Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-173/2021 15.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və iddiaçının vəkili X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz AİK-nın xx.xx.1998-ci il tarixli 05 saylı qərarı X5 0.06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi, X5 verilmiş JN-301A (KOD 30222048) seriya nömrəli xx.xx.2004-cü il tarixli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Xaçmaz AİK-nın xx.xx.1998-ci il tarixli 05 saylı qərarının X5 0.06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi, X5 verilmiş JN-301A (KOD 30222048) seriya nömrəli xx.xx.2004-cü il tarixli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, inzibati icraat haqqında qanununun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır:
1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt;
2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;
3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;
4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt;
5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;
6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İşin faktiki hallarında və hüquqi əsaslardan görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyası müvafiq səlahiyyəti olmadığı halda etibarsız inzibati akt qəbul etmişdir. Belə ki, həmin dövrün qanunvericiliyinə əsasən Aqrar İslahat Komissiyasının həyətyanı torpaq sahəsi ayırmaq hüququ olmamışdır. X12 Komissiyası yalnız müəyyən hüquqi sənədlərlə vətəndaşların istifadəsinə verilmiş həyətyanı torpaq sahələrinə dair qərar qəbul edə bilərdi. Bu səbəbdən də iddia düzgün qoyulmuşdur və məhkəmə bu iddiaya inzibat Prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən baxmalıdır. Müddətin otürülməməsi barədə Hesab edirlər ki, qərarın etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, məhkəmələr bu işlər üzrə müddətin ötürülməsi ilə bağlı adətən İnzibati Prosessual Məcəllənin 38.1 -ci və “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsinə istinad edirlər. Qanunvericilikdə bu tipli iddialarda müddət nəzərdə tutulmamışdır. Cavabdehin düzgün seçilməsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı 3 qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. “Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995- ci il 2 mart tarixli, Fərmanı 2 Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005ci il tarixli Fərmanı ilə qüvvədən düşdükdən sonra Aqrar İslahat Komissiyasının səlahiyyətlərinə xitam verilərək həmin səlahiyyətlərin icrası ayrı-ayrı müvafiq icra hakimiyyəti orqanları arasında bölüşdürülmüşdür. Torpaq və əmlakla bağlı səlahiyyətlər hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə aiddir. Ona görə cavabdehi düzgün seçmişdirlər. İşin faktiki halları İddiaçı və ailə üzvləri 1997-ci ildən Xaçmaz rayonu, Şollar kəndində 0,10 ha torpaq sahəsində ev tikib yaşayır. Belə ki, 1997-ci ilin may ayının 22-dən etibarən ailə üzvləri ilə birlikdə mübahisəli 0.10 ha torpaq sahəsini istifadə etmiş, torpaq sahəsində ev tikmiş və indiyədək hər il bələdiyyəyə torpaq vergisini ödəmişdir. Torpaq sahəsi ona Susayqışlaq İnzibati ərazi vahidi nümayəndəsinin əmri ilə verilmişdir. Xaçmaz rayonu Susayqışlaq inzibati ərazi vahidi nümayəndəliyinin 05 saylı xx.xx.1997-ci il tarixli əmri ilə həmin Şollar kəndindən ev tikmək üçün 0,10 ha torpaq sahəsini iddiaçıya ayırmışdır. Həmin əmr Susayqışlaq İnzibati ərazi vahidi nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Göstərilən əmr Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 52 saylı protokoluna əsasən verilmişdir. Belə ki, arxiv arayışına əsasən Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 52 saylı protokolu ilə rayonun Nizami, S.Qurbanox, H.Z.Tağıyev adına, “Şəfəq”, Bakı, Müşkür, Xəzər, Xudatkənd, Azərbaycan, Yalama, Uzunoba, Susas, Niyazabad sovxozlarında və Qusarçay kəndində həyətyanı torpaq fondu təsdiq edilmiş və həmin inzibati ərazi vahidlərinə həyətyanı torpaq fondunun ayrılmasına dair məktub göndərilmişdir. xx.xx.1997-ci il tarixdə həmin torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. İddiaçının Xaçmaz rayon Arxivinə xx xxxxxx 2018-ci il tarixli H-61/01 saylı sorğusuna əsasən aldıqları rəsmi cavabda bildirilmişdir ki, Susayqışlaq kənd İƏV nümayəndəliyinin 2000-ci ilədək sərəncamlarında C.M.Bayramovaya həyətyanı torpaq sahəsi ayrılması barədə sərəncam aşkar edilməyib. 1997-ci ilin may ayından bu günə qədər iddiaçının və ailə üzvlərinin qanuni istifadəsində olan 0.10 ha torpaq sahəsinin AİK-nın xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə (həmin siyahıda 196-cı sırada iddiaçının və ailə üzvlərinin qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir) iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilməsi təsdiq olunmuşdur. “Susay” sovxozunun AİK-nin xx.xx.1998-ci il tarixli 02 saylı protokolu ilə sovxozun əhatə etdiyi kəndlər, o cümlədən Şollar kəndi üzrə normadan artıq həyətyanı torpaq sahəsi olan şəxslərin pay torpaqlarından həmin hissədə çıxılması qərarı alınmışdır. Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə “Susay” sovxozu üzrə cəmi torpaq fondu 3620 ha olmlaq dövlət mülkiyyətində saxlanılan torpaqlar 1170 ha, bələdiyyə mülkiyyətinə verilən 599 ha və xüsusi mülkiyyətə verilən torpaqlar 1851 ha torpaq payı almaq hüququ olan hər bir sübyektə 0,56 ha orta torpaq payının müəyyən edilməsi barədə “Susay” sovxozu AİK-nin xx.xx.1998-ci il tarixli 02 saylı protokolu təsdiq edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, “Susay” sovxozu ərazisindəki kəndlərdə yaşayan vətəndaşların həyətyanı torpaq sahələrində normadan artıq istifadə etdikləri torpaqlar onların torpaq payından çıxılsın. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 530 saylı arxiv arayışına əsasən Xaçmaz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 05 saylı protokolu ilə Susay sovxozu Şollar kəndi üzrə püşk atma yolu ilə fəaliyyət göstərən kəndli/fermer təsərrüfatlarında torpaq almaq hüququ olan vətəndaşların ardıcıllıq siyahısında 196-cı sırada iddiaçının adına qaytanlanmış kitab üzrə 0,10 ha, faktiki 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur. Xaçmaz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçıya, X10 və X6 0,06 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu barədə keçmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə şəhadətnamə verilmişdir. İddiaçı 2011-2012-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) məsələ ilə bağlı dəfələrlə müraciət etmişdir. Vəkili tərəfindən bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) sorğu verilmişdir. xx.xx.2020-ci il tarixdə verilmiş cavab məktubunda bildirilmişdir ki, “X7 ona ayrılmış 0.10 ha torpaq sahəsinin mülkiyyət hüququna dair şəhadətnamədə ölçülərinin düzgün göstərilmədiyi və bununla bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinə müraciətinin nəticəsiz qalması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı şikayətlə bağlı tərəflərindən həmin komitəyə göndərilmiş sorğuya (xx.xx.2011, 1/10085-11) verilmiş cavabda (xx.xx.2011, xx-xx/1258) İddiaçı müraciətinin rayonun aidiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə mövcud yerquruluşu və arxiv sənədlərinə əsasən, mütəxəssislər tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırıldığı, Xaçmaz Rayon İqrar İslahat Komissiyası tərəfindən xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş həmin kənddə yaşayan vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair layihə sənədlərində İddiaçı qanuni istifadəsində 0.10 hektar əvəzinə texniki səhv olaraq 0.06 hektar həyətyanı torpaq sahəsi qeyd olunduğundan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin də həmin ölçüyə hazırlandığı, odur ki, buraxılmış uyğunsuzluğun aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada ilkin torpaqayırma sənədlərini komitəyə təqdim etməsinin Q.Masurova tövsiyə olunduğu bildirilmişdir. ” Xaçmaz rayonu Susay-Qışlaq İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 1997-ci il 22 may tarixli, 5 saylı əmrinin surəti, Xaçmaz rayonu Susay-Qışlaq İnzibati Ərazi Vahidi Nümayəndəliyinin sərəncamının surəti, 1997-ci il 22 may tarixli təhkim aktının surəti, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 aprel tarixli, 05 saylı Protokolunun surəti və həmin komissiyanın Şollar kəndi üzrə torpaq almaq hüququ Har. vətəndaşların siyahısının surəti təqdim edilmişdir. Həmin sənədlər mənə 0.10 ha torpaq sahəsinin ayrılmasını sübut edir. Üçüncü şəxs C.Bayramova hesab edir ki, onun adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adına 0.06 ha torpaq sahəsinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə verilməsi göstərilmişdir. Həmin qərarda C.Bayramovanın adı qeyd olunsa da, ona hər hansı torpaq sahəsi verilməsi göstərilməmişdir. Yəni həmin qərarı ilə C.Bayramovaya torpaq sahəsi verilməmişdir. Aqrar İslahat Komissiyasının mövcud qanunvericiliyə görə torpaq ayırma kimi bir funksiyası yoxdur, hüquq və vəzifəsi də olmamışdır. C.Bayramovaya torpaq sahəsinin ayrılmaması ilə bağlı məhkəməyə sübutlar təqdim edilmişdir. C.Bayramova iddiaçının 1997-ci ildən hasara alıb istifadə etdiyi torpaq sahəsindən sonra yerləşən ərazini 2005-ci ildə qanunsuz hasara almışdır. Buna qədər onun hər hansı sənədi və istifadəsində torpaq sahəsi olmamışdır. 1997- ci ilin may ayının 22-dən iddiaçı ona təhkim olunmuş 0.10 ha torpaq sahəsini istifadə etmiş, bununla bağlı vergi ödəmişdir və orada tikdiyi evdə yaşayır. Sonradan həmin torpaq sahəsinin 0.06 ha hissəsi qanunsuz olaraq iddiaçıya, qalan hissəsi də C.Bayramovanın mülkiyyətinə verilmişdir. C.M.Bayramovanm adına olan JN 301A kod ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adına 0.06 ha torpağ sahəsinin Xaçmaz rayon AİKnın xx xxxxx 1998-ci il tarixli 05 saylı qərarı ilə verilməsi göstərilir. AİK-nın həmin tarixli qərarında C.M. Bayramovanın adı qeyd olunsa da, ona hər hansı ölçüdə torpaq sahəsinin verilməsi göstərilməmişdir. Yəni AİK-nın qərarı ilə mübahisəli torpaq sahəsi C.M.Bayramovanın mülkiyyətinə verilməmişdir. C.M.Bayramova isə əsassız olaraq qeyd edir ki, güya Xaçmaz rayon AİK -nın xx xxxxx 1998-ci il tarixli 05 saylı qərarı ilə ona 0,06 ha torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi JN 301A nömrəli, kodu 30222048 olan şəhadətnaməyə əsasən verilən tarixdən onun mülkiyyətindədir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə AİK-nin torpaq ayırma kimi bir funksiyası, hüquq və vəzifəsi olmamışdır. AİK-nın torpaq islahatı haqqında qanununun 9-cu həm də 10-cu maddələrinə uyğun olaraq vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə vermişdir. Məhkəməyə təqdim etdiyi Xaçmaz rayonun Arxiv idarəsindən əldə etdiyi Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 05 saylı protokolunun surəti və Şollar kəndi üzrə torpaq almaq hüququ olan vətəndaşların siyahısının surəti ilə sübut olunur ki, həmin siyahıda 6-cı sırada olan X2 adının qabağında torpaq sahəsinin olması göstərilməmişdir və AİK-nın qərarı ilə ona hər hansı torpaq ayrılmamışdır. Xaçmaz rayon Arxivinə xx xxxxxx 2018-ci il tarixli H-61/01 saylı sorğuya əsasən iddiaçının aldığı rəsmi cavabda bildirilmişdir ki, Susayqışlaq kənd İƏV nümayəndəliyinin 2000-ci ilədək sərəncamlarında C.M.Bavramovaya həyətyanı torpaq sahəsi ayrılması barədə sərəncam aşkar edilməmişdir. 1997-ci ilin may ayından bu günə qədər iddaçı və onun ailə üzvlərinin qanuni istifadələrində olan 0.10 ha torpaq sahəsinin AİK-nın xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə (həmin siyahıda 196-cı sırada iddaçı və onun ailə üzvlərinin qanuni istifadələrində olan torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir) iddaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi təsdiq olunmuşdur. Ona görə də iddiaçı hesab etmişdir ki, Xaçmaz rayon AİK-nın xx xxxxx 1998-ci il tarixli 05 saylı qərarı əsassızdır və ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili X15 iştirak etmiş və iddianı müdafiə etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz AİK-nın xx.xx.1998-ci il tarixli 05 saylı qərarı X5 0.06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi, X5 verilmiş JN-301A (KOD 30222048) seriya nömrəli xx.xx.2004-cü il tarixli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli X4 çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin xx xxxxx 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və tələbini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi yönəltmişdir. Lakin hazırki işdə iddiaçının mübahisələndirdiyi qərar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən deyil, Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ləğv edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Bundan əlavə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında iddiaçılar İddiaçı, X1, X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı adlarına verilmiş JN-197A saylı, 30222048 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə qismən dəyişiklik edilməklə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin ölçüsünün 0,10 ha göstərilməsi, tərəflərindən hasarlanmış və faktiki olaraq istifadələrində olan həmin 0,10 ha torpaq sahəsinə onların mülkiyyət hüquqlarının qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququna dair adlarına reyestrdən çıxarışın verilməsi, Mansurova Yaqutun atasının adının “Hacımurad”, Rəhilənin soyadının “Mansur” yazılması, 3-cü şəxs X3 adına verilmiş JN-301 A saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən ləğv edilməsi və sonuncunun adına rəsmiləşdirilmiş 0,04 ha torpaq sahəsinin onların adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair inzibati iş olmuş , məhkəmənin 2-1(85)-413/2017 saylı, 15 mart 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmiş, iddiaçılara izah edilmişdir ki, mübahisə kökü aqrar islahat zamanı vətəndaşlara ayrılmış torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrinin sərhəddinin müəyyən olunması ilə bağlı olduğundan buna müvafiq olaraq X8, bələdiyyə və bələdiyyənin X3 torpağına bitişik ərazidə torpaq sahəsi ayırdığı şəxslə müxtəlif razılaşma, bu mümkün olmadıqda isə müxtəlif iddialar qaldırma imkanları vardır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xaçmaz rayon Məhkəməsinin icraatında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair 2(067)-1009/2018 saylı iş olmuş, məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN 301 A kod ******* olan şəhadətnaməyə əsasən X3 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin İddiaçı qanunsuz istifadəsindən alınaraq iddiaçı X5 qaytarılması qət edilmişdir. Göründüyü kimi mübahisələndirilən torpaq sahəsi X5 məxsus olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı eyni tələblə inzibati orqana müraciət etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz AİK-nın xx.xx.1998-ci il tarixli 05 saylı qərarı X5 0.06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi, X5 verilmiş JN-301A (KOD 30222048) seriya nömrəli xx.xx.2004-cü il tarixli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilsinə” dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2 şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev