Məhkəmə qərarları › İş №2-1(118)-1729/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1729/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1729/2022 01.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə (işləməyən, Qobustan rayonu, Yekəxana kəndində yaşayan), Cavabdehin nümayəndəsi X2 (DSMF X10 Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Şamaxı rayonu N.Nərimanov adına sovxozda 1975-ci ilin may-iyul, sentyabr-dekabr ayları, 1976-cı ilin yanvar–iyul və sentyabr–dekabr ayları, 1977-ci ilin yanvar–iyul və sentyabr–dekabr ayları,1978-ci ilin yanvar-oktyabr ayları,1979-cu ilin apreliyul və sentyabr-dekabr ayları,1980-1981-ci illər, 1982- ilin mart-dekabr ayları,1983-cü il,1984-cü ilin yanvar-may ayları,1985-ci ilin mart-dekabr ayları,1986-cı ilin fevral-iyun avqust,oktyabr və dekabr ayları,1987-cilin yanvar-iyun , sentyabr-oktyabr və dekabr aylarında fəhlə vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayonu N.Nərimanov adına sovxozda 1975-ci ildən 1988-ci ilə kimi fəhlə vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçınən nümayəndəsi iddia tələbinin dəqiqləşdirərək 1975-ci ilin mayiyul, sentyabr-dekabr ayları, 1976-cı ilin yanvar–iyul və sentyabr–dekabr ayları, 1977-ci ilin yanvar–iyul və sentyabr–dekabr ayları,1978-ci ilin yanvar-oktyabr ayları,1979-cu ilin apreliyul və sentyabr-dekabr ayları,1980-1981-ci illər, 1982- ilin mart-dekabr ayları,1983-cü il,1984-cü ilin yanvar-may ayları,1985-ci ilin mart-dekabr ayları,1986-cı ilin fevral-iyun avqust,oktyabr və dekabr ayları,1987-ci ilin yanvar-iyun, sentyabr-oktyabr və dekabr aylarında Şamaxı rayonu N.Nərimanov sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxaılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə Şamaxı rayonu Yekəxana kəndində anadan olmuşdur. Çoxuşaqlı anadır, 6 uşaq dünyaya gətirib böyütmüşdür. İddiaçıya 2004-cü ildən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin əlilliyə görə təyin edilmiş əmək pensiyasının verilməsi 2021-ci il tarixdən dayandırılmışdır. O, Mən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən ona xx.xx.2007-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N ü m a y ə n d ə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı qanunla tələb olunan müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Şamaxı rayonu “Nərimanov” adına sovxozda işləməsinə dair arxiv arayışı təqdim etmişdir. Lakin həmin dövr onun əmək kitabçasında qeyd edilməmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : - iddiaçıya məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. - X7 filial tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 187 saylı arxiv arayışından görünür ki, X6 xx.xx.1975-ci il tarixli 95 saylı əmrlə N.Nərimanov adına sovxozda işləmiş, xx.xx.1987-ci il tarixli 148 saylı əmrlə 19 iş günü müddətinə növbəti məzuniyyətə buraxılmışdır. 1975-1987-ci illərdə Şamaxı rayonu N.Nərimanov adına sovxozda işləmişdir. -xx.xx.1980-ci il tarixdə bağlanmış nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Həmid Ağaqulu oğlu ilə rəsmi nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir. -doğum haqqında şəhadətnamələrdən görünür ki, Ə.Səfərovanın xx.xx.1984-cü il təvəllüdlü Nuranə, xx.xx.1986 təvəllüdlü Zivər, xx.xx.1988-ci il təvəllüdlü Vəli və Alı, xx.xx.1989-cu il təvəllüdlü Dilbər və xx.xx.1996-cı il təvəllüdlü Səriyyə adlı övladları vardır. Məhkəmənin sorğusuna əsasən Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2004-cü ildə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı il tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Şəxsin əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş (Forma-088) daxil olmamışdır. Məhkəmənin sorğusuna əsasən X7 filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 242 saylı arxiv arayışından və əmək haqqı cədvəllərindən görünür ki, Səftərova (Nuriyeva) Əpruz Ağasəf qızı 1975-ci ilin may-iyul, sentyabr-dekabr ayları, 1976-cı ilin yanvar–iyul və sentyabr–dekabr ayları, 1977-ci ilin yanvar–iyul və sentyabr–dekabr ayları,1978-ci ilin yanvar-oktyabr ayları,1979-cu ilin aprel-iyul və sentyabr-dekabr ayları,1980-1981-ci illər, 1982- ilin mart-dekabr ayları,1983-cü il,1984-cü ilin yanvar-may ayları,1985-ci ilin martdekabr ayları,1986-cı ilin fevral-iyun avqust,oktyabr və dekabr ayları,1987-cilin yanvar-iyun , sentyabr-oktyabr və dekabr ayları Şamaxı rayonu N.Nərimanov adına sovxozda işləmiş və əmək haqqı alımışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, 6 uşaq (xx.xx.1984-cü il təvəllüdlü Nuranə, xx.xx.1986 təvəllüdlü Zivər, xx.xx.1988-ci il təvəllüdlü Vəli və Alı, xx.xx.1989-cu il təvəllüdlü Dilbər və xx.xx.1996-cı il təvəllüdlü Səriyyə) doğub onları səkkiz yaşadək tərbiyə etmişdir. İddiaçı 1975-1987-ci illərdə (müəyyən aylar çıxılmaqla) Şamaxı rayon N.Nərimanov adına sovxozda işləmiş, onun işə qəbul edilməsi əmrlə təsdiq. İşdən azad olunması barədə əmr aşkar edilməsə də, 124 ay ərzində, 1987-ci ilin dekabr ayınadək əmək haqqı alması əmək haqqı cədvəlləri ilə təsdiq edilir. İddiaçı 2004-cü ilin noyabr ayından 2021-ci ilin fevral ayının 19-na kimi əlilliyə görə əmək pensiyası almışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının 1975-1987-ci illərdə işlədiyi dövrün əmək kitabçasında qeyd edilməməsi ilə bağlı həmin dövrün onun sosial sığorta stajına daxil etməkdən imtina edir. Buna baxşayaraq iddiaçının həmin sovxoza 1975-ci ildən işə qəbul edilməsi və 1987-ci ilin dekabr ayınadək əmək haqqı alması əmək haqqı cədvəlləri ilə təsdiq edilir. Bu səbəbdən məhkəmə cavabdehin həmin arqumentini əsassız hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh əsassız olaraq iddiaçının müraciətinə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəalarını şamil edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin hazırda qevvədə olan redaksiyasına görə iddiaçıya pensiyanın göstərilən Qanunun müvafiq müddəalarının hazırda qüvvədə olan normaları deyil, iddiaçının 48 yaşının tamam olduğu vaxt qüvvədə olan normaları tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 27 oktyabr 2009cu il tarixdə edilmiş və 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minən dəyişikliyə uyğun olaraq çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnu təmizləyən 8.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir : “beş və daha çox uşaq doğub onları səkkiz yaşnadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların nu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”. Həmin dəyişiklik edilənədək isə Qanunun 8.1-ci maddəsi aşağıdakı redaksiyada idi : “Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır : 6 uşağı olanlar – 48 yaşına çatdıqda”. Hazırkı mübahisənin hallarından isə görünür ki, iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası nın Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD saylı Qanunu qüvvəyə minənədək yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının qanaılmış pensiya hüququnun reallaşdırılması ilə bağlı müraciətinin 01 yanvar 2010-cu il tarixdən sonraya (qanunvericiliyə edilmiş yeni dəyişikliklərin qüvvəyə minməsiondən sonraya) təsadüf etməsi ona pensiya təyin edilməməsinə əsas verə bilməz. Belə ki, iddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları şəxsin müraciətinin məhz ona müvafiq hüquq verən müddəanın qüvvədə olduğu müddətlərdə edilməli olduğuna dair imperativ qayda nəzərdə tutmurdu. əksinə, qanunverici bunu şəxsin müraciəti ilə əlaqələndirməklə onun seçimindən asılı edirdi. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının 2021-ci ilin fevral ayına qədər əlilliyə görə əmək pensiyası alması nəzərə alınmaqla yaşa görə əmək pensiyası ona xx.xx.2007-ci il tarixdən təyin olunsa da, xx.xx.2021-ci il tarixdən, yəni əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənilməyə başlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Şamaxı rayonu, N.Nərimanov adına Sovxozda 1975-ci ildən 1988-ci ilə kimi fəhlə vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar