Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1711/2022 24.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Suraxanı rayonu X2rşı “X4 qeyri-qanuni hərəkətlərinə son qoyulması, İddiaçı1 və İddiaçı2 icarəsinə verilmiş və Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisindəki torpaq sahəsindən istifadəyə X8 tərəfindən yaradılmış maneənin aradan qaldırılması, X4 qanunsuz hərəkətləri nəticəsində onlara dəymiş zərərin cavabdehdən tutularaq iddiaçılara tam şəkildə ödənilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh Bakı şəhəri X2rşı “cavabdeh tərəfindən qeyri-qanuni hərəkətlərə son qoyulması, iddiaçının icarəsinə verilmiş və Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisindəki torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və ona dəymiş 1300 manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan əlavə, İddiaçı2 cavabdeh Bakı şəhəri X2rşı iddia ərizəsi ilə bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qeyri-qanuni hərəkətlərə son qoyulması, iddiaçının icarəsinə verilmiş və Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisindəki torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və ona dəymiş 1200 manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3619/2022 saylı (İddiaçı2 cavabdeh Bakı şəhəri X2rşı “qeyri-qanuni hərəkətlərə son qoyulması və kompensasiyanın ödənilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-2542/2022 saylı (İddiaçı1 cavabdeh Bakı şəhəri X2rşı “qeyri-qanuni hərəkətlərə son qoyulması və kompensasiyanın ödənilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməsi və İddiaçı2 cavabdeh Bakı şəhəri X2rşı “qeyriqanuni hərəkətlərə son qoyulması və kompensasiyanın ödənilməsi” tələbinə dair işin 2- 1(112)-2542/2022 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlərin davam etdirilməsi qərara alınmışdır. İddiaçı1 iddiasını onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən, ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli **********81 reyestr nömrəli çıxarışlı, X5 icarəsində olan Abşeron rayonu, 1 nömrəli Hövsan zeytunçuluq sovxozu ərazisində yerləşən 0.009 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsinin icarə hüquqları satıcı X9 tərəfindən alıcıya- İddiaçı1 3000 ( üç min) manata satılmışdır. Notariat hərəkətləri Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən aparılmışdır. Torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən “ torpaq sahəsinin planı və ölçüsü”, eyni zamanda “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarış” verilmişdir. Torpaq sahəsini istifadəyə qəbul etmişdir. Lakin bir müddət sonra X1suz olaraq, istifadəsinə verilmiş torpaq sahəsini əhatə edən, mişar daşı ilə tikilmiş daş hasarı sökmüşdür. Səbəbi araşdıran zaman bələdiyyə ona bildirmişdir ki, həmin torpaq sahəsi onun ulu babalarına məxsus olmuşdur və torpaq sahəsindən istifadə etməyə imkan verməyəcəklər. İddiaçı onlara dövlət tərəfindən verilmiş çıxarışı və torpağın plan və ölçüsünü göstərməyinə baxmayaraq buna məhəl qoyulmamışdır. Nəticədə hüquqları pozulmuş, iddiaçıya maddi zərər dəymişdir. Hesab edir ki, X4 hərəkətləri qanunsuzluqdan başqa bir şey deyil. Belə ki, iddiaya əlavə etdiyi çıxarışın surətindən də görünür ki, icarə hüququ ilə istifadəsinə verilmiş torpaq dövlət mülkiyyətində olan torpaqdır, torpaq üzərində hüququ yüklü edən şəxs Abşeron Rayon İcra Hakimiyyətidir, torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır və torpaq üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində onun adına rəsmiləşdirilmişdir. X4 icarəsinə verilmiş torpağa heç bir aidiyyəti yoxdur. Əlavə olaraq bildirir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsinə ona maddi zərər dəymişdir. Belə ki, torpaq sahəsini əhatə edən və mişar daşından inşa edilmiş daş hasar sökülmüşdür. Sökülmüş daş hasarın hündürlüyü 2 ( iki) metr, uzunluğu isə 37 ( otuz yeddi) metr olmuşdur. Beləliklə yeni daş bünövrənin qazılması, mişar daşı və sement xərcləri, hasarın tikilməsi üçün usta xərcləri də daxil olmaqla ona 1300 ( min üç yüz) maddi zərər dəymişdir ki, bu xərclər X3 tutularaq tam şəkildə ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 etirazında da qeyd edilir ki, iddiaçının onun icarəsində olmasını iddia etdiyi torpaq sahəsi Yeni Suraxanı qəsəbəsində tarix və mədəniyyət abidəsi kimi qorunan “Müzəffər” ovdanının ərazisidir və həmin torpaq sahəsi X7 məxsusdur. Lakin iddiaçı qanunsuz olaraq həmin abidənin ətrafını zəbt etmiş və bu hal yerli sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Məhz yerli sakinlərin Mədəniyyət Nazirliyinə ünvanladığı şikayəti əsasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən əraziyə baxış keçirilmiş və həqiqətən də ərazinin qanunsuz olaraq zəbt edilməsi, tarixi abidə hesab edilən ovdanın konstruksiyasına dəyişiklik edilməsi məlum olmuşdur. Mədəniyyət Nazirliyi tərəfindən bununla bağlı dərhal tədbir görülməsi üçün Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məktub ünvanlanaraq, Bakı şəhəri Suraxanı rayonunda yerləşən və öz unikallığı ilə digər Abşeron ovdanlarından fərqlənən “Müzəffər” Ovdanının ətrafının qanunsuz olaraq zəbt olunması bildirilmiş və abidənin unikallığı və tarixi əhəmiyyətini nəzərə alaraq, “Müzəffər” ovdanının ətrafında qanunsuz olaraq hörülən hasarın sökülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Ovdanın ərazisinin qanunsuz tikililərdən təmizlənməsi üçün tədbirlər həyata keçirilmiş və qanunsuz tikilinin aparan şəxsin İddiaçı1 olması müəyyən edilmişdir. İddiaçı1 həmin torpaq sahəsinin ona məxsus olmasını bildirsə də, bu barədə İcra Hakimiyyətinə heç bir sənəd təqdim edə bilməmişdir. İddiaçı1 onun zəbt etdiyi ərazinin tarixi abidə olması bildirilsə də, o, buna əhəmiyyət verməmiş, ərazini qanunsuz tikililərdən təmizləməkdən imtina etmişdir. Belə ki, İddiaçı1 tərəfindən ovdan ərazisində 5-6 mişar daşı hündürlüyündə hasar tikilmiş, o hasarı könüllü olaraq sökmədiyi üçün, ərazidə qəsəbə sakinlərinin könüllü iştirakı ilə təmizlik işləri aparılmış, qanunsuz tikililər o cümlədən, İddiaçı1 tərəfindən Ovdanın pilləkənləri üzərində tikilmiş daşlar sökülmüşdür. Bütün bu işlər qəsəbə sakinlərinin tələbi ilə sakinlərin özləri tərəfindən icra edilmiş, X8 tərəfindən “Müzəffər” ovdanı öz əvvəlki vəziyyətində bərpa edilmişdir. Qeyd edilən qanunsuz tikililərin sökülməsində X4 hər hansı bir qanunsuz hərəkəti olmamış, həmin tikinti sakinlərin şikayəti əsasında, Suraxanı Rayon İcra Hakimiyyətinin göstərişi ilə sakinlərin özü tərəfindən həyata keçirilmiş, iddiaçı da sakinlərin haqlı narazılığını görüb onlar barəsində şikayətçi ola bilməmişdir. X8 iddiaçının istinad etdiyi qanunsuz tikilini sökməmiş, sökülməsini təşkil etməmişdir. Həmin qanunsuz tikili İcra Hakimiyyətinin göstərişi və mədəniyyət abidələrinin və mədəni irs obyektlərinin qorunması işinin təşkili sahəsində təşkilatçılığı ilə sakinlər tərəfindən sökülmüş, X8 tərəfindən isə “Müzəffər” ovdanı təmir edilmişdir. X8 İddiaçı1 hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasına səbəb olacaq hər hansı bir hərəkət və ya hərəkətsizlik etməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı2 iddiasını onunla əsaslandırır ki, xx.xx.2020-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən, ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli **********81 reyestr nömrəli çıxarışlı, X5 icarəsində olan Abşeron rayonu, 1 nömrəli Hövsan zeytunçuluq sovxozu ərazisində yerləşən 0.009 ha torpaq sahəsindən 0.04 ha torpaq sahəsinin icarə hüquqları satıcı X9 tərəfindən alıcıya- İddiaçı2 10000 ( on min) manata satılmışdır. Notariat hərəkətləri Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən aparılmışdır, Torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən " torpaq sahəsinin planı və ölçüsü", eyni zamanda "Hüquqların Dövlət qeydiyyatı haqqında zaşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarış" verilmişdir. Torpaq sahəsini stifadəyə qəbul etmişdir. Lakin bir müddət sonra X1suz olaraq, istifadəsinə verilmiş torpaq sahəsini əhatə edən, mişar daşı ilə tikilmiş daş hasarı sökmüşdür. Səbəbi araşdıran zaman bələdiyyə ona bildirmişdir ki, həmin torpaq sahəsi onun ulu babalarına məxsus olmuşdur və torpaq sahəsindən istifadə etməyə imkan verməyəcəklər. İddiaçı onlara dövlət tərəfindən verilmiş çıxarışı və torpağın plan və ölçüsünü göstərməyinə baxmayaraq buna məhəl qoyulmamışdır. Nəticədə hüquqları pozulmuş, ona maddi zərər dəymişdir. Əlavə olaraq bildirir ki, Bakı şəhəri X1i deyil, qanunsuz vasitələrlə iddiaçının hüquqlarını pozur. Belə ki, yaxınlıqda yaşayan şəxsləri üstünə qaldırır, "onsuz da burada yaşayanlar sənə imkan verməyəcək ev tikməyə" kimi ifadələr işlədərək onu hədələyir. Hesab edir ki, X4 hərəkətləri qanunsuzluqdan başqa bir şey deyil. Belə ki, iddiaya əlavə etdiyi çıxarışın surətindən də görünür ki, icarə hüququ ilə istifadəsinə verilmiş torpaq dövlət mülkiyyətində olan torpaqdır, torpaq üzərində hüququ yüklü edən şəxs Abşeron Rayon İcra Hakimiyyətidir, torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır və torpaq üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına rəsmiləşdirilmişdir. X4 iddiaçının icarəsinə verilmiş torpağa heç bir aidiyyəti yoxdur. Əlavə olaraq bildirir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsinə ona maddi zərər dəymişdir. Belə ki, torpaq sahəsini əhatə edən və mişar daşından inşa edilmiş daş hasar sökülmüşdür. Sökülmüş daş hasarın hündürlüyü 2,6 ( iki metr altmış santimetr ) metr, uzunluğu isə 24 ( iyirmi dörd) metr olmuşdur. Beləliklə yeni daş bünövrənin qazılması, mişar daşı və sement xərcləri, hasarın tikilməsi üçün usta xərcləri də daxil olmaqla ona 1200 ( min iki yüz) maddi zərər dəymişdir ki, bu xərclər X3 tutularaq ona tam şəkilədə ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2-1(112)-2542/2022 saylı qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadında qeyd edilir ki, mübahisə predmeti torpaq sahəsi (hər iki iş üzrə hissələr) Abşeron Rayon İcra Hakimiyyətinin adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş, icarə hüquqları iddiaçılara satılmış və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. ********* nömrəli məktubunda məhkəmənin sorğusuna cavab olaraq göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyindən 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab etmişdir ki, mübahisə torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar olduğundan hazırkı iddia tələblərinə baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsində göstərilən aidiyyətin təsir dairəsinə düşür. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Sumqayıt İnzibati Məhkəməsidir. Məhkəmə aşağıda qeyd olunanlara görə hesab edir ki, belə bir iddiaya Sumqayıt İnzibati Məhkəməsində baxılmamalı və aidiyyətinin müəyyən edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Beləki Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, mübahisə torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar olduğundan hazırkı iddia tələblərinə baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsində göstərilən aidiyyətin təsir dairəsinə düşür. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Sumqayıt İnzibati Məhkəməsidir. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin bu mövqeyi əsaslı deyil. Beləki, iddia ərizəsindən göründüyü kimi iddia inzibati orqanın qanunsuz hərəkətlərindən şikayət və ziyana görə kompensasiya tələbi kimi qaldırılmışdır. Cavabdeh inzibati orqan isə idddiaya münasibətində qeyd edir ki, iddiaçının onun icarəsində olmasını iddia etdiyi torpaq sahəsi Yeni Suraxanı qəsəbəsində tarix və mədəniyyət abidəsi kimi qorunan “Müzəffər” ovdanının ərazisidir və həmin torpaq sahəsi X7 məxsusdur. Lakin iddiaçı qanunsuz olaraq həmin abidənin ətrafını zəbt etmiş və bu hal yerli sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Məhz yerli sakinlərin Mədəniyyət Nazirliyinə ünvanladığı şikayəti əsasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən əraziyə baxış keçirilmiş və həqiqətən də ərazinin qanunsuz olaraq zəbt edilməsi, tarixi abidə hesab edilən ovdanın konstruksiyasına dəyişiklik edilməsi məlum olmuşdur. ................ Bütün bu işlər qəsəbə sakinlərinin tələbi ilə sakinlərin özləri tərəfindən icra edilmiş, X8 tərəfindən “Müzəffər” ovdanı öz əvvəlki vəziyyətində bərpa edilmişdir. Qeyd edilən qanunsuz tikililərin sökülməsində X4 hər hansı bir qanunsuz hərəkəti olmamış, həmin tikinti sakinlərin şikayəti əsasında, Suraxanı Rayon İcra Hakimiyyətinin göstərişi ilə sakinlərin özü tərəfindən həyata keçirilmiş, iddiaçı da sakinlərin haqlı narazılığını görüb onlar barəsində şikayətçi ola bilməmişdir. X8 iddiaçının istinad etdiyi qanunsuz tikilini sökməmiş, sökülməsini təşkil etməmişdir. Həmin qanunsuz tikili İcra Hakimiyyətinin göstərişi və mədəniyyət abidələrinin və mədəni irs obyektlərinin qorunması işinin təşkili sahəsində təşkilatçılığı ilə sakinlər tərəfindən sökülmüş, X8 tərəfindən isə “Müzəffər” ovdanı təmir edilmişdir. Göründüyü kimi cavabdeh bələdiyyə mübahisənin bələdiyyə torpaqlarında yarandığını və iddiaçı ilə yerli sakinlər arasında baş verdiyini bildirir. Məhkəmə iclasında iddiaçılar dinlənilmiş, onlara hüquqi yardım edilmişdir. İddiaçılar bildirirlər ki, bələdiyyə sədrinin adamları olan yerli sakinlər torpaqlarından istifadə etməyə onlara imkan vermirlər, bildirirlər ki bura bizim dədə-baba torpağımızdır. İddiaçılara izah edilmişdir ki, torpaq sahəsindən istifadəyə konkret ayrı-ayrı mülki şəxslər maneə yaratdığını və bələdiyyənin rəsmi cavabını nəzərə alanda cinayət təqibi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi və digər mülki hüquq müdafiə vasitələrdən istifadə edilməsi daha məqsədəmüvafiq ola bilər. Lakin hər bir halda hazırda qaldırılan iddia cavabdeh inzibati orqanın qanunsuz hərəkətlərindən şikayət və ziyanla bağlı kompensasiya tələbidir və bu tələbə baxılan zaman aidiyyat qaydalarını müəyyən edilməsində ümumi norma olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iş üzrə cavabdeh Bakı şəhəri ərazisində yerləşdiyi üçün ərazi aidiyyətının müəyyən olunması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən Bakı İnzibati Məhkəməsinə aid edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıların rəsmi sənədlər üzrə icarəsində olan torpaq sahələri Abşeron İcra Hakimiyyətinin idarəciliyində olan torpaq sahəsidir. Məhkəmə təcrübəsində müəyyən edilmişdir ki, Abşeron rayonun idarəciliyində olan və Bakı şəhərinin rayonlarının inzibati ərazisində yerləşən torpaqlar üzərində Abşeron İcra Hakimiyyətinin sərəncam vermək hüququ olsada həmin ərazilərdə komunal xidmətlər, polis nəzarəti və digər dövlət xidmətləri Abşeron icra Hakimiyyətinə yox torpağın yerəşdiyi rayonun müvafiq qurumlarına aid edilir. Bu halda məhkəmə hesab edir ki, X2rşı iddiaya Sumqayıt İnzibati Məhkəməsində baxılması hüquqi müəyyənlik və prosessual qənaət baxımındanda məqsədəmüvafiq hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Suraxanı rayonu X2rşı “X4 qeyri-qanuni hərəkətlərinə son qoyulması, İddiaçı1 və İddiaçı2 icarəsinə verilmiş və Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisindəki torpaq sahəsindən istifadəyə X8 tərəfindən yaradılmış maneənin aradan qaldırılması, X4 qanunsuz hərəkətləri nəticəsində onlara dəymiş zərərin cavabdehdən tutularaq iddiaçılara tam şəkildə ödənilməsi” barədə iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-1711/2022 saylı inzibati iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1711/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1711/2022
24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver