Məhkəmə qərarları › İş №2-1(118)-1737/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1737/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1737/2021 01.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 08.05.1992-ci üdən 02.05.1994-cü iiə kimi Müdafiə Nazirliyinin N saylı və N saylı hərbi hissələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissənin tərkibində bölmə və tağım komandiri vəzifələrində olmuşdur. Azərbaycanın Milli Qəhrəmanı X1 X4 “mühəndis-istehkam” tağımının komandiri olmuşdur. Döyüş zonasında hərbi xidmət keçərkən 22.06.1992-ci il tarixdə düşmənin atdığı mərmidən ağır yaralanmış və həmin tarixdən 02.07.1992-ci ilə kimi X2 və Ordopediya İnstitutunda müayinə və müalicə almış və sağaldıqdan sonra yenidən öz qulluq mövqeyinə qayıdaraq müharibədə iştirak etmişdir. Döyüşlər zamanı Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma (yaralanmağım barədə) almağım Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə də öz təsdiqini tapmışdır. Lakin yuxanda göstərdiklərinə baxmayaraq ona "müharibə veteranı” adı və vəsiqəsi verilməyib, bu vaxta qədər müharibə veteranlarına dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməmiş, bütün bunlardan məhrum olmuşdur. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsə də, ona qanunvericiliyi izah etmək və köməklik göstərmək əvəzinə müxtəlif bəhanələrlə bundan yayınmışlar. İddiaçı hesab edir ki, bu onun haqqıdır və ona “müharibə veteranı* adı və vəsiqəsi verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı bildirir ki, ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hərbi bilet verilib və həmin hərbi biletdə göstərilənlər təsdiq edir ki, iddiaçı o dövrdə haralarda xidmətdə olmuşdur və ümumiyyətlə ximətimin mahiyyəti nə olub. O cümlədən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət aldığı barədə də müvafiq sənədləri mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bölməsinin 9-cu abzasında göstərilmişdir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilməsini məhkəmədən xahiş edir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Göründüyü kimi iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin müharibə veteranı adı və vəsiqəsi vermək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı bildirmişdir ki, o müharibədə iştirak etmiş və yaralanmışdır. O əlilliklə bağlı təminatlardan və müharibə veteranı adını alaraq bununla bağlı təminatlardan istifadə etmək istəyir. İddiaçıya izah edilsin ki, iddianın uğururluq ehtimalını nəzərə alaraq, qanuni əsaslarla ordudan tərxis olunması ilə bağlı müvafiq sənədlərlə birlikdə hazırki tələblə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edə bilər. İnzibati orqan imtina vəya hərəkətsizlik edərsə, inzibati məhkəməyə müraciət edə bilər. Əlilliklə bağlı isə əlillik müəyyən edən orqanlara müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar