Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1707/2025 06.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X6 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli ‘Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların ləğv edilməsi, ünvan 1ində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsününün bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsününün bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsini xx.xx.2010-cu il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında İddiaçı pulunu ödəməklə satıcı X3 alqı-satqı yolu ilə almışdır. Bununla bağlı iddiaçının adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, həmçinin xx.xx.2010-cu il tarixdə “torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Həmin vaxtdan etibarən uzun illərdir ki, torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla faktiki istifadəsindədir, lakin iddiaçı bir neçə müddətdir ki, ölkə hüdudlarından kənarda yaşayır. İddiaçıya bu yaxınlarda məlum olmuşdur ki, yuxarıda qeyd olunan ünvanda ona məxsus torpaq sahəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edilmişdir. İddiaçı bununla bağlı cavabdeh təşkilata müraciət edərək məsələni araşdırmağa cəhd etmişdir. Cavabdeh isə bununla bağlı öz məktubunda bildirmişdir ki: - aparılan araşdırma zamanı məlum olmuşdur ki, Abşeron Rayon Məhkamasinin xx.xx.2010-cu il tarixli 2(012)-1334/2010 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ə.R.Səmədov) iddiaçı X7 iddiası təmin edilmiş, X5 adına olan **********59 reyestr nömrəli çıxarış qismən, yəni 0,0647 ha hissədə ləğv edilmiş və onun əsasında həmin torpaq sahəsinə dair aparılmış əməliyyatlar nəticəsində verilmiş hüquqmüəyyənedici sənədlər etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(105)-543/2013 saylı qətnaməsi ilə (sədrlik edan hakim - T.O.Quliyev) cababdeh M.Q.Əliyevanın apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(012)-1334/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(102)- 3763/2013 saylı qərarı ilə (sədrlik eden hakim Ə.Ə.Şadiyev) cababdeh M.Q.Əliyevanın kassasiya şikayəti təmin edilməmiş, X2 Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(105)-543/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən X5 adına olan **********59 reyestr nömrəli çıxarış qismən, yəni 0,0647 ha hissədə ləğv edilmiş və onun əsasında həmin torpaq sahəsinə dair aparılmış əməliyyatlar nəticəsində verilmiş hüquqmüəyyənedici sənədlər etibarsız hesab edildiyindən, İddiaçı adına olan **********67 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Əlavə olaraq bildirmişlər ki, sözügedən torpaq sahəsi üzərində başqa şəxsin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda göstərilənlərə əsasən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh təşkilatın bu mövqeyini qeyri-qanuni hesab edərək və vətəndaşın hüquqlarının pozulmasına yönələn hərəkət kimi qiymətləndirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2-1(118)- 1818/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)-373/2024 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2- 1(118)-1818/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadda qeyd edilmişdir: “İşdən görünür ki, iddiaçının tələbi 0,0597 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün bərpa edilməsi barədə olmuşdur, həmin torpaq sahəsi digər şəxsin hüququ ilə yüklü edilmiş, mübahisəli torpaq sahəsi üzərində hazırda X6 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə olan halda kollegiya hesab edir ki, qeydiyyatın bərpası ilə bağlı hazırki iddia iddiaçının hüquqi marağına uyğun iddia deyildir. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi dəqiqləşdirilməklə, X6 mülkiyyət hüquqları ilə bağlı qeydiyyatın mübahisələndirilməsi iddiaçıya təklif olunmalı, işin qeyd edilən xüsusatları nəzərə alınmaqla mahiyyəti üzrə qərar qəbul edilməlidir.” 27 avqust 2024-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini dəqiqləşdirərək X6 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli ‘Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların ləğv edilməsi, ünvan 1ində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsününün bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(012)-1334/2010 saylı qətnaməsi ilə (sədrlik edən hakim - Ə.R.Səmədov) iddiaçı X7 iddiası təmin edilmiş, X5 adına olan **********59 reyestr nömrəli çıxarış qismən, yəni 0.0647 ha hissədə ləğv edilmiş və onun əsasında həmin torpaq sahəsinə dair aparılmış əməliyyatlar nəticəsində verilmiş hüquqmüəyyənedici sənədlər etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(105)-543/2013 saylı qətnaməsi ilə (sədrlik edən hakim - T.O.Quliyev) cababdeh M.Q.Əliyevanın apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(012)-1334/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(102)-3763/2013 saylı qərarı ilə (sədrlik edən hakim - Ə.Ə.Şadiyev) cababdeh M.Q.Əliyevanın kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(105)-543/2013 saylı gətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən X12 gızının adına olan **********59 reyestr nömrəli çıxarış qismən, yəni 0.0647 ha hissədə ləğv edilmiş və onun əsasında həmin torpaq sahəsinə dair aparılmış əməliyyatlar nəticəsində verilmiş hüquqmüəyyənedici sənədlər etibarsız hesab ediliyindən, İddiaçı adına olan **********67 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Əlavə olaraq bildirirlər ki, sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evlərinə dair X10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə tərəfindən X10 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İşin məhkəmə araşdırması zamanı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd nümayəndəliyi üzrə 06 avqust 2006-cı il tarixli 28 saylı Sərəncamının arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Sözügedən sərəncamda Xırdalan südçülük tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84 №li Sərəncamına əsasən, X8 10 sot torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli, 2133/2024 saylı cavab məktubunda Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli Sərəncamının və bölgü sxeminin aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli X1 aid hissədə arxiv çıxarışı Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 551/2024 saylı arayışı ilə təqdim edilmişdir. Məhkəmə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ********** və ********* nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar birləşdirilərək ********** nömrəli qeydiyyat nömrəli çıxarışda fərdi yaşayış evi qeydiyyata alınmışdır. Daha sonra fərdi yaşayış evi söküldüyü üçün ********** Daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış” ləğv edilmişdir. Torpaq sahəsinə məxsus ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış” isə hazırda qüvvədədir. Təqdim edilmiş çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.0922 ha torpaq sahəsi X6 mülkiyyətindədir. Torpaq sahəsi X11 tərəfindən satılmaqla sonda X6 mülkiyyətinə keçmişdir. X7 adına mövcud olmuş sənədlərdən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd nümayəndəliyi üzrə xx.xx.1995-ci il tarixli 27 saylı Sərəncamı ilə Masazır kənd nümayəndəliyi Xırdalan Südçülük tərəvəzçilik sovxozunun 26 aprel 1995-ci il tarixli 84 saylı məktubu ilə Abşeron rayon İHB-nin 22 oktyabr 1995-ci il tarixli sərəncamı əsasında ayrılmış torpaq sahəsindən X9 0.10 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(012)-1334/2010 saylı Qətnaməsi ilə 922 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı, X6 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli ‘Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların ləğv edilməsini, ünvan 1ində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsününün bərpa edilməsini istəyir. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”-ı X10 torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən torpaq sahəsinə dair kök sənəd isə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd nümayəndəliyi üzrə xx.xx.1995-ci il tarixli 27 saylı Sərəncamıdır. Sərəncam hazırda qüvvədə olduğundan sərəncam ləğv edilməmiş, dövlət reyestrindən çıxarışın ləğv edilməsi mümkün deyildir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4№li qərarında qeyd edilmişdir:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İstinad edilən Plenum qərarındakı hüquqi mövqedən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsası kimi inzibati akt çıxış edirsə, həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Hazırki tələbində isə iddiaçı qeydin aparılmasına əsas olmuş inzibati aktı və ya müqaviləni deyil, qeydi mübahisələndirir ki, belə iddiaya baxılması mümkünlük şərtlərini ödəmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Axundova