Məhkəmə qərarları › İş №2-1(118)-1730/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1730/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1730/2021 01.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Torpaq Şöbəsi tərəfindən X3 adına verilmiş JN 57A No-li, ********* kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və bu şəhadətnamə əsasında 21.05.2013-cü ildə X4 verilmiş XX RX ******* seriyalı reyestr çıxarışının etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 25 sot torpaq sahəsinə və evə atasının adına reyestr çıxarışı verilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bundan əvvəldə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Valideynlərindən miras qalan Xaçmaz rayonu, Uzunoba kəndindəki 25 sot torpaq sahəsinə və evə vərəsəliyi qəbul etməsi faktının müəyyən edilməsi, Xaçmaz rayon Torpaq Şöbəsi tərəfindən X3 adına verilmiş JN 57A No-li, ********* kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və bu şəhadətnamə əsasında 21.05.2013-cü ildə X4 verilmiş XX RX ******* seriyalı reyestr çıxarışının etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 25 sot torpaq sahəsinə və evə atasının adına reyestr çıxarışı verilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Məhkəmənin 2-1(118)-590/2020 saylı, 2-1(118)-590/2020 saylı, 03.11.2020-ci il tarixli qərardadı ilə iddia qeyri-mümkün hesab edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə hüquqi yardım edilərək izah edilmişdir ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. Faktın təsdiqindən sonra isə üçüncü şəxslərə aid mülkiyyət sənədlərini müvafiq məhkəmədə mübahisələndirə bilər. İddia tələbindəki digər tələblər isə iddiaçının subyektiv hüququnun müəyyən olunmasından sonra baxıla bilər. İddiaçı hüquqi faktın təsdiq edilməsi ilə bağlı müvafiq məhkəmə qərarı əldə etsədə, ilkin olaraq inzibati orqana müraciət etmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iş üzrə iddiaçı Valideynlərindən miras qalan Xaçmaz rayonu, Uzunoba kəndindəki 25 sot torpaq sahəsinə və evə vərəsəliyi qəbul etməsi faktının müəyyən edilməsi, Xaçmaz rayon Torpaq Şöbəsi tərəfindən X3 adına verilmiş JN 57A No-li, ********* kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və bu şəhadətnamə əsasında 21.05.2013-cü ildə X4 verilmiş XX RX ******* seriyalı reyestr çıxarışının etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 25 sot torpaq sahəsinə və evə atasının adına reyestr çıxarışı verilməsini istəyir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldırdığı tələb ilə inzibati orqana müracət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2yev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar