Məhkəmə qərarları › İş №2-1(118)-173/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-173/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-173/2023 06.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (Sumqayıt şəhəri, Ceyranbatan -1,1 saylı məhəllə, həyət evində yaşayan) və vəkili Nümayəndə (ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X3 (DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında baş mütəxəssis işləyən, Kəlbəcər rayonunda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı onun xx.xx.1991xx.xx.1993-cü il tarixlərdə “Avtoyol” kiçik müəssisəsində ,xx.xx.1993- xx.xx.2000-ci il tarixlərdə Azəravtoyol İB 19 nömrəli Yol Tikinti İdarəsində, 18.012001-xx.xx.2002-ci il tarixlərdə "xxxx" ASC-də işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına 65 yaşdan pensiya təyin edilməsi və qərar çıxarılan günə kimi ötən ayların pensiya məbləğini hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun xx.xx.1991-xx.xx.1993-cü il tarixlərdə “Avtoyol” kiçik müəssisəsində ,xx.xx.1993xx.xx.2000-ci il tarixlərdə Azəravtoyol İB 19 nömrəli Yol Tikinti İdarəsində, 18.012001xx.xx.2002-ci il tarixlərdə "xxxx" ASC-də işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi keşmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş (xidmət müddəti 2 il 27 gün). Hərbi xidmətdən qayıdandan sonra xx.xx.1977-ci ildən xx.xx.1981-ci ilə kimi Sumqayıt Şüşə Zavodunda fəhlə işləmiş (staj 3 il 3 ay 27 gün). xx.xx.1981-ci ildən xx.xx.1988-ci ilə kimi Azərbacan SSR Avtomobil Yolları Nazirliyinin 2 saylı Yol Tikinti Təmir Trestinin 19 saylı Yol Tikinti İdarəsində sürücü (staj 6 il 10 ay 15 gün), xx.xx.1988-ci ildən xx.xx.1990-cu ilə kimi 19 saylı YTİ-də betonçu ( staj 2 il 6 gün), xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi "xxxx" İB-də sürücü ("xxxx" İB-nin 394 saylı əmri ilə 19 saylı YTİ ləğv edilmişdir) (staj 1 il 22 gün), xx.xx.1991-cİ İldən xx.xx.1993cü ilə kimi “Avtoyol” kişik müəssisəsində, xx.xx.1993-cü İldən xx.xx.2000-ci ilə kimi "xxxx" İB-nin 19 saylı Yol Tikinti İdarəsində sürücü ( stajı 9 il 2 ay 28) və xx.xx.2001 -ci ildən xx.xx.2002-ci ilə kimi "xxxx" ASC-də sürücü (1 il 5 ay 10 gün) peşəsində işləmişdir. Qeyd etdiyi peşələrdə işləməsini təsdiq edən HT-İ №0170945 saylı əmək kitabçası vardır. Ümumilikdə 27 ildən artiq ümumi əmk stajı vardır. 65 yaşının tamam olması ilə əlaqədar yaşa görə ona əmək pensiyasının təyin edilməsi ilə əlaqdar Sumqayıt Asan Xidməti vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 ərizə ilə müraciət etmişdir. lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Avtoyol" kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" İstehsalat Birliyi 19 №-li Yol Tikinti İdarəsində, xx.xx.2001ci il tarixdən xx.xx.2002-ci il tarixədək "Bakı Yol Tikinti-1” ASC-də işlədiyi dövrlərin yoxlanılması zərurəti yaranmışdır. Lakin həmin həmin sənədlərin arxivdə aşkar edilməməsi səbəbindən iddiaçının həmin müəssisələrdə işləməsini təsdiq edilməsi mümkün oımamışdır. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan: - iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi hərbi xidmətdə olmuşdur. - -“ Bakı Yol Tikinti-1» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışndan görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tərixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Baş mexanika şöbəsində sürücü peşəsində işləmişdir. -İddiaçının adına açılmış ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1977-ci ildən xx.xx.1981-ci ilə kimi Sumqayıt şəhər Şüşə Zavodunda, xx.xx.1981-ci ildən xx.xx.1988-ci ilə kimi Azərbacan SSR Avtomobil Yolları Nazirliyinin 2 saylı Yol Tikinti Təmir Trestinin 19 saylı Yol Tikinti İdarəsində, xx.xx.1988-cİ İldən xx.xx.1990-cu ilə kimi 19 saylı YTİ-də, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi "xxxx" İB-də sürücü, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi “Avtoyol” kişik müəssisəsində, xx.xx.1993-cü ildən xx.xx.2000ci ilə kimi "xxxx" İB-nin 19 saylı Yol Tikinti İdarəsində və xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə kimi "xxxx" ASC-də şləmişdir. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı Sumqayıt şəhər Şüşə zavodunda işlədiyi dövr aidiyyatı üzrə "xxxx"ASC-ə göndərilmişdir; digər müəssisələrin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. -Məhkəmə sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, sorğu edilən müəssisələrin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı ilə bağlı məlumatları müsbət cavablandırmaq mümkün olmamışdır. -Məhkəmə sorğusuna əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) 15 oktyabr 2000-ci il tarixdə D-3122 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır və hal-hazırda fəaliyyəti aktivdir.Əlavə olaraq 2 saylı Ərazi Vergilər Baş idarəsində olan hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Bakı 1 saylı Yol Tikinti İdarəsi, “Avtoyol” kiçik müəssisəsi, "xxxx" İB-nin 19 saylı Yol Tikinti İdarəsi barədə heç bir məlumat aşkar edilməmişdir. -Məhkəmə sorğusuna əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki,Hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən “SUMQAYİT ŞÜŞƏ ZAVODU" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 15 yanvar 1998-ci il tarixdə SC-3 nömrə ilə, “BAKİ YOL TİKİNTİ-1 Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) 15 oktyabr 2000-ci il tarixdə D-3122 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdırlar.Hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Azərbaycan SSRİ Avtomobil Yolları Nazirliyinin 2 saylı Yol Tikinti Təmir Trestinin 19 saylı Yol Tikinti idarəsi, 19 saylı Yol Tikinti İdarəsi, Azəravtoyol İB, Azəravtoyol müəssisəsi, Azəravtoyol İB-nin 19 saylı Yol Tikinti İdarəsi barədə heç bir məlumat aşkar edilməmişdir. - Məhkəmə sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 207 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı 1 saylı Yol Tikinti idarəsinin bazasında ‘Bakı Yol Tikinti-T’ Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2001-ci il tarixdə tam başa çatdırılmışdır. Səhmdar cəmiyyət yaradılan zaman hüquqi ünvanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi olmuşdur. Cəmiyyətin fəaliyyəti və VÖEN haqqında məlumatların əldə edilməsi məqsədilə Dövlət Vergi Xidmətinə müraciət etməyiniz məqsədəuyğun hesab olunur. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan informasiya bazasında müraciətinizdə qeyd olunan digər müəssisələr barədə hər hansı bir məlumat aşkar olunmadı. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının sosial sıöorta stajının 25 ild\n az olmasına istinad edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə müvafiq sorğular vermişdir, lakin həmin müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi aşkar edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sorğulara cavab olaraq verilmiş “Azərbaycan Abdomobil Yolları Dövlət Agentliyi "xxxx" institutu MMC-nin məktubunda görünür ki, məhz cavabdehin mübahisələndirdiyi dövrlərə aid sənədlər institutun arxivinə təhvil verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud Qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Beləliklə, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş və notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş dövrü və əməkhaqqı cədvəlləri barədə məlumatların yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Beləliklə də, iddiaçının işlədiyi illəri cəmlədikdə onun 25 ildən çox sığorta stajı yaranmış olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, ona yaşa görə pensiya təyini üçün zəruri yaş həddinə çatdığından və 25 ildən artıq sosial sığorta stajına malik olduğundan, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1991-xx.xx.1993-cü il tarixlərdə “Avtoyol” kiçik müəssisəsində, xx.xx.1993- xx.xx.2000-ci il tarixlərdə Azəravtoyol İB 19 nömrəli Yol Tikinti İdarəsində, xx.xx.2001-xx.xx.2002-ci il tarixlərdə "xxxx" ASC-də işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova 7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar