Məhkəmə qərarları › İş №2-1(118)-1734/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1734/2022

12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1734/2022 12.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Xaçmaz rayonu Köhnə Xudat kəndində yaşayan ) Üçüncü şəxs Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin nümayəndəsi X1 (Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsinin sədri, Xaçmaz rayonu Susayqışlaq kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu Şollar Bələdiyyəsinin 27 iyul 2006-cı il tarixli 20 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona verilmiş 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının döövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X5 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu Şollar Bələdiyyəsinin 27 iyul 2006-cı il tarixli 20 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona verilmiş 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının döövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Xaçmaz rayon Susayqışlaq bələdiyyəsi və Xaçmaz rayon Xudat bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin Şollar kəndi ərazisində 27 iyul 2006-cı il tarixli 20 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə 0,12 ha torpaq sahəsi satılmışdır. Bu barədə Xaçmaz rayon Şollar bələdiyyəsi 27 iyul 2006-cı il 20 saylı qərar qəbul etmiş, xx.xx.2006-cı il tarixli 30 №-li qəbzlə torpağın alınması üçün 270 manat pul tərəfindən ödənilmiş, torpağın alqı-satqısına dair akt tərtib olunmuş, Susayqışlaq bələdiyyəsinin xəritəsində torpağın cizgiləri baş memar tərəfindən tərtib edilərək təsdiqlənmişdir.Torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi üçün sənədləri cavabdeh idarəyə təqdim etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli cavabla ərizənin icrasından imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi iddianın təmin edilməsi barədə əqrar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin nümayəndəsi idduanın həllini məhkəmənin mülahizəsinə buraxaraq izah etdi ki, o, 2010-cu ildən Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsinin sədri vəzifəsində işləyir. Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsi və Şollar bələdiyyəsi 2015-ci ildə birləşdirilmişdir. İddiaçıya satılmış torpaq sahəsi qanuni əsaslarla satılmışdır və həmin torpaq sahəsi onun faktiki istifadəsindədir. Sözügedən torpaq sahəsi faktikji olaraq Susayqışlaq bələdiyyəsinin ərazisində yerləşsə də, daha 15 ədəd həyətyanı torpaq sahəsi ilə birlikdə inzibati idarəçiliyi Xudat bələdiyyəsinə veriləcəkdir. Cavadeh məhkəməyə ünvanladğı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Xaçmaz rayonu, Şollar kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh idarəyə müraciət etmişdir. Daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Xaçmaz rayonu Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 20 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.12 ha torpaq sahəsi bələdiyyə və Xaçmaz RİH-nin Memarlıq şöbəsi tərəfindən təsdiq edilmiş 1:2000 miqyaslı sxemə və elektron məlumat bazasında olan xəritəyə əsasən Xudat şəhərinin inzibati sərhədi daxilində göstərilmişdir. Bundan əlavə torpaqların elektron kadastrı uçotu informasiya sistemində də həmin ərazi Xudat şəhəri kimi qeyd edilmişdir. Cavabdeh və üçüncü şəxs Xaçmaz rayon Xudat bələdiyyəsi şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxs Xaçmaz rayon Xudat bələdiyyəsisnin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - -Xaçmaz rayon Şollar bələdiyyəsinin 27 iyul 2006-cı il 20 saylı qərarından görünür ki, Şollar bələdiyyəsinin ehtiyat fondundan İddiaçı 1200 kv m torpaq sahəsi satılmışdır. - -xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqına dair aktdan görünür ki, həmin alqı-satqı aktı Xaçmmaz rayon Şollar bələdiyyəsi ilə İddiaçı arasında Şollar bələdiyyəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin satılmasına dair tərtib edilmişdir. - -Xaçmaz rayon İcra Hakmiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən Xaçmaz rayon Şollar bələdiyyəsinə ünvanlanmış xx.xx.2006-cı il tarixli rəy məktubdan görünür ki, İddiaçı və qeyrilərinə fərdi mənzil tikilməsi ilə satılması nəzərdə tutulan torpaq sahələri Şollar bələdiyyəsinin torpaqlarına aiddir. Mövcud, tikinti norma və qaydalara riayət etməklə tikinti işlərinin aparılması məqsədi ilə verilməsi müvafiqdir. - -Xaçmaz rayonunun Susayqışlaq bələdiyyəsinin 09 mart 2022-ci il tarixli məktubundan görünür ki bələdiyyənin Şollar kəndi qeydiyyatında göstərilən 16 ədəd həyətyanı torpaq sahəsi Xudat şəhəri ərazisindədır.Ərazilərin dəqiqləşdirilməsi məqsəsdilə aparılan elektron çəkilişdən sonra adı çəkilən həyətyanı torpaq sahələrinin Xudat şəhər bələdiyyəsinə verilməsi planlaşdırılır. Vətəndaş İddiaçı xx.xx.2006-et il tarixli 20 saylı qərar ilə keçmiş Şollar bələdiyyəsindən aldığı 0,12ha torpaq sahəsi də həmin sahələrdən biridir. - - DTXK-nin Xaçmaz rayon Şöbəsinin 812 saylı xx.xx.2006-cı il tarixli rəyindən görünür ki, İddiaçı və qeyrilərinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahələri Şollar bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. - ünvan 3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Xudat şəhəri ərazisində 16 ədəd həyətyanı torpaq sahəsi Susayqışlaq bələdiyyəsinə və ya Susayqışlaq İnzibati Ərazi Dairəsinə aiddir. Vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixli 20 saylı qərarı ilə Şollar bələdiyyəsindən aldığı 0.12. ha torpaq sahəsi də həmin torpaq sahələrindən biridir. - - Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 97 saylı arayışdan görünür ki, İddiaçı qızna torpaq satılması ilə bağlı Xaçmaz rayon Şollar bələdiyyəsinin 27 iyul 2006-cı il 20 saylı qərarı hazırda qanuni qüvvədədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə eyni bələdiyyələrin yaradılması haqqında” 30 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.11.2-ci bəndinə əsasən Susayqışlaq və Şollar bələdiyyələrinin əhatə etdiyi Çaxçaxlı, Maqsudkənd, Pərdiqıran, Susayqışlaq və Şollar kəndlərində bələdiyyələrin birləşməsi yolu ilə Susayqışlaq bələdiyyəsi yaradılmışdır. Məhkəmə aradşrıması zamanı müyəyyən edildi ki, torpaq sahəsi iddiaçıya satılarkən həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilmişdir. DTXK-nin Xaçmaz rayon şöbəsi satış obyekti olan torpaq sahəsinin Şollar bələdiyyəsinə aid olması barədə rəy verdikdən sonra Şollar bələdiyyəsi həmin torpaq sahəsini iddiaçıya satmışdır. Hazırda torpaq sahəsinin elektron baza məlumatlarında Xudat şəhər ərazisində olması görünsə də, Xudat bələdiyyəsi də həmin torpaq sahəsi də daxil olmaqla 16 ədəd həyətyanı torpaq sahəsinin Susayqışlaq bələdiyyəsinə aid olmasını bildirmişdir. Məhkəmə iclasında Susayqışlaq bələdiyyəsinin nümayəndəsi də izah etdi ki, hazırda həmin 16 ədəd həyətyanl torpaq sahələrinin Xudat bələdiyyəsinin idarəçiliyinə keçidi hazırlanır, elektron informasiya sistemində həmin torpaq sahəsi Xudat şəhər kimi görünsə də, Şollar bələdiyyəsinin inzibati ərazisinə daxil olmuşdur və Şollar bələdiyyəsi tərəfindən qanunauyğun şəkildə İddiaçı satılmışdır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehin üzərinə Xaçmaz rayon Şollar Bələdiyyəsinin 27 iyul 2006-cı il tarixli 20 saylı qərarı ilə İddiaçı satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayonu Şollar Bələdiyyəsinin 27 iyul 2006-cı il tarixli 20 saylı qərarı ilə İddiaçı satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar