Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1713/2022 30.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Şamaxı rayonu, İ Çaylı kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (Şamaxı rayon İcra Hakimiyyəti başçısının aparatında Hüquq şöbəsinin müdiri vəzifəsində işləyən, Şamaxı rayonu, Çaylı kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 22 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmas barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2-1(118)-50/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunsun və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon Prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınaraq, İddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(105)-424/ 2021 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-50/2021 saylı qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək, İddiaçı iddia tələbi təmin edilmiş, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2019-cu il tarixli 58 saylı əmrinin ləğv edilməsi və İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa edilsin və ona 23 iyul 2019-cu il tarixdən başlayaraq öz vəzifəsinə bərpa olunana kimi əmək haqqının ödənilməsi öhdəliyi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 2334/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-424/2021 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndəriımişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(105)-248/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-50/2021 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2004-cü ilin may ayından 2012-ci ilin iyun ayına kimi və 2014-cü ildən 23 iyul 2019-cu ilə kimi Şamaxı rayonu Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş, ikinci dərəcəli dövlət qulluqçusudur. 2012-2014-cü illərdə səhhəti ilə bağlı işləyə bilməmişdir. İşlədiyi müddətdə yaxşı xidmətinə görə dövlət qulluqçusu və Şamaxı RİHB-nın Çaylı kənd İƏD-si üzrə nümayəndəsi kimi dəfələrlə mükafatlandırılmışdır. O, Şamaxı rayon prokurorunun 04 iyun 2019-cu il tarixli təqdimatına əsasən heç bir qanuni əsaslar olmadan, fəaliyyəti araşdırılmadan, prokurorluğun təqdimatı müzakitə edilmədən 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrlə işdən azad olunmuşdur. İşdən azad olunma barədə əmrində onun iş vaxtında müxtəlif məhkəmə iclaslarında iştirak etməsi əsas kimi göstərilmişdir. Halbuki, o, üçüncü şəxs qismində cəlb edildiyi məhkəmə prosesləri ilə bağlı məhkəmə iclaslarına çağırılmış və müvafiq məhkəmə bildirişlərini Ərazi İdarəetmə şöbəsinin müdirinə təqdim etmiş, viza qoyulduqdan sonra o, bildirişləri İcra Hakimiyyəti Başısının l müavininə təqdim etmiş və yalnız rəsmi icazə aldıqdan sonra iş yerini tək etmişdir. O, oğlundan başqa heç kimin nümayəndəsi qismində çıxış etməmişdir. Qanunsuz işdən azad olunmağı ilə bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə Şamaxı rayon İcra Hakimiyyətinin Başçısına müraciət etsə də, Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı onu əvvəlki iş yerinə və ya Şamaxı rayonunun başqa kəndinə inzibati ərazi dairəsi üzrə nümayəndə təyin etməsi barədə söz vermiş, vaxtı uzatmış, lakin iddiaçının qanuni və əsaslı müraciətinə bu günə kimi cavab vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izah etdi ki, Şamaxı rayon Prokurorunun 04 iyun 2019-cu il tarixli ********* nömrəli təqdimatına əsasən Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı aldığı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozduğu müəyyən edilmişdir. Buna görə də İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndlərinə əsasən Şamaxı Rayonu icra Hakimiyyəti Başçısının 23 iyul 2019-cu il tarixli, 58 saylı əmri ilə Şamaxı rayon icra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. İş materiallarında olan : -Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Şamaxı rayon l Çaylı bələdiyyəsinin cavabdeh X5 qarşı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq l Çaylı bələdiyyəsinin faktiki sahibliyinə verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X4 xx.xx.2004-cü il tarixli icarə müqaviləsi əsasında onun istifadəsində olan 150 ha torpaq sahəsində bələdiyyə tərəfindən aparılan qanunsuz tikililərin sökülməsivə həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qarşılıqlı iddiası rədd edilmişdir. Göstərilən qətnamə apellyasiya instansiyası məhkəməsinin istinad olunan qətnaməsi ilə qismən, ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və iddia təmin edlməmişdir. - Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli qərarından görünür ki,170836017 nömrəli cinayıt işi üzrə icraata əməldə cinayət tərkibi olmaması və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsaslarına görə xitam verilmişdir. -Şamaxı rayon Prokurorunun rayon prokurorluğunda Azərbaycan Respublikası CMnin 313-cü və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* N-li cinayət işi üzrə Şamaxı rayon İcra Hakimiyyəti Başçısın ünvanlanmış xx.xx.2019-cu il tarixli təqdimatından görünür ki, istintaq zamanı İddiaçı saxta sənədin hazırlanmasında hansı qaydada iştirak etməsi araşdırılmaqla, sonuncunun Şamaxı rayon İHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işlədiyi müddətdə oğlu Vüsal Gülüyevin adına qanunsuz yollarla, sənədlərin saxtalaşdırılması üsulu ilə icarəyə götürdüyü torpaq sahəsinin geri qaytarılması və saxta sənədin etibarsız hesab olunması ilə bağlı Birinci Çaylı bələdiyyəsi tərəfindən müvafiq məhkəmə instansiyalarında qaldırılmış iddialar üzrə keçirilmiş məhkəmə proseslərində oğlu Vüsal Gülüyevin nümayəndəsi qismində iştirak etdiyi və saxtalığı sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi müəyyən olunmuşdur. Bundan başqa aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şamaxı rayon İHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyərkən 2018-ci ilin aprel ayından 2019-cu ilin fevral ayınadək olan müddət ərzində iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində oğlu Vüsal Gülüyevin və qardaşı Adil Quliyevin nümayəndəsi qismində iştirak etmiş, həmin günlər ərzində xidməti vəzifələrini icra etməməklə yanaşı xidməti ərazini tərk etməsi barədə rəhbəri oilduğu qurumdan icazə və ya razılıq almamışdır. Bununla bağlı göstərilən qanunpozuntularına gələcəkdə yol verilməməsi və qarşısının alınması məqsədilə təqdimatın rayon icra hakimiyyətinin ümumi yığıncağında və ya şira iclasında müzakirə etməklə İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. -Şamaxı rayon İcra Hakimiyyətinin 23 iyul 2019-cu il tarixli 58 nömrəli əmrindən görünür ki, İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia müddət iddiaçı tərəfndən ötürülməmişdir. Belə ki, “İnzibati iceaat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2019-cu il tarixli 58 saylı əmrində iddiaçının tutduğu vəzifədən və dövlət qulluğundan azad edilməsi üçün əsas kimi onun saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı aldığı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozduğu göstərilmişdir. İddiaçı müəyyən vaxtlarda özünün və oğlu X4 iştirak etdiyi məhkəmə iclaslarında iştirak etdiyini təsdiq etmiş və buna görə müvafiq qaydada ərizə ilə şöbə müdirinə müraciət etdiyini və icazə aldığını bildirmişdir. Cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti məhkəmənin sorğöusuna cavab olaraq bildirmişdir ki,İddiaçı məhkəmə iclasllarına getməsi üçün icazə verilməsi barədə müraciəti rayon İcra Hakimiyyətinə daxil olmamış və ona belə bir icazənin verilməsi barədə heç bir əmr verilməmişdir. Bununla iddiaçı dövlət qulluqçusu kimi nizam intizam qaydalarını və işə davamiyyət qaydalarını pozmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələnidirilən əmrdə cavabdeh “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı maddələrinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndinə istinad etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun: -25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. İddiaçı iddia tələbində cavabdeh tərəfindən onun barəsində ən ciddi intizam tənbeh tədbiri seçildiyinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, qanunda intizam tənbehlərinin ardıcıllıqla seçilməsi və ya birbaşa dövlət qulluğundan azad edilməi ilə bağlı tədbirin seçilməsinin qanunsuz olması kimi bir məhdudiyyət nəzərdə tutulmamışdır. Göstərlən Qanunun 33.1, 33.1.6-cı maddəsinə görə bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin ləğv edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1713/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1713/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver