Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1708/2021 23.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1, 2 saylı mənzilə pasport qeydiyyatına alınmağı öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis idarəsinin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi,Xətai küçəsi, ev 1, 2 saylı mənzilə pasport qeydiyyatına alınmağı öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis idarəsinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia Sumqayıt İnzibati Məhkəməsinə ünvanlansada Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, həmin məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsi əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Hazırkı işdə iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamış, iddia ərizəsində tam ünvan qeyd edilməmişdir. İddiaçının ərizədə göstərdiyi ünvandan məktublar geri qayıtmış, ərizədə iddiaçı tərəfindən mobil əlaqə nömrəsi qeyd edilmədiyindən iddiaçıya SMS xəbərdarlıq göndərilməsi mümkün olmamış, iddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməmiş, hüquqi yardım göstərmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçı tərəfə izah edilsin ki, iddia öhdəliyin icrası olduğu, bu iddialara iddia müddəti tətbiq edilmədiyinidə nəzərə alaraq, iddia ərizəsini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğunlaşdırmaqla həmin iddia ilə yenidən məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 3 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1708/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1708/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver