Məhkəmə qərarları › İş №2-1(118)-1709/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1709/2024

06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1709/2024 06.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı övladı - 10 sentyabr 1994-cü il tarixdə Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin 13-cü sərhəd sahəsində həqiqi hərbi xidmətdə olarkən “ürəyin və ağ ciyərin zədələnməsi, döş qəfəsini dəlib çıxan iki ədəd odlu silah yaraları” nəticəsində ölmüş xx.xx.1976-cı il təvəllüdlü X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar olaraq xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması üçün Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının 8-ci hissəsinin icra edilərək müvafiq məlumatları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, övladı - 10 sentyabr 1994-cü il tarixdə Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin 13-cü sərhəd sahəsində həqiqi hərbi xidmətdə olarkən “ürəyin və ağ ciyərin zədələnməsi, döş qəfəsini dəlib çıxan iki ədəd odlu silah yaraları” nəticəsində ölmüş xx.xx.1976-cı il təvəllüdlü X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar olaraq xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması üçün Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının 8-ci hissəsinin icra edilərək müvafiq məlumatları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatında cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 oktyabr 2020-ci il tarixdə ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə müraciət edərək, övladı - 10 sentyabr 1994-cü il tarixdə Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin 13-cü sərhəd sahəsində həqiqi hərbi xidmətdə olarkən “ürəyin və ağ ciyərin zədələnməsi, döş qəfəsinin dəlib çıxan iki ədəd odlu silah yaraları” nəticəsində ölmüş xx.xx.1976-cı il təvəllüdlü X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar olaraq xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınmasının təmin edilməsini xahiş etmişdir. Lakin 11 aydan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi ona 28 iyul 2021ci il tarixli imtina cavabı vermişdir. Bundan sonra iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, xx.xx.1976-cı il təvəllüdlü X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar olaraq xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması, X8 xidmət keçdiyi hərbi hissə tərəfindən hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adlanan idarəyə təqdim edilən siyahı üzrə həyata keçirilir. Faktiki olaraq övladı - X8 barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hər hansı rəsmi məlumat daxil olmadığından adının yuxarıda qeyd edilən siyahıya salınması mümkün olmamışdır. Bu xüsusatın araşdırılması üçün məhkəmə xx.xx.2021-ci il tarixdə Sərhəd Xidmətinə sorğu vermiş, lakin sorğuya cavabda X8 (guya) intihar edərək öldüyü üçün adı siyahıya salınmaması göstərilmişdir. Həmin vaxt iddiaçı tərəfindən məhkəməyə 90-cı illərdə fəaliyyət göstərmiş Lənkəran qarnizonu hərbi tribunalının 15 mart 1996-cı il tarixli 38 saylı hökmünü təqdim edilmiş, bundan sonra məhkəmə ikinci dəfə 25 yanvar 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə sorğu vermiş, həmin sorğuya 22 fevral 2022-ci il tarixli cavabda eyni məzmunda cavab verilərək, DSX-nin Şəxsi Heyət üzrə Baş İdarəsində olan məlumatlarda X8 xx.xx.1994-cü il tarixdə odlu silahdan atəş açaraq (guya) intihar edərək öldüyü göstərilmişdir. Bundan sonra iddiaçı ərizə ilə 20 iyun 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə müraciət edərək, Dövlət Sərhəd Xidmətinin və onun Şəxsi Heyət üzrə Baş İdarəsində X13 barəsində olan məlumatlarda düzəliş edilməsini və Lənkəran qarnizonu hərbi tribunalının Azərbaycan Respublikası adından qəbul edilmiş 15 mart 1996-cı il tarixli 38 saylı hökmü ilə təsdiq edilmiş X8 10 sentyabr 1994-cü il tarixdə Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən N saylı (hazırda N saylı) hərbi hissəsinin 13-cü sərhəd sahəsində həqiqi hərbi xidmətdə olarkən xx.xx.1975-ci il təvəllüdlü X11 tərəfindən odlu silahdan açılmış atəş nəticəsində “ürəyin və ağ ciyərin zədələnməsi, döş qəfəsinin dəlib çıxan iki ədəd odlu silah yaraları” nəticəsində ölməsi faktının qeyd edilməsini; X14 Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsi tərəfindən xx.xx.1976-cı il təvəllüdlü X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar olaraq xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması üçün müvafiq arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə göndərilməsini xahiş etmişdir. Dövlət Sərhəd Xidmətinin ünvanladığı xx.xx.2022-ci il tarixli k\844\6\71-2364 saylı cavab məktubundan görünür ki, Lənkəran qarnizonu hərbi tribunalının 15 mart 1996-cı il tarixli 38 saylı hökmünə əsasən Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinin elektron qeydiyyatlarında X8 ölüm səbəbi dəyişdirilərək, X11 tərəfindən odlu silahdan açılmış atəş nəticəsində “ürəyin və ağ ciyərin zədələnməsi, döş qəfəsinin dəlib çıxan iki ədəd odlu silah yaraları” kimi qeydə alınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidmətinin Sumqayıt şəhər İdarəsi xx.xx.2023-cü il tarixdə 34350\2- 1152\2023 saylı məktubla cavab vermişdir ki, “Tərəfimizdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə xx.xx.2023-cü il tarixli 3-43-50/2-393/2023 nömrəli məktubla xx.xx.1976-cı il təvəllüdlü X8 xidməti, həlak olmasının səbəb və şəraiti barədə sorğu göndərilmişdir. AR DSX-nin xx.xx.2023-cü il tarixli3-38/2-648/23 nömrəli cavab məktubunda X9 ölüm səbəbi xx.xx.1994-cü ıl tarixdə saat 18:00 radələrində xidmət etdiyi N nömrəli hərbi hissənin 13cü zastavasında dövlət sərhəddinin mühafizəsinə dair əmri yerinə yetirən sərhəd naryadının tərkibində xidmətdə olarkən ona təhkim olunmuş avtomat silahdan atəş açmaqla özünü öldürməsi göstərilmişdir. Mərhum əsgər İlkin Həsənovun ölüm səbəbi həkimin ölüm haqqında şəhadətnaməsi və N nömrəli HHK-nın xx.xx.1994-cü il tarixli 253 nömrəli əmrindən çıxarışda da oz təsdiqini tapmışdır. Əsqər İ.İddiaçı ölüm səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqələndirilmədiyindən onun adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə gora ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması mümkün deyildir.” Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və izah etdi ki, X2 rayonu Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin 13-cü sərhəd sahəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. Belə ki, həqiqi hərbi xidmətə çağırılmış əsgər X13 10 sentyabr 1994-cü il tarixdə Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin 13-cü sərhəd sahəsində həqiqi hərbi xidmətdə olarkən xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarına əsasən Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bu qərarın 1.2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilir. İddiaçı Dövlət Sərhəd Xidmətinə dəfələrlə ünvanladığı ərizələrdə oğlunun "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı"na adının salınmasını tələb etmiş, lakin X3 xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmadığı səbəbindən iddiaçının tələbi təmin edilməmiş və bu barədə vətəndaşa ünvan üzrə məlumat verilmişdir. X3 ölüm səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüş tapşırığını yerinə yetirməsi zamanı olmadığından onun adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına adının salınması və vəsiqəsinin verilməsi mümkün deyildir. Belə ki, Lənkəran qarnizonu hərbi tribunalının 15 mart 1996-cı il tarixli hökmü ilə X11 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının CM-nin 246-1-ci maddəsinin "b" bəndi ilə (Silahla davranış qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə xx.xx.2023-cü il tarixli 3- 43-50/2-393/2023 nömrəli məktubla 01 04.1976-cı il təvəllüdlü X8 xidməti,həlak olmasının səbəb və şəraiti barədə sorğu göndərilmişdir. AR DSX-nin xx.xx.2023-cü il tarixli 3-38/2- 648/23 nömrəli cavab məktubunda X9 ölüm səbəbi xx.xx.1994-cü il tarixdə saat 18:00 radələrində xidmət etdiyi N nömrəli hərbi hissənin 13-cü zastavasında dövlət sərhəddinin mühafizəsinə dair əmri yerinə yetirən sərhəd naryadının tərkibində xidmətdə olarkən ona təhkim olunmuş avtomat silahdan atəş açmaqla özünü öldürməsi göstərilmişdir. Mərhum əsgər İlkin Həsənovun ölüm səbəbi həkimin ölüm haqqında şəhadətnaməsi və N nömrəli HHK-nin xx.xx.1994-cü il tarixli 253 nömrəli əmrindən çıxarışda da öz təsdiqini təpmişdir. Əsgər İ.İddiaçı ölüm səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqələndirilmədiyindən onun adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması mümkün deyildir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 120 nömrəli arayışdan görünür ki, X13 xx.xx.1994-cü il tarixdə hərbi xidməti vəzifəsini yetirərəkən ürəyin və ağ ciyərin zədələnməsi, döş qəfəsini dəlib çıxan odlu silah yaralanması nəticəsində həlak olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. 02 avqust 1997-ci il tarixdə qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu : M a d d ə 1 . Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanunvericilik 1.1. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının giriş hissəsində qeyd edilmişdir ki, bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Bu Fərman həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə qərara alınmışdır.

1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin.https://e-qanun.az/framework/38532

2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.[

3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölümü haqqında şəhadətnamə;https://e-qanun.az/framework/38532 3.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış. 3-1. Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan sənədlərin X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsdən tələb edilmir. Belə sənədlərin X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.

4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.

5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. İstinad olunan Fərmanın adından və məzmunundan göründüyü kimi Fərmanın müddəaları sırf Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların dairəsini əhatə etmişdir. Bu hal Fərmanın təbiq edilməsi üçün əsas dispozisiya şərtidir. İddiaçı tərəf hər bir hərbi qulluqçunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi məqədi ilə xidmət etməsini və mərhum X1 bölgəsində xidmət vəzifələrini yerinə yetirərkən həlak olmasını bildirərək ona istinad olunan Fərmanın müddəalarının tətbiq edilməsini tələb edir. İş materialları ilə müəyyən edilir ki, 10 sentyabr 1994-cü il tarixdə Azərbaycan Respublikası Milli X4 Qoşunlarının N saylı hərbi hissənin 13-cü sərhəd zastavasında sərhəd naryad başçısı olmuş X11 hərbi xidmətdə olarkən onun istifadəsinə verilmiş avtomat markaı silahla davranış qaydalarını pozmuş və nəticədə ehtiyatsızlıqdan açılmış iki atəşlə xidmətdə olan kiçik naryad xx.xx.1976-cı il təvəllüdlü X8 ölümünə səbəb olmuşdur. Bununla bağlı mərhum X13 hərbi hissənin N sentyabr 1994-cü il tarixli 253 saylı əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Məhkəmə hesab edir ki, mərhumun sərhəd bölgəsində hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu burmənalı sübut etmir. Yəni mərhum İ.Həsənovun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə onun yuxarıda istinad olunan Fərmanla müəyyən edilmiş siyahılarad daxil edilməsi üçün yetərli deyildir. Bunun onun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericililiyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Hazırki işdə isə mərhum İlkin Həsənovun xx.xx.1994-cü il tarixdə qətlə yetirilərkən Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericililiyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtina cavabı qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar