Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1728/2021 17.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “X23, X24, X27, X15, X20, X16, X21, X8 iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Abşeron Rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, X23, X24, X27, X15, X20, X16, X21, X8 iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan qeydiyyatının ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X25 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayş evi iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Üçüncü şəxs - X23 onun nəvəsidir, hal-hazırda nəvəsi anası ilə birgə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. X2, X27, X15, X20, X17, X21, X18 isə qonşularıdır, onlar faktiki olaraq öz evlərində yaşayırlar və iddiaçının mülkiyyətində olan evdə formal olaraq pasport qeydiyyatındadırlar. Adı çəkilən şəxslər üzündən qanuni mülkiyyətçi kimi mübahisələndirilən fərdi yaşayış evinə iddiaçı istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu isə iddiaçının dövlət tərəfindən tanınan və qorunan hüquqlarının ciddi surətdə pozulması deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati və iqtisadi məhkəmələr baxır. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçata alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiəsi, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, eyni zamanda X12 onu aldatdığını, evə aid ayrı sənəd vermədiyini bildirmiş, sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiya münasibətində etirazının olmadığı bildirilmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
RX seriyalı, ******* saylı Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 242.4 kv.m fərdi yaşayış evi 36.1 kv.m hissədə İddiaçı, 206.3 kv.m hissədə X12 mülkiyyətindədir.
Məhkəmə araşdırması müvafiq sorğu edilmiş və müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən paylı fərdi yaşayış evinin 25.8 kv.m-i X12; 36.1 kv.m-ı İddiaçı; 36.1 kv.m-i X9; 36.1 kv.m-i Mirzəyev Cəmilin; 36.1 kv.m-i X3; 36.1 kv.m-i X6; 36.1 kv.m-i X5 mülkiyyətindədir. AN-İ seriyalı, ******* saylı, 12 may 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X25 fərdi yaşayış evini 36.1 kv.m hissədə X7, AN-İ seriyalı, ******* saylı, 11 iyun 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən 36.1 kv.m hissədə X10, AN-İ seriyalı, ******* saylı, 01 iyun 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən 36.1 kv.m hissədə X4, AN-İ seriyalı, ******* saylı, 30 may 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən 36.1 kv.m hissədə X38-ya, AN-İ seriyalı, ******* saylı, 08 may 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən 36.1 kv.m hissədə X1, həmin hissələr müvafiq olaraq RX Seriyalı ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı Çıxarışlarla rəsmiləşdirilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında qeyd olunur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Hazırki iş üzrə iddiaçı öz nəvəsinin və qonşularının qeydiyyatdan çıxarılması ilə bağlı ayrılıqda inzibati orqana müraciət etmiş, inzibati orqan hər iki halda iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, hər iki halda inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləki iddiaçının nəvəsi X23 mənzildən istiafadə hüququ olduğuna görə, onun həmin mənzildən istifadə etmədiyi halda, mülki məhkəmə icraatı qaydasında istifadə hüququna xitam verilə bilər. Bundan sonra isə həmin şəxsin qeydiyyatdan çıxarılması tələb edilə bilər. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının nəvəsi X19 münasibətdə əsaslı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın digər üşünçü şəxslərlə bağlı imtinasıda əsaslı olmuşdur. İddiaçı həmin şəxslərin əsassız olaraq onun mənzilində qeydiyyata alındığını bildirir. Lakin iddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslərlə bağlı məhkəmə tərəfindən aparılmış araşdırma əsasında müəyyən edilmişdir ki, AN-İ seriyalı, ******* saylı, 12 may 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X25 fərdi yaşayış evini 36.1 kv.m hissədə X7, AN-İ seriyalı, ******* saylı, 11 iyun 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən 36.1 kv.m hissədə X10, AN-İ seriyalı, ******* saylı, 01 iyun 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən 36.1 kv.m hissədə X4, AN-İ seriyalı, ******* saylı, 30 may 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən 36.1 kv.m hissədə X38-ya, AN-İ seriyalı, ******* saylı, 08 may 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən 36.1 kv.m hissədə X1, həmin hissələr müvafiq olaraq RX Seriyalı ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı Çıxarışlarla rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçıda digər digər paylı mükiyyətçilər kimi vahid əmlakın müəyyən hissəsinə mülkiyyət hüququ ilə sahibdir. Ona görədə iddiaçının həmin şəxsləri qeydiyyatdan çıxarmaq hüququ mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. İddiaçı məhkəmə iclasında daha çox yaşadığı mənzili ona satan şəxsdən narazı olduğunu bildirmişdir.məhkəmə tərəfindən müvafiq sorğular edilmiş, iddiaçınında paylı mülkiyyət sahibi olduğu vahid daşınmaz əmlakın ona aid hissədə ayrıca müllkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması və ayrı unvan alınması imkanının olduğu, onun düzgün olmayan hüquq müdafiə vasitəsi seçdiyi izah edilmişdir. Lakin iddiaçı mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddiaçıya izah edilsin ki, hazırkı iş üzrə üçüncü şəxs olan iddiasçının nəvəsi X13 istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. İddiasının uğurlu olması halında, həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina vəya hərəkətsizlik edərsə, inzibati məhkəməyə müraciət edə bilər. Qonşuları ilə yaranmış problemin həlli ilə bağlı isə paylı mülkiyyət hüququ ilə istifadəsində olan mənzilin ayrıca mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması və ayrıca ünvan alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə hüqüuqu istisna edilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Süh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev