Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1698/2024 09.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Sumqayıt şəhər Corat qəsəbə İN-i tərəfindən xx.xx.1984-cü ildə tərtib edilmiş 05 nömrəli ölüm haqqında akt qeydində X1 ata adının “Mamed”-dən dəyişdirilərək “Məmmədcəfər” olaraq qeyd edilməsi və bu barədə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Sumqayıt şəhər Corat qəsəbə İN-i tərəfindən xx.xx.1984-cü il tarixdə tərtib edilmiş 05 nömrəli ölüm haqqında akt qeydində X1 ata adının “Məmmədcəfər”-dən dəyişdirilərək “Mamed” olaraq qeyd edilməsi və bu barədə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1985-ci il tarixdə anadan olmuş, hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Bildirir ki, X3 onun babasıdır, yəni, atası - X5 atasıdır. X3 28 noyabr 1983-cü il tarixdə vəfat etmiş, Sumqayıt şəhər Corat qəsəbə İN-i tərəfindən xx.xx.1984-cü il tarixdə tərtib edilmiş 05 nömrəli ölüm haqqında akt qeydində X1 ata adı “Məmmədcəfər” əvəzinə “Mamed” olaraq qeyd edilmişdir. Qeyd edir ki, bu hal ona yenicə aydın olmuşdur. Belə ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 54 saylı evin yerləşdiyi 600 kv.m. torpaq sahəsinin vərəsəlik qaydasında qəbul edilməsi üçün tərəfindən müvafiq notariat ofisinə müraciət etmiş, lakin X1 ata adı “Mamed” olaraq qeyd edildiyi üçün düzəliş edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etməyini bildirilmişdir. Bu səbəbdən də əmisi X7 akt qeydində ata adının “Məmməd”dən “Məmmədcəfər”ə dəyişiklik edilməsinə dair Cavabdehnə müraciət etmiş, lakin qeydiyyat şöbəsinin 06 may 2023-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Əliyev Ağayarın ata adı “Məmmədcəfər” olmuşdur.Belə ki, övladlarının doğum haqqında şəhadətnamələrində ata qrafasmda da X4raq qeyd edilmişdir. Həmçinin özünün qəbir daşında, həmçinin qardaşının qəbir daşında da ata adı olaraq “Məmmədcəfər” olaraq qeyd edilmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verdiyi məktubdan görünür ki, iddiaçının müraciətinin həllindən imtina edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 5/8/xx/xx/2023 nömrəli imtina məktubu, ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının babası X2 Sumqayıt şəhər Corat qəsəbə İN-i tərəfindən xx.xx.1984-cü il tarixli, 05 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydində iddiaçının babasının ata adı “Mamed” kimi qeyd edilmişdir. Lakin, iddiaçıya sonradan məlum olmuşdur ki, onun babasının ata adı səhvən “Mamed” kimi qeyd olunub. Halbuki, iş materiallarında olan digər sənədlərdə iddiaçının babasının ata adı “Məmmədcəfər”dir. İddiaçı babasının ata adına olan ölüm haqqında akt qeydində uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər Corat qəsəbə İNi tərəfindən xx.xx.1984-cü ildə tərtib edilmiş 05 nömrəli ölüm haqqında akt qeydində iddiaçının mərhum babasına aid müvafiq düzəlişin edilməsində istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər Corat qəsəbə İN-i tərəfindən xx.xx.1984-cü ildə tərtib edilmiş 05 nömrəli ölüm haqqında akt qeydində X1 ata adının “Mamed”-dən dəyişdirilərək “Məmmədcəfər” olaraq qeyd edilməsi və bu barədə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1698/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1698/2024
09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver