Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-171/2022 01.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 1 ünvanında, giriş İİ, mərtəbə 14, ümumi sahəsi 61,65 kv.m olan, 1 otaqlı, 101 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və həmin mənzilə görə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi 27A ünvanında, giriş İİ, mərtəbə 14, ümumi sahəsi 61,65 kv.m olan, 1 otaqlı, 101 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və həmin mənzilə görə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Onunla "xxxx" MTK arasında13 sentyabr 2013-cü il tarixində Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi 27A ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 61,65 kv.m olan, 101 saylı mənzilində pay barədə 101001 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə görə payçısı olduğu 101 saylı mənzilin dəyəri 24660 manat təşkil edir. O, mənzilin dəyərinə görə "xxxx" MTK-ya tam məbləğdə ödəniş etmişdir. Bunu "xxxx" MTK-nın 13.09.2013-cü il tarixli arayışı da təsdiq edir. 101 saylı mənzilin dəyərini tam ödədiyinə görə payçısı olduğu daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə mənzilin sənədlərini 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsi 22 iyul 2021-ci il tarixli, **********43 saylı məktubu ilə sözügedən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. O cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.6-cı maddəsinə görə ”Mənzil-Tikinti Kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "xxxx" MTK üzvlərinin 13 sentyabr 2013-cü il tarixli, 67 saylı protokoluna görə 101 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Həmçinin cavabdeh imtina məktubunda qeyd etmişdir ki, "xxxx" MTK-nın çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmadığı müəyyən edilmişdir. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır. Cavabdehin imtinası tam əsassızdır. ünvan 2 ünvanında "xxxx" MTK-ya məxsus bir sıra mənzillər dövlət qeydiyyatına alınmışdır. Belə olan halda həmin mənzillərə çıxarışın verilməsinin hansı əsaslarla icra edildiyi məlum deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi 27A ünvanında yerləşən "xxxx" MTK-dan əldə edilən, ümumi sahəsi 61,65 kv.metr olan mənzil üzərində hüquqlarının dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar 04 iyun 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6- cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin müraciətə əlavə edilmiş sənədlər araşdırılarkən, sözügedən çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MTK-nın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyənləşdirilmişdir və bu səbəbdən də müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi 27A ünvanında yerləşən mənzil üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatından imtina edilməsi məqsədəmüvafiq hesab edilmiş və bu barədə ona 22 iyul 2021-ci il tarixli **********43 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş materiallarında olan : - "xxxx" MTK üzvlərinin ümumi iclasının 67 nömrəli, 13 sentyabr 2013-cü il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmaqla, MTK-nın ünvan 3 ünvanında İİ giriş, 14-cü mərtəbə, ümumi sahəsi 61,65 kv.m olan, 1 otaqlı, 101 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır. - "xxxx" MTK-nın direktoru X5 ilə İddiaçı arasında bağlanmış 101001 saylı, 13 sentyabr 2013-cü il tarixli müqavilədən görünür ki, ünvan 3 ünvanında İİ giriş, 14-cü mərtəbə, ümumi sahəsi 61,65 kv.m olan, 1 otaqlı, 101 saylı mənzilin pay kimi verilməsi ilə bağlı müqavilə bağlanmışdır. - "xxxx" MTK-nın 13 sentyabr 2013-cü il tarixli arayışındna görünür ki, İddiaçı "xxxx" MTK-nın ünvan 3 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14cü mərtəbədə yerləşən, ümumi sahəsi 61,65 kv.m olan, 1 otaqlı, 101 saylı mənzilin dəyərini tam ödəmişdir. - Cavabdeh iddiaçıya ünvanladığı 22 iyul 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ünvan 3 ünvanında İİ giriş, 14-cü mərtəbə, ümumi sahəsi 61,65 kv.m olan, 1 otaqlı, 101 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 2335 saylı, 15 dekabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının istismarına icazə sənədi verilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqnda Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlakın qeydiyyatı üçün əsaslar sözügedən Qanunun 8-ci maddəsi ilə imperativ olaraq müəyyən edilmişdir. Beləliklə həmin Qanunun 8.0, 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan hüquq normasının mənasından göründüyü kimi 2013-cü ilin yanvarın 1-dək, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək tikilmiş tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilməli olan sənədlərin dairəsi qanunvericilikdə imperativ olaraq müəyyən edilmişdir. Hazırki işdə iddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi 27A ünvanında, giriş İİ, mərtəbə 14, ümumi sahəsi 61,65 kv.m olan, 1 otaqlı, 101 saylı mənzil üzərində hüquqlarının qeydiyyata alınmasını istəyir və həmin mənzili alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-dan almışdır. Məhkəmə araşdırması zamanı "xxxx" MTK-nın sözügedən mənzilin yerləşdiyi bina üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Yuxarıda qeyd olunan normaya müvafiq olaraq iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi hüquqların dövlət qeydiyyatı üçün kifayət qədər əsaslar olmadığı üçün, inzibati orqan tərəfindən qeydiyyat aparılmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 1 ünvanında, giriş İİ, mərtəbə 14, ümumi sahəsi 61,65 kv.m olan, 1 otaqlı, 101 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və həmin mənzilə görə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 1 ünvanında, giriş İİ, mərtəbə 14, ümumi sahəsi 61,65 kv.m olan, 1 otaqlı, 101 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və həmin mənzilə görə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-171/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-171/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver