Məhkəmə qərarları › İş №2-1(118)-1704/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1704/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1704/2025 05.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X5 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “onun əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı onun əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1978-ci il tarixdə Laçın rayonu, Əyrək kəndində qeydiyyatdadır. Hazırda yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır.05 noyabr 2021-ci il tarixdə ona insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet 2 tip ağırlaşma, insulin tələbli ağırlaşma 179.2, digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiya ağırlaşma N«08.3, şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (ElO-El4), diabetik nefropatiya, Proteinurik mərhələ Ağırlaşma H 36.0, diabrtik retinopatiya (ElO-El4 ümumi dördüncə 3 işarəsi ilə) və s. diaqnoz qoyulmuş və ikinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd edim ki, əlillik 5 il müddətinə yəni, 05 noyabr 2026-cı il tarixədək təyin edilmişdir.Heç bir əsas və səbəb olmadan 02 aprel 2024-cü il tarixdə yenidən qiymətləndirmə aparılmış və cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb olaraq isə tam reabilitasiya olması, tam reabilitasiya qərarının qəbul edilməsi olmuşdur. Qeyd edim ki, təkrar qiymətləndirmə zamanı da eyni diaqnoz qoyulmuşdur. Əlilliyi dayandırıldıqdan sonra cavabdeh idarəyə müraciət etmiş və ona bildirilmişdir ki, şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə bəzi şəxslər barəsində inzibati icraat başlanılmış və bu səbəbdən də təkrar qiymətləndirmənin aparılması üçün dəvət edilmişdir. Qeyd edilən hal ilə razı deyil. Ona təyin edilmiş əlillik ilə bağlı hər hansı şübhə mövcud deyildir. Yuxarıda da qeyd etdiyi kimi təkrar qiymətləndirmə zamanı da məhz eyni diaqnoz qoyulmuşdur. Fərqli hər hansı artıq və ya əskik nəticə olmamışdır. Belə olduğu halda hansı əsasla onun əlilliyi dayandırılmışdr?.Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət edir.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə dair Sumqayıt 4 nömrəli xəstəxananın polikiinka şöbəsinin 0530003AAHKM nömrəli göndərişi X4 Komissiyası tərəfindən xx.xx.2022-cl il tarixində qiymətləndirilmiş və ona xx.xx.2021-ci il tarixindən hesablanmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il farıxiı 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.7 bəndinə müvafiq olaraq Ümumi x&staük səbəbindən 5 (beş) it müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.Əlillik təyinatlarının əsasiığmın müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin apan iması üçün vətəndaş 3-174/2-Z- 8624/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinədə iştirak etmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ürək nahiyəsində ağrılardan, təngənəfəstikdən. ağızda qumluqdan aşağı ətraflarda hərəkət məhdudluğundan şikayətlənmişdir Anamnesiik məlumatlarında uzun müddətdir ki, xəstə olduğunu, yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini qeyd etmişdir.Bakı Respublika Endokrineioji Mərkəzinin xx.xx.2021-ci il tarixli 269Q0Q4AA1BJ nömrəli Tibbi Rəyində diaqnoz "Şəkərli diabet tip 2. İnsuiintələhlt, Ağır forma. Dekompensasiva. Diabetik poiinevropatiya. Qeyri proiiferatsv diabetik retinopatiya.Diabetik makuiopatiya. Aşağı ətrafların diabetik anqiopativasr.. Diabetik nefropafıya. Hipertoniya xəstəliyi 11 dərəcə. Qaraciyərin piy distrofiyası. Xroniki xoiesisfit. Xroniki pankreaüi ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Qanın Biokimyəvi analizinin nəticəsi Kreatinin {qanda) 118 mkmoi/ri kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. DTSERA-da xx.xx.2024-cü il tarixli aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistralar teriyalarına teroskieroztrt kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Transiorakal Exokardioqraflya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Septumun cüzi hipərtrofıyası {1.5 sm} {S-varidir}. Sol mədəciyin sistoia-diastolik ölçüsü böyüməyib, diastoiik funksiya relaksativ tipdə pozulub, seqmeniar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdır. Perikard təmizdir" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, aparılmış əyanı və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmalar! aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reabilitasiya olunmasana dair qərar Qəbul edilsin. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının hazırkı tələbi inzibati orqanın üzərinə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. Bu növ iddialarda imperativ norma olan 30 günlük müddət şamil olunur.İş materiallarından görünür ki, iddiaçıya əlilliyin imtina olunması barədə bildiriş ona xx.xx.2024-cü ildə cavabdeh tərəfindən təqdim edilməsinə baxmayaraq, iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini xx.xx.2024-cü ildə məhkəmədə mübahisələndirmişdir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar