu-Əsəd Əliyevə İcra hakimiyyətinin binasında 25 000 manat beh məbləğini ödəmişdir. Göstərilənlərlə əlaqədar Quba rayon İH-nə müraciət olumuş və qalan 325 000 manatın 10 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Eləcə da, Azərbaycan Respublikasının Prezideninə müraciət edilmiş və Quba rayon İH tərəfindən qalan 325 000 manatın ödənilməsində köməklik göstərilməsi xahiş olunmuşdur. Hal-hazıradək, Quba rayon İH tərəfindən heç bir əməli tədbir görülmədiyindən və müraciətimizə ümumiyyətlə cavab verilmədiyindən məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər, cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir. Məhkəmə qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: 1 saylı Yerli İqtisad Məhkəməsinin 1282/5-270 saylı, 05 iyul 2007-ci il tarixli qətnaməsi; Bakı-Rustov magistral yolunun üzərində yerləşən yanacaqdoldurma məntəqəsinin sxemi və digər sənədlər daxildirlər. Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia əsassız iddia olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xəbərdarlıq edilmədən və əvvəlcədən dəyəri ödənilmədən, onun mülkiyyətində olan Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsini və qanuni əsaslarla istifadəsində olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsini, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli (yəni xx.xx.2021-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizədən əvvəl) sərəncamı əsasında “X6” MMC-nin istifadəsinə verilməsi hərəkətinin qanunsuz hesab edilməsi; iddiaçının cavabdehə edilmiş iki müraciətinə cavab verməməklə, cavabdeh tərəfindən göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; cavabdehin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə iddiaçıya dəymiş 350.000 manat zərərin əvəzi olaraq, beh məbləği çıxılmaqla, 325.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə qeyd olunan torpaq sahəsi ilə bağlı cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati akt və ya cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə bağlı müraciət etmək üçün hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, iddiaçı həmin ərazidə - Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsinin və qanuni əsaslarla istifadəsində olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsinin ona məxsus olmasına dair nə inzibati icraat zamanı, nə də məhkəmə icraatı zamanı hər hansı sübut (hüquqmüəyyənedici sənəd) təqdim etməmişdir. İddiaçıya ünvanlanmış sorğu əsasında, mübahisə predmeti olan - Quba rayonu, Bakı-Rastov Magistral yolunda yerləşən 1.5 ha torpaq sahəsinə dair iddiaçıya məxsus bütün sənədlərin məhkəməyə təqdim edilməsini tələb edilsə də, iddiaçı tərəfindən torpaq sahəsinə dair hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı əsasında mübahisəli torpaq sahəsi və yanacaqdoldurma məntəqəsinin “X6” MMC-nin istifadəsinə verilməsinə dair hərəkətlərinin qanunsuz olması barədə heçbir sübut olmadığından, məhkəmə iddiaçı tərəfindən tələb edilən kompensasiya məbləğinin də ödənilməsi üçün əsasların mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Quba rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya xəbərdarlıq edilmədən və əvvəlcədən dəyəri ödənilmədən, onun mülkiyyətində olan Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsini və qanuni əsaslarla istifadəsində olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsini, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli (yəni xx.xx.2021-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizədən əvvəl) sərəncamı əsasında “X6” MMC-nin istifadəsinə verilməsi hərəkətinin qanunsuz hesab edilməsi; iddiaçının cavabdehə edilmiş iki müraciətinə cavab verməməklə, cavabdeh tərəfindən göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; cavabdehin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə iddiaçıya dəymiş 350.000 manat zərərin əvəzi olaraq, beh məbləği çıxılmaqla, 325.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Quba rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya xəbərdarlıq edilmədən və əvvəlcədən dəyəri ödənilmədən, onun mülkiyyətində olan Quba rayonu ərazisində, Bakı- Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsini və qanuni əsaslarla istifadəsində olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsini, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli (yəni xx.xx.2021-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizədən əvvəl) sərəncamı əsasında “X6” MMC-nin istifadəsinə verilməsi hərəkətinin qanunsuz hesab edilməsi; iddiaçının cavabdehə edilmiş iki müraciətinə cavab verməməklə, cavabdeh tərəfindən göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; cavabdehin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə iddiaçıya dəymiş 350.000 manat zərərin əvəzi olaraq, beh məbləği çıxılmaqla, 325.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar