Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1699/2021 23.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “AA № 477416 doğum şəhadətnaməsində qeyd edilən soyadının “Cəbiyeva”-dan” “Cəbrayılova”-ya, ata adının isə “Salam”-dan “Abdulsalam”-a dəyişiklik edilməsi öhdəliyinin Cavabdehnə həvalə olunmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “AA № 477416 doğum şəhadətnaməsində qeyd edilən soyadının “Cəbiyeva”-dan” “Cəbrayılova”-ya, ata adının isə “Salam”-dan “Abdulsalam”-a dəyişiklik edilməsi öhdəliyinin Cavabdehnə həvalə olunmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə qeydiyyatdadır və yaşayır. Uzun illərdir ki, müxtəlif xəstəliklərə düçar olmuş, yataq xəstəsi kimi kiminsə köməyinə ehtiyacı olmuşdur. Tək başına özünə qulluq edə bilməmiş, gəzə bilməmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinin səbəbi onunla qardaşının ata soyadlarının uyğunsuzluğu ilə bağlı olmuşdur. Hüseynova soyadı onun ər soyadıdır. Belə ki, qardaşı X5 vərəsəlik işi ilə bağlı müəyyən sənədlər toplayırdı. İddiaçının Doğum haqqında şəhadətnaməsində soyad qeyd edilən qrafada Cəbrayılova əvəzinə Cəbiyeva qeyd edilmişdir. Elə buna görə də hazırda çətinliklə üzləşmişdirlər. O zamanlar bilmədiklərinə görə bu yanlışın düzəlməsi üçün heç bir hərəkət etməmişdirlər. Qardaşı onun əvəzindən məhkəmə iclaslarında çıxış edəcəkdir. İclas zamanı o, etibarnaməni təqdim edəcək. İlk öncə məsələnin həllindən ötrü Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən nümayəndəsi olan qardaşı X3 05.12.2020-ci il tarixli məktub verilərək, izah edilmişdir ki, düzəliş üçün kifayət qədər əsaslar olmadığından aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. İddiaçı bununla bağlı Sumqayıt İnzibati Məhkəməsinə məcburetmə iddia tələbi ilə müraciət edərək, AA № 477416 doğum şəhadətnaməsində qeyd edilən soyadının “Cəbiyeva” -dan” “ Cəbrayılova”-ya dəyişiklik edilməsi öhdəliyinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-704/2021 saylı, 15.03.2021-ci il tarixli Qərardadı ilə iddia tələbinin baxılması mümkün sayılmaması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-704/2021 saylı, 15.03.2021-ci il tarixli Qərardadı belə əsaslandırılmışdır ki, belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339- cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməyə imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-704/2021 saylı, 15.03.2021-ci il tarixli Qərardadını da ərizəyə əlavə edərək, yenidən Abşeron Rayon Məhkəməsinə müraciət etmişdirlər. Abşeron Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(012 3415/2021 saylı qərardadı ilə mənim maraqlı şəxs X2rşı "doğum haqqında şəhadətnamədə soyadı dəyişdirilməsi" barədə ərizəsindən iddanın yolverilməzliyinə görə imtin olunması qərara alınmışdır (hakim Elman Məmmədov). Abşeron Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(012] 3415/2021 saylı qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi Abşeroı rayon qeydiyyat şöbəsinin müvafiq qurumunun imtinasından inzibai qaydada yuxarı orqana və ya Cavabdehı imtinasından ərazi vahidi üzrə inzibati məhkəməyə müraciət etməlidir. 1930-cu təvəllüdlü ahıl yaşlı qadın məhkəmə qapılarında sürünür. Rayon məhkəməsi deyir inzibati baxmalıdır, inzibati deyir rayon məhkəməsi baxmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Cavabdeh bildirir ki, İddiaçı doğum haqqında akt qeyinin uşaq bəndində soyadının “Cəbiyeva”dan “Cəbrayılova” ya, ata adının “Salam” dan “Abdulsalam”a düzəliş edilməsi ilə şöbəyə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirirlər ki, düzəliş üçün kifayət qədər əsaslar olmadığı üçün vətəndaşa aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 05 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Hazırkı işdə iddiaçı vəfat etdiyi üçün məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizədən göründüyü kimi hazırki iş üzrə iddiaçının ad-soyadındakı uyğunsuzluq səbəbindən vərəsəliklə bağlı iddiaçının və onun qardaşının problemləri yaranmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-704/2021 saylı, 15.03.2021-ci il tarixli Qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçıya izah edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsinə dair iddia tələbi ilə ümumi (şəhər) məhkəmələrinə müraciət edilə bilər. Abşeron rayon Məhkəməsinin 2(012)-3415/2021 saylı, 03.05.2021-ci il tarixli Qərardadı ilə isə ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamədəki soyadın dəyişdirilməsi” barədə ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunmuş, ərizəçiyə Cavabdeh müvafiq qurumunun imtinasından inzibati qaydada yuxarı orqana və ya Cavabdeh imtinasından ərazi vahidi üzrə inzibati məhkəməyə nüraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasına iddiaçının qardaşı X1 gəlmiş, lakin müvafiq səlahiyyətlər verilmiş etibarnamə təqdim etməmişdir. Məhkəmə izah edir ki, vəfat etmiş iddiaçının qardaşının düzgün hüquq müdafiə vasitəsi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci fəslində vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi ilə bağlı hallar tənzimlənir. Maddə 339. Ərizənin verilməsi 339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 340. Ərizənin məzmunu Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Maddə 341. Ərizə üzrə məhkəmənin qətnaməsi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarının 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi Cavabdeh hazırkı iddia üzrə inzibati orqan kimi cavabdehlik olsada, qanunvericilkdə xüsusi olaraq tənzimləndiyi üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə (MPM-in XXXVİİ fəsli) mülki məhkəmə icraatı qaydasında baxılır. Bundan əlavə vərəsəliklə bağlı problemlərin həlli ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-ci fəslinə, 307 və 307.2.1-ci maddələrinə uyğun olaraq, şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi yolu ilə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi hüquqi müdafiə vasitəsindəndə istifadə edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “AA № 477416 doğum şəhadətnaməsində qeyd edilən soyadının “Cəbiyeva”-dan” “Cəbrayılova”-ya, ata adının isə “Salam”-dan “Abdulsalam”-a dəyişiklik edilməsi öhdəliyinin Cavabdehnə həvalə olunmasına” dair iddiası üzrə işin icraatına, iddiaçının vəfat etməsi səbəbi ilə xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1699/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1699/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver