Məhkəmə qərarları › İş №2-1(118)-1713/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1713/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1713/2021 28.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Şəxsi mülkiyyətində olan, Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 0,4125 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 891,94 kvadrat metr olan X4 təyinatlı qeyri-yaşayış tikilisinin qeydiyyata alınması, çıxarışların və texniki pasportun verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə qoyulmasına” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkməyə mürciət etmişdir. X8 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 0,4125 hektar olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə “İST” firmasına məxsus olmuş, AN - İ № ******* saylı, 05.08.2020-ci il tarixli Alqı-satqı müqaviləsi ilə, “İST” firması, torpaq sahəsini, X1. X8 isə torpaq sahəsini AN - İ № ******* saylı 16.06.2021-ci il tarixli Alqı-satqı müqaviləsi ilə iddiaçıya satmışdır. Bununla da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 17.06.2021-ci il qeydiyyat tarixli, çıxarışla qeydiyyata alınmış, Sumqayıt şəhəri, Korpğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 0,4125 hektar olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Yuxarda qeyd olunan torpaq sahəsinin üzərində, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 167 saylı, 23 iyun 2016-cı il tarixli sərəncamına ilə X4nin tikilməsinə icazə verilmişdir. X4nin eskiz layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş L-14-025 qeydiyyat nömrəli, 12.06.2014-cü il tarixli, 081396 saylı Lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən hazırlanaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim olunmuşdur. Eskiz Layihə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə 78 saylı qeydiyyat nömrəsinə əsasən 28.07.2016-cı il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Çıxarışa əsasən 0,4125 hektar torpaq sahəsi üzərində inşa olunmuş, ümumi sahəsi 891,94 kvadrat metr olan, X5 təyinatlı, Qeyri yaşayış tikilisi 2017-ci ilin yanvar ayında tam fəaliyyətə başlayıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 12 saylı, 03 may 2017-ci il tarixli icazə ilə tikinti obyektinin istismarına rəsmi icazə verilmişdir. Artıq 5-ci ildirki X4 tam gücü sahibkarlıq subyekti olaraq kommersiya fəaliyyəti göstərməklə, dövlət xəzinəsinə və digər qurumlara qanunla nəzərdə tutulmuş vergi və digər ödənişləri etməklə, işçilərinə əmək haqqı ödəyir. Lakin qeyri-yaşayış tikilisi üzərində mülkiyyət hüququ qeydiyyata alınmayıb. Göstərilən səbəblərə əsasən, iddiaçının mülkiyyətində olan, Sumqayıt şəhəri, Korpğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 0,4125 hektar olan torpaq sahəsi üzərində mövcud olan X4 təyinatlı qeyri-yaşayış obyektinin qeydiyyata alınması, Çıxarışların və Texniki pasportların verilməsinə dair, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinə 12 iyul 2021-ci il tarixdə rəsmi müraciətlər etmişdir. Lakin ona **********35 saylı 30 iyul 2021-ci il tarixli imtina məktubu verilərək müraciyyətinin icrasından imtina edilmişdir. Sumqayıt şəhəri, Korpğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 0,4125 hektar olan torpaq sahəsi üzərində mövcud olan X4 təyinatlı, 891,94 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış obyektinin sənədləşdirmə işlərini aparmaq fikrindədir. Hesab edir ki, cavabdeh idarə tərəfindən heç bir sənədləri araşdırmadan, əsassız olaraq müraciətinin icrasından imtina edirlər. İddiaçı bu halın yəni cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinin hərəkətlərini özbaşınalıq süründürməçilik kimi qiymətləndirir və bir vətəndaş olaraq hesab edir ki, qanuni şəkildə mülkiyyətində olan və hal-hazırda fəaliyyət göstərən qeyri-yaşayış obyektinin qeydiyyata alınmaqla, çıxarışın və texniki pasportun verilməsi Azərbaycan Respublikasını ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinə həvalə edilməlidir. Buna görə də öz hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müractiət etməyi qərara almışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reysteri Xidməti Haqqında Əsasnamənin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reysterindən çıxarış vermək: 9.23-cü bəndinə əsasən üzərində binalar, qurğular, yaşayış və qeyri- yaşayış sahələri, fərdi yaşayış, bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, Həmin hüquqlar dövlət reysterində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin planının və ölçüsünün çəkilməsinin təmin etmək: 9.24-cü bəndinə görə bu tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reysterində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 148.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reysteri hamı üçün açıq olmalıdır. İstənilən maraqlı şəxs daşınmaz əmlakın dövlət reysterinin tətbiq edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin yanında daşınmaz əmlakın dövlət reysterinin onu maraqlandıran bölmələri ilə, habelə bu bölmələrə aid bütün sənədlərlə tanış ola bilər, habelə onlardan çıxarışlar verilməsinin tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71 -ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. “Daşınmaz Əmlakın Dövlət Reyesteri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasınin Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmm (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 2.2- ci maddəsində göstərilirki, Azərbaycan respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reysterində aparılır. Həmin Qanunun 8.0.4-cü maddəsində “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri - yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri” hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququn konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnzibati İcraat haqqında Qanunun 16.1-ci Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Qanunun 16.2-ci maddəsinə əsasən Hüquqi normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 2.2.2. və 2.2.3-cü maddələrinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dairiddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsi, Avtovağzal ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə 12 iyul 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdirlər və onların müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, müraciətin araşdırılması zamanı ərizəyə tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı və tikinti obyektinin istismarına icazə sənədinin əlavə edilmədiyi, həmçinin təqdim edilmiş eskiz layihənin “CİTY OİL” firmasının adına olduğu müəyyən edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu və 8.0.10.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa ,ən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində ülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi jarədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədi hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsi, Avtovağzal ərazisində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona 29 iyul 2021-ci il tarixli **********35 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində idğiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddiaya etirazı müdafiə etmişdir Məhkəmə iclasında üçüncü şəxs X8 iştirak etmiş, məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, Yanacaqdoldurma məntəqəsində olan tikililəri və ona məxsus olan torpaqları alqı-satqı yolu ilə satmışdır. Həmin torpaq sahəsi və tikililərlə bağlı heçbir tələbi yoxdur, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı şəxsi mülkiyyətində olan, Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 0,4125 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 891,94 kvadrat metr olan X4 təyinatlı qeyri-yaşayış tikilisinin qeydiyyata alınması, çıxarışların və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, müraciətin araşdırılması zamanı ərizəyə tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı və tikinti obyektinin istismarına icazə sənədinin əlavə edilmədiyi, həmçinin təqdim edilmiş eskiz layihənin “CİTY OİL” firmasının adına olduğu müəyyən edilmişdir. Qeyd edilən səbəbdən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, AN-1 ******* saylı, 05.08.2020-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən “İST” firması, Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsi, Avtovağzal ərazisində yerləşən torpaq sahəsini, X1. X8 isə torpaq sahəsini AN - İ № ******* saylı 16.06.2021-ci il tarixli alğı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsi, Avtovağzal ərazisində yerləşən torpaq sahəsi **********31 reyestr nömrəli, 17 iyun 2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı məxsusdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 167 saylı, 23 iyun 2016-cı il tarixli sərəncamına ilə X6 Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsi, Avtovağzal rayonu ərazisində layihəyə uyğun olaraq 4125 kv.m sahədə X4nin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 23 iyun 2016-cı il tarixli 167 saylı Sərəncamı əsasında X6 məxsus tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. (03.05.2017-ci il tarixli, 12 saylı tikinti obyektinin istismarına icazə) X4nin eskiz layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş L-14-025 qeydiyyat nömrəli, 12.06.2014-cü il tarixli, 081396 saylı Lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən hazırlanaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim olunmuşdur. Eskiz Layihə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə 78 saylı qeydiyyat nömrəsinə əsasən 29.07.2016-cı il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Göründüyü kimi torpaq sahəsi üzərində tikintisi nəzərdə tutulmuş tikilinin Eskiz Layihə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə 78 saylı qeydiyyat nömrəsinə əsasən 29.07.2016-cı il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 167 saylı, 23 iyun 2016-cı il tarixli sərəncamına ilə torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X6 Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsi, Avtovağzal rayonu ərazisində layihəyə uyğun olaraq 4125 kv.m sahədə X4nin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 23 iyun 2016-cı il tarixli 167 saylı Sərəncamı əsasında X6 məxsus tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Göründüyü kimi torpaq sahəsinin mülkiyyətçisinə müvafiq inzibati orqan tərəfindən tikintiyə icazə verilmiş və eyni zamanda tikilmiş obyektin istismarına icazə verilmişdir. Beləliklə torpaq sahəsi üzərində tikilmiş tikililərin dövlət qeydiyyatına alınması üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hüquq normaları iddiaçının mülkiyyətində olan torpaq sahəsində müvafiq razılıqlar əsasında tikilmiş tikililərə mülkiyyət hüququ tələb edə bilməsi üçün hüquqi əsas təşkil edir. Məhkəmə araşdırması zamanı həmin tikililərlə bağlı mülki mübahisənin olmadığıda müəyyən edildi. Beləki, məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmiş torpağın əvvəlki mülkiyyətçisi və həmin torpaq sahəsində tikinti aparılmasına icazə verilmiş X8 məhkəmə iclasında yazılı ərizə təqdim edərək, satdığı torpaq sahəsində aparılmış tikililərə hər hansı bir iddiasının olmadığını bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu halda iddiaçının özünə mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində müvafiq razılıqlar alınmaqla tikilmiş və istismara qəbul edilmiş qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaranmışdır və cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının mülkyyətində olan torpaq sahəsində müvafiq dövlət orqanlarının razılıqlarları ilə tikilmiş və hazırda faktiki istifadəsində olan qeyriyaşayış sahəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaması, əmlakdan maneəsiz istifadə hüququnun təminatının pozulması baxımından Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin ediməli, İddiaçı mülkiyyətində olan, Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 0,4125 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 891,94 kvadrat metr olan X4 təyinatlı qeyri-yaşayış tikilisinin mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınması, müvafiq çıxarışən və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı şəxsi mülkiyyətində olan, Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 0,4125 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 891,94 kvadrat metr olan X4 təyinatlı qeyri-yaşayış tikilisinin mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınması, müvafiq çıxarışların və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən) apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar