Məhkəmə qərarları › İş №2-1(118)-1729/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1729/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1729/2021 21.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1 ünvanında qeydiyyatda olan X5 və onun övladları X3 və X2 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, 42ci məhəllə, 14 nömrəli yatqxanada yerləşən binasının otaq 4 mənzilinə qeydiyyata düşən X5 və onun 3 uşağının qeydiyyatdan çıxarılmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Sumqayıt şəhəri, Yataqxana 14, məhəllə 42, mənzil 4 ünvanında qeydiyyatda olan X5 və onun övladları X3 və X2 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti, X6, X3 və X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəh 42-ci məhəllə 14№- li yatqxana Otaq 4 ünvanında yaşayır. İddiaçı bu otağı 12.02.2008-ci lidə Məişət Kimyası ASC-nin HİK-nin sədri V.Mədətov çıxış edərək bildirmişdir ki, 68 saylı sexin işçisi İddiaçı yaşayış yerinə ehtiyacı olduğunu nəzərə alıb yataqxanadan otaq verilməsinə razılıq verilsin. Və iddiaçı 2008-ci ildə bu otağı almışdır. Onun razılığı olmadan 2008-ci ildə Sumqayıt şəhəri, Nizami küçəsi 111 nömrəli polis idarəsində X8 və üç uşağını iddiaçının yaşadığı yataqxananın üzərinə qanunsuz və əsassız şəkildə qeydiyyata salmışdırlar. İddiaçı Sumqayıt şəhər Nizami küçəsi 111 Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Oradan iddiaçıya №12328517M3221 nömrəli məktub gəlmişdir: 05.08.2021-ci il yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin heç bir etirazı yoxdur, İddiaçı Füzuli qızının iddiasına dair qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında yaşayış sahəsinə istifadə hüququ olmayan və orada yaşamayan şəxslərin qeydiyyatdan çıxarılmasını yaşayış sahəsinin mülkiyyətçisi tələb edə bilər. Lakin, hazırki iş üzrə iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun olması müəyyən olunmur. 21.02.2008-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş 38 saylı Orderə əsasən HİKin iclasının 2 saylı saylı protokolundan çıxarış əsasında müəssisədə işlədiyi müddət ərzində yaşayış sahəsi 18 kv.m olan 42-ci məhəllə, 14 saylı Yataqxanada yerləşən otaq 4 İddiaçı Füzuli qızına verilmişdir. İddiaçı qeyd edilən order əsasında sözügedən mənzildə yaşayır. Lakin, onun mənzilə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Bundan əlavə Məhkəmənin 31.08.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi 27.09.2021-ci il tarixli, 018-15075-1221 saylı məktubla bildirmişdir ki, 16.06.1974-cü il təvəllüdlü X6, övladları 31.03.2001-ci il təvəllülü X3 və 09.08.2003-cü il təvəllüdlü X7 2008-ci il tarixdən hal-hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. İddiaçı qeydiyyatdan çıxarılmasını istədiyi şəxslərin istifadə hüququnun olmaması və ya istifadə hüququna xitam verilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında hüquq müdafiə vasitələrindən istifadə edərək, həmin şəxslərin qeydiyyatdan çıxarılmasına nail ola biləcyi halda, düzgün hüquq müdafiə vasitəsi seçməmiş və əsasız olaraq cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilə bilməz və rədd edilməlidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar