Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1712/2021 01.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi İddiaçı qızının iştirakı ilə, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə qarşı “ona məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilindən 07.06.1991-ci ildə Bakı şəhərində doğulmuş İsgəndərova (Sadıqova) Aytən Qafar qızının və onun azyaşlı övladları, 15.05.2013-cü il təvəllüdlü X3 və 26.05.2015-ci il təvəllüdlü X4 qeydiyyatdan çıxarılmaları” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qızı Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “tam mülkiyyət hüququ üzrə ona məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilindən 07.06.1991-ci ildə Bakı şəhərində doğulmuş İsgəndərova (Sadıqova) Aytən Qafar qızının və onun azyaşlı övladları, 15.05.2013-cü il təvəllüdlü X3 və 26.05.2015-ci il təvəllüdlü X4 qeydiyyatdan çıxarılmaları”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İsgəndərova (Sadıqova) Aytən Qafar qızı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR-ndən verilmiş - Seriya MH ******* №-li ÇİXARİŞa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. 07.06.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş İsgəndərova Aytən Qafar qızı və iddiaçının X1 ilə ailə qumuşdular və onların nikahı Sumqayıt şəhər Nikah evində 0l.06.2011-ci il tarixdə 380 sayla qeydiyyata alınmışdı. İsgəndərova Aytən Qafar qızı nikahdan sonra ərinin “Sadıqov” soyadını götürərək, Sadıqova Aytən Qafar qızı adına şəxsiyyət vəsiqəsi almışdır. Şəxsiyyət vəsiqəsi: AZE №17409679 verilib 30.09.2017-ci il tarixdə. Ailə qurduqdan sonra İsgəndərova (Sadıqova) Aytən Qafar qızının ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə icazə vermiş və o, 30.07.2011-ci il tarixdə mənzilə qeydiyyata düşərək oğlu - X7 ilə birlikdə iddiaçı birlikdə mənzilimdə yaşamışdır. AR DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 02.05.2019-cu il tarixli ******* saylı arayışına əsasən, 07.06.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş Sadıqova Aytən Qafar qızı ünvan 1 ünvanda qeydiyyatdadır şəxsiyyət vəsiqəsi: AZE №17409679 verilib 30.09.2017-ci il tarixdə, ASAN-Sumqayıt-2. Birgə nikahdan ər-arvad Samil və Aytən Sadıqovların iki övladları: 15.05.2013-cü il təvəllüdlü X5 və 26.05.215-ci il təvəllüdlü X6 doğulmuşlar. Birgə nikah dövründə ər-arvad Samil və Aytən Sadıqovlar özləri üçün ünvan 3 ünvanda yerləşən mənzil almışlar və öz övladları ilə birlikdə 2017-ci ildə birdəfəlik köçüb yaşamaq üçün həmin mənzilə getmişlər və indi də orada yaşayırlar. Özlərinə və övladlarına məxsus olan əmlakı, avadanlğı, şəxsi və sairə əşyalarını götürüb iddiaçının mənzilindən birdəfəlik köçüb getsələr də İsgəndərova (Sadıqova) Aytən Qafar qızı və uşaqları Fidanla Ləman indiyə kimi iddiaçının mənzilində qeydiyyatda qalmışlar. Köçüb getdikdən sonra, onların iddiaçı ilə heç bir ünsiyyəti-əlaqəsi yoxdur. Belə ki, İsgəndərova (Sadıqova) Aytən Qafar qızı ilə X7 nikahlarını Sumqayıt şəhər Məhkəməsinin 25.11.2019-cu il tarixli 2(060)-6697/2019 saylı qətnaməsi ilə pozmuşlar. Məhkəmənin qətnaməsi ilə hər iki uşaq anaları Sadıqova Aytənlə saxlanılması və hər iki uşaq üçün müvafiq qaydada atalarından aliment tutulması da qət edilmişdir. Məhkəmə vasitəsi ilə nikahı pozduqdan sonra İsgəndərova Aytən Qafar qızı "‘Sadıqova” soyadından imtina edərək öz əvvəlki “İsgəndərova” soyadını götürmüş və 20.02.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsi almışdır. AR DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 10.11.2020-ci il tarixli arayışına əsasən, 07.06.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş İsgəndərova Aytən Qafar qızı ünvan 1 ünvanda qeydiyyatdadır. 22.02.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsi almışdır. Seriya və nömrə arayışda göstərilməmişdir. İsgəndərova Aytən Qafar qızı soyadını dəyişmiş olsa da bu barədə aidiyyəti üzrə məlumat vermədiyi üçün haqqında olan sənədlərdə, məsələn qeydiyyatda olduğu ünvana xidmət edən MİS- də, ev kitabında və sairə sənədlərdə soyadı “Sadıqova” qalmaqdadır. Mövcud qanunvericiliyə əsasən, azyaşlı övladlar öz valideyinlərindən birinin qeydiyyatda olduğu ünvanda qeydiyyatda olmalıdırlar. Yuxarıda göstərdiyi kimi, Sumqayıt şəhər məhkəməsinin 25.11.2019-cu il tarixli 2(060)-6697/2019 saylı qətnaməsi ilə hər iki uşaq: 15.05.2013-cü il təvəllüdlü X5 və 26.05.215-ci il təvəllüdlü X6 anaları Sadıqova Aytən Qafar qızının yanında saxlanılması qət edilmişdir. Odur ki, hər iki övladı da anaları ilə birgə iddiaçının mənzilindən qeydiyyatdan çıxarılmalıdırlar. X1 ilə boşandıqdan sonra iddiaçı ilə İsgəndərova (Sadıqova) Aytən Qafar qızı arasında olan ailə-qohumluq münasibətlərinə xitam verilmişdir. İsgəndərova (Sadıqova) Aytən Qafar qızı iddiaçının ailə üzvü deyil, heç bir əlaqələri yoxdur. O, övladları ilə birlikdə özlərinə məxsus hər bir şəraiti olan şəxsi mənzildə yaşayırlar. Onların hər üçünün tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan və ünvan 1 ünvanda yerləşən mənzildə olan qeydiyyatları silinməlidir. İddiaçı İsgəndərova (Sadıqova) Aytən Qafar qızının iki övladı ilə birlikdə mənzilindən qeydiyyatdan çıxarılmalarına dair məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsi 03.02.2021-ci il tarixli, 2(060)-2370/2021 saylı qərardadla iddiamı təmin etməyərək, pasport qeydiyyatına düşmə-çıxmanm müvafiq icra hakimiyyəti orqanına - Pois idarəsinə müraciət edilməsini bildirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində heç bir etirazı olmadığını və İddiaçı qızının iddiasına dair qərar qəbul olunarsa tərəflərindən icra olunacağını bildirmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, MH seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Sumqayıt şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(060)-6697/2019 saylı Qətnaməsi ilə X7 ilə Sadıqova Aytən Qafar qızı arasında Sumqayıt şəhər nikah evində 01.06.2011-ci il tarixdə bağlanmış, 380 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş X3 və X4 yetkinlik yaşına çatana qədər anası Sadıqova Aytən Qafar qızının yanında qalması qət edilmişdir. Doğruluğu sahəsi ustası Əliyeva Z.Ə, Qonşular Səfiyarova G.İ. və Qurbanova A.D tərəfindən təsdiq edilmiş 19.11.2021-ci il tarixli akta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan İsgəndərova Aytən Qafar qızı 20.İV.2017-ci il tarixdən həmin ünvanda yaşamır. Üçüncü şəxs İsgəndərova Aytən Qafar qızı hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Üçüncü şəxsin, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs İngəndərova Aytən Qafar qızı iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, X5 və X6 azyaşlı olduqları üçün məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməmişdir. Qanunvericiliyə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Buna görədə məhkəmə hesab edir ki, həmin azyaşlılar iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılaraq, qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tam mülkiyyət hüququ üzrə İddiaçı qızına məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilindən 07.06.1991-ci ildə Bakı şəhərində doğulmuş İsgəndərova (Sadıqova) Aytən Qafar qızının və onun azyaşlı övladları, 15.05.2013-cü il təvəllüdlü X3 və 26.05.2015-ci il təvəllüdlü X4 qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Tam mülkiyyət hüququ üzrə İddiaçı qızına məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilindən 07.06.1991-ci ildə Bakı şəhərində doğulmuş İsgəndərova (Sadıqova) Aytən Qafar qızının və onun azyaşlı övladları, 15.05.2013-cü il təvəllüdlü X3 və 26.05.2015-ci il təvəllüdlü X4 qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev