Məhkəmə qərarları › İş №2-1(118)-17/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-17/2021

25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-17/2021 25.01.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinə qarşı “Quba rayonu Gülüstan sovxozunun xx.xx.1996-cı il tarixli 33 saylı əmrinə dair xx.xx.2017-ci il tarixli 1911-1912 saylı Arxiv çıxarışlarına əsasən Vladimirovka kəndi ərazisindən İddiaçı ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirdi ki, Quba rayonu Gülüstan sovxozunun xx.xx.1996-cı il tarixli iclasının 8 saylı protokol qərarı əsasında fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması barədə müraciət etmiş 444 nəfər vətəndaşın müraciətlərinin təmini üçün Quba rayonu, Vladimirovka kəndində 0,06 ha, Mirzməmmədkənd kəndində isə 0,08 ha olmaqla. 31,7 ha torpaq fondu ayrılmış və siyahı üzrə vətəndaşlara paylanmışdır. Gülüstan sovxozunun xx.xx.1996-cı il tarixli 33 saylı əmrinə dair xx.xx.2017-ci il tarixli 1911-1912 saylı Arxiv çıxarışlarında həyətyanı torpaq sahəsinin ayrılmasına ehtiyacı olan vətəndaşların siyahısında 178-ci olaraq İddiaçı da Vladimirovka kəndi üzrə 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin siyahıda adının Səlvinaz kimi qeyd olunması səhvi məhkəmə qaydasında Quba rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə düzəldilmişdir. Qeyd olunan sənədlərə əsasən 0,06 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı barədə Çıxarışın verilməsi üçün müraciət etdiyi DƏDRX-nin 5 saylı Ərazi İdarəsi xx xxxx 2019-cu il tarixli məktubu ilə ona ərizəsinə əlavə edilmiş Gülüstan sovxozu üzrə xx.xx.1996-cı il tarixli, 33 nömrəli əmrin xx.xx.2017-ci il tarixli 1911 nömrəli arxiv çıxarışında ayrılmış torpaq sahəsinin hüquq sahibinin adının göstərilmədiyi, təqdim olunmuş xx.xx.2017-ci il tarixli 1912 nömrəli arxiv çıxarışının isə Quba rayon Gülüstan sovxozu üzrə olan kəndlərinin həyətyanı torpaq sahəsində ehtiyacı olan vətəndaşların siyahısının olduğu, bundan əlavə 0,06 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə kəsişdiyi bildirilməklə Çıxarışın verilməsindən imtina edilmişdir. Halbuki həmin massivdə digər vətəndaşlara torpaq sahəsinə dair Çıxarışlar qeyd olunan siyahı və sənədlər üzrə verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X1 rayonu, Vladimirovka kəndində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azəroaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Nəzərizə çatdırırıq ki, ərizənizə əlavə olunmuş “Gülüstan" sovxozu üzrə 05.08.196- cı il tarixli, 33 nömrəli əmrin xx.xx.2017-ci il tarixli 1911 nömrəli arxiv çıxarışında ayrılmış torpaq sahəsinin hüquq sahibinin adı göstərilməmişdir. Təqdim edilmiş xx.xx.2017-ci il tarixli 1912 nömrəli arxiv çıxarışı isə Quba rayonu ‘'Gülüstan” sovxozu üzrə olan kəndlərinin həyətyanı torpaq sahəsində ehtiyacı olan vətəndaşların siyahısıdır. Bundan əlavə, 0.06 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə kəsişir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxİanıİması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən İddiaçı ərizəsinin icrasından əsaslı olaraq imtina olunmuşdur. Yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq məhkəmədən xahiş edirik ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsi təmin edilməsin. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********60 saylı, xx xxxx 2019-cu il nömrəli imtina məktubu, **********83 saylı, xx xxxx 2019-cu il nömrəli etirazı, Quba rayon Dövlət Arxivinin verdiyi notarial qaydada təsdiqlənmiş arayışların surətləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2204 saylı ekspert rəyi, DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********60 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsinin digər şəxslərin adına olan torpaqlar sahələri ilə üst-üstə düşdüyündən, ərizəsinin icrası mümkün olmamışdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən olundu ki, Quba rayonu Gülüstan sovxozunun xx.xx.1996-cı il tarixli 33 saylı əmri ilə İddiaçı ayrılmış torpaq sahəsinin ilkin torpaq ayırma sxemləri və qonşuluqlarını göstərən məlumatlar olmadığından həmin torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə uyğun olub-olmaması mümkün olmamış və İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi RX seriyalı ******* saylı çıxarışa əsasən X7 mülkiyyətinə verilmiş olan 0.06 ha torpaq sahəsinin 0.0553 ha hissəsi ilə və RX seriyalı ******* saylı çıxarışa əsasən X5 mülkiyyətinə verilmiş olan 0.06 ha torpaq sahəsinin 0.0392 ha hissəsi ilə üst-üstə düşür. Həmçinin məhkəmənin sorğusuna əsasən DƏDRX-in saylı 5 Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********60 nömrəli məktubuna əlavə edilmiş sənədlərin təsdiqlənmiş surətindən görünür ki, RX seriyalı ******* saylı çıxarışa əsasən X9 və RX seriyalı ******* saylı çıxarışa əsasən X6 müvafiq olaraq 0.06 ha torpaq sahəsi satılmışdır. Ekspert rəyininə və çıxarışlara əsasən iddiaçıya ayrılmış torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni X7 mülkiyyətinə verilmiş olan 0.06 ha torpaq sahəsinin 0.0553 ha hissəsi ilə və RX seriyalı ******* saylı çıxarışa əsasən X5 mülkiyyətinə verilmiş olan 0.06 ha torpaq sahəsinin 0.0392 ha hissəsi ilə üst-üstə düşdüyündən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi həddlərdə təmin etmək mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinə qarşı “Quba rayonu Gülüstan sovxozunun xx.xx.1996-cı il tarixli 33 saylı əmrinə dair xx.xx.2017-ci il tarixli 1911-1912 saylı Arxiv çıxarışlarına əsasən Vladimirovka kəndi ərazisindən İddiaçı ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə” dair iddiası əsassızdır və təmin edilməməlidir. Eyni zamanda ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 60.60 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********1, Hesab AZ23AİİB******************** olan “xxxx” MMC-nin hesabına və 100 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 olan Dövlət xəzinədarlığı Agentliyinə, VÖEN **********, Hesab AZ34CTRE******************** olan Məhkəmə Ekspertiza Mərkəzinə ödəməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinə qarşı “Quba rayonu Gülüstan sovxozunun xx.xx.1996-cı il tarixli 33 saylı əmrinə dair xx.xx.2017-ci il tarixli 1911-1912 saylı Arxiv çıxarışlarına əsasən Vladimirovka kəndi ərazisindən İddiaçı ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə” dair iddiası təmin edilməsin. Ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 60.60 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********1, Hesab AZ23AİİB******************** olan “xxxx” MMC-nin hesabına ödənilsin. 100 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 olan Dövlət xəzinədarlığı Agentliyinə, VÖEN **********, Hesab AZ34CTRE******************** olan Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar