Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1733/2021 01.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “nümayəndəsi olduğu X2 12 iyul 1990-cı il 135 nömrəli Abşeron rayonu, Donuzkökəltmə sovxozundan verilən 0.07 ha həyətyanı torpaq sahəsinin yerləşmə çizgisinin çəkilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “nümayəndəsi olduğu X2 12 iyul 1990-cı il 135 nömrəli Abşeron rayonu, Donuzkökəltmə sovxozundan verilən 0.07 ha həyətyanı torpaq sahəsinin yerləşmə çizgisinin çəkilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı bildirir ki, etibarnamə ilə nümayəndəsi olduğu Xəzər rayonu Binə qəsəbəsi Xaqani küçəsi dalan 1,ev 5-də qeydiyyatda olan X6ma 12 iyul 1990-cı il tarixli 135 saylı əmrlə Abşeron rayonu Donuzkökəltmə sovxozundan 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin həmin əmrə cizgi daxil edilməmişdir. Hal-hazırda həmin torpaq sahəsinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindən xüsusi mülkiyyət haqqında order alınması üçün yerləşmə cizgisinin olması şərtdir. Bu cizgi pay torpağı verilən zaman verilmədiyi üçün, yeni qanunvericiliyə əsasən torpaq sahələrinin yerləşmə cizgisinin verilməsini Daşınmaz Əmlakın Dövlət Reyesti xidməti təmin etməlidir. Bu qanun Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin “3.Xidmətin vəzifələri” bölməsinin 3.0.23-cü bəndində öz əksini tapır ( Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq). Dəfələrlə Xidmətə elektron və rəsmi müraciət etsə də Torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçıya hüquqi yardım edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi qanunvericilik təmsil olunan tərəfin verdiyi etibarnamədə iddia ərizəsinin imzalanması ilə bağlı nümayəndənin səlahiyyətinin xüsusi olaraq göstərilməsini imepartiv olaraq müəyyən etmiş, nümayəndə kimi təmsil olunacaq şəxslərin dairəsini müəyyən etmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən görsənir ki, iddiaçı özünün deyil, nümayəndəsi olduğu X2 12 iyul 1990-cı il 135 nömrəli Abşeron rayonu, Donuzkökəltmə sovxozundan verilən 0.07 ha həyətyanı torpaq sahəsinin yerləşmə çizgisinin çəkilməsini istəyir. Lakin iddiaçı iddianı öz adından qaldırmışdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, izah edilmişdir ki, onun X1 hüquqları ilə bağlı öz adından iddia qaldırmaq hüququ olmadığı kimi, X1 nümayəndəsi kimi digər müəssisə və təşkilatlarda onu təmsil etmək hüququ olsada, məhkəmədə nümayəndə ola bilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən istisna edilir. . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, X3 digər orqanlarda təmsil etmək hüququ olsada, həmin şəxsi məhkəmədə təmsil etmək hüququ yoxdur. X5 özü məhkəmədə iddia qaldıra bilər və yaxın qohumu və ya vəkili vasitəsi ilə məhkəmədə təmsil oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1733/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1733/2021
01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver