Məhkəmə qərarları › İş №2-1(118)-170/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-170/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-170/2023 21.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X23 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) və nümayəndəsi Vəkil (Xırdalan şəhər Vəkil bürosunun vəkili, Abşeron rayonu Məmmədli kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.006 ha torpaq sahəsindən satdığı hissələr çıxıldıqdan sonra qalan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi və X24 adına verilən torpaq sahəsinin plan və ölçü sənədində torpaq sahəsinin ölçülərinin düzgün göstərilməsi ilə bağlı düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.006 ha torpaq sahəsindən satdığı hissələr çıxıldıqdan sonra qalan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi və X24 adına verilən torpaq sahəsinin plan və ölçü sənədində torpaq sahəsinin ölçülərinin düzgün göstərilməsi ilə bağlı düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X32 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 24-cü küçə ünvanında yerləşən 14 saylı evi X11 xx.xx.2003-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin üzərində daşınmaz əmlak hüquqları xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alqısatqı müqaviləsi ilə 0,01 ha torpaq sahəsi X10, yerdə qalan 0,05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə xx.xx.2011-ci il tarixli **********60-10301 reyestr nömrəsi ilə iddiaçının adına yeni çıxarış və texniki pasport verilmişdir. Sonradan yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinin 0,017 ha hissəsi X6, 0,032 ha hissəsi isə iddiaçının adına qeydə alınmışdır. Həmin 0,032 ha torpaq sahəsindən 0,01 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən X1 və sonuncunun sözügedən alqısatqı müqaviləsinə əsasən 28 mart 2018-ci il tarixdə mülkiyyət hüququ rəsmiləşdirilmişdir. X9 0,01 ha torpaq sahəsini notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X2. X16 mülkiyyətində olan 0,017 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə olan yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq mövcud olmasına baxmayaraq sənəd üzrə 16 mart 2013-cü il tarixdə fərdi yaşayış evi qeydiyyata alınaraq çıxarış və texniki pasport verilmişdir. Sonradan sözügedən yaşayış evi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X3. Mübahisə predmeti olan 0,0035 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və daş hasar daxilindədir. X19 mülkiyyətində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə olan yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq olduğu üçün mübahisə predmeti olan torpaq sahəsi yaranmışdır. X19 mülkiyyətində olan yaşayış evinin yerləşdiyi sənəd üzrə 0,017 ha torpaq sahəsinin 0,0035 ha hissəsi X7. İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən cəmi 0,037 ha torpaq sahəsini satmış, nəticədə onun mülkiyyətində 0.023 ha torpaq sahəsi qalmalı idi. Lakin ona 0,017 ha torpaq sahəsinə aid çıxarış verilmiş, yerdə qalan torpaq sahəsi isə əsassız olaraq başqa şəxslərin istifadəsinə verilmiş və faktiki olaraq sənəd üzrə başqa şəxslərin adına sənədləşdirilmişdir. O, bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2003-cü il tarixdə ünvan 5ariat kontorunda 4Ə-4-663 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. Müqavilə əsasında sözügedən yaşayış evinə keçmiş X13 və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin üzərində vahid daşınmaz əmlak kimi hüquqları xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir.Yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsindən notariai qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə 0,01 ha torpaq sahəsi X10, yerdə qalan 0,05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə xx.xx.2011 -ci il tarixli, **********60-10301 reyestr nömrəsi ilə iddiaçının adına yenidən çıxarış və texniki pasport erilmişdir. Sonradan yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinin 0,017 ha hissəsi isə X8 və 0,032 ha hissəsi isə sizin adınıza qeydiyyata alınmışdır.Mülkiyyətinizdə olan yaşayış evinin yerləşdiyi 0,032 ha torpaq sahəsindən 0,01 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X4 və sonuncunun sözügedən alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixində mülkiyyət hüququ rəsmiləşdirilmişdir. X9 0,01 ha torpaq sahəsini notarial qaydada təsdiqlənmiş alqısatqı müqaviləsi ilə X2.Yerdə qalan 0,023 ha hissəsinin üzərində yerləşən yaşayış evinə xx.xx.2019-cu il tarixli **********53-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilərkən 0,0045 ha hissə ümumi yol kimi ərazidən çıxılaraq 0,0175 ha torpaq sahəsinin üzərində yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan : -AN-İ № ******* seriyalı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 24-cü küçə ərazisində yerləşən 14 saylı evin yerləşdiyi torpaq sahəsindən 0.018 ha torpaq sahəsini X5. -RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0.017 ha torpaq sahəsi üzərindəki Abşeron rayonu, Xırdalan rayonu, Babək küçəsi, ev 16 X16 xüsusi mülkiyyətindədir. - RX № ******* seriyalı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0.0175 ha torpaq sahəsinin üzərində yerləşən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 24-cü küçə ərazisində yerləşən 14 saylı ev (Yeni qaydalarla Babək küçəsi, 63) İddiaçı xüsusi mülkiyyətindədir. -DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 10.0.12019-c u il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd İddiaçı mülkiyyətində olan Abşeron rayonu,Xırdalan şəhəri, Quşçuluq y/m, 24-cü küçə ərazisində yerləşən 14 saylı ev (Yeni qaydalarla Babək küçəsi, 63) barəsindədir, həmin sənəddə həyətyanı torpaq sahəsinin həm sənəd üzrə, həm də faktiki ölçüləri 0.0175 ha, o cümlədən tikintialtı sahə 0.0972 ha, 0.0778 ha digər sahələr göstərilmişdir. -İddiaçı X22 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanladığı notariat qaydasında xx.xx.2018-ci il tarixdə təsdiq olunmuş ərizəsindən görünür ki, o, Abşeron rayonu Xırdalan ərazisində yerləşən **********87 -10301 reyestr nömrəli torpaq sahəsindən 0.001 ha və 0.0035 ha sahəsinin ümumi yola ayrılmasına etriaz etmir. - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyərək, mübahisəli torpa sahəsinə yerində baxış keçirərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olmasına istinad etmişdir. iddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0.01 ha, 0.018 ha və 0.01 ha torpaq sahələrini ayrı-ayrı şəxslərə satdıqdan sonra yerdə 0.022 ha torpaq sahəsinin qalmasına baxmayaraq ona sonuncu verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0.017 ha torpaq sahəsinin qeyd olunmasından narazıdır. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirildikdən sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssisinin iştirakı ilə məhkəmə-texniki-tikinti ekspertizası təyin edilmişdir. Mütəxəssis tərəfindən yerində baxış keçirilərək mütəxəssis rəyinin verilməsi üçün 95 manat smeta xərcinin ödənilməsi tələb olunmuşdur. Həmin məbləğin ödənilməsi iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı göstərilən xərci ödəməkdən imtina edərək işə mahiyyəti üzrə baxılması xahiş olunmuşdur. Bu səbəbdən mütəxəssis rəyinin və nəticə etibarı ilə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zaman ımüəyyən edildi ki, iddiaçı sonuncu çıxarışı və texniki pasportun tərtib olunmasından əvvəl, yəni xx.xx.2018-ci il taixdə Daşınmaz Əmalkın Dövlət Reyestr Xidmətinə notariat qaydasında təsdiq olunmuş ərizəsi ilə müraciət edərək Abşeron rayonu Xırdalan ərazisində yerləşən **********87 -10301 reyestr nömrəli torpaq sahəsindən 0.001 ha və 0.0035 ha sahəsinin ümumi yola ayrılmasına etriaz etmədiyini bildirmişdir. Bundan sonra onun adına 0.0175 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tərtib edilmişdir. Bundan başqa cavabdeh etirazında qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin müayinəsi zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.0217 ha, xx.xx.2019-cu il tarixli müayinə aktına əsasən isə C.Qaımovun istifadəsində faktiki olaraq 84 kv m torpaq sahəsinin olması müəyyən edilmişdir. Halbuki, iddiaçı tərəfindən C.Qasımova 100 kv m torpaq sahəsi satılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Mülkiyyətində olan torpaq sahəsinin 0.001 ha və 0.0035 ha hissəsinin ümumi yola ayrılmasına etiraz etmədiyini bildirdiyi halda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınnmasını tələb etməkdə və üçüncü şəxs C.Qasımova aid plan və ölçü sənədində düzəlişlərin edilməsi üçün məhkəmə tərəfindən əsaslar müəyyən edilmədi. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar