Məhkəmə qərarları › İş №2-1(118)-1741/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1741/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1741/2022 27.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən səfərbərliyə cəlb olunmuş və N №-li hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0116 №-li əmrinə əsasən Hərbi Hava Qüvvələrinin X2 Qoşunlarının N №-li hərbi hissəsi tam tərkibdə döyüş əməliyyatlarına cəlb olunmuş hesab edilmişdir. Müvafiq qeydlər onun hərbi biletin 19-cu qrafasında öz əksini tapmışdır. Ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verillməsi üçün qərar qəbul edilməsi xahişi ilə iddiaçı xx.xx.2022-ci il tarixdə AR Müdafiə Nazirliyi Aparatı nəzdİndə yaradılmış müharibə veteranı adı və vəsiqəsinin verilməsi üzrə müvafiq komissiyaya ərizə İlə müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavablandırılmamış və nəticəsiz qalmışdır. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı vəsatətində bildirmişdir ki, verilmiş sorğulara cavab olaraq əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 2225 nömrəli məktubundan mayor İddiaçı adınını müharibə veteranı adının və vəsiqəsinini verilməsi üçün siyahı ilə yuxarı qərargaha göndərildiyi bildirilmişdir. Bundan başqa Müdafiə Nazilriyinın aparatı nəzdində veteran adlarınını və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli 884 nömrəli protokolundan görünür ki, komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il taroxli 216 nömrəli Qərarını rəhbər tutaraq iddiaçıya müharibə beteranı adı və vəsiqəsinin verilməsinə dair müvafiq siyahının razılaşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmişdir. Beləliklə, cavabdeh mübahisə predmeti məhkəmədən kənar həll olunduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan : -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 11 mart 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ondan ötrü ki, o həqiqətən, SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsi tərəfindən səfərbərliyə cəlb olunaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 01427 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Səfərbərlikdən ehtiyata buraxılmışdır. Ehtiyatda olan zabit mayor İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir.xx.xx.2021 -ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyatdadır. - xx.xx.2022-ci il tarixli poçt qəbzindən görünür ki, iddiaçı cavabdeh AR Müdafiə nazirliyinə həmin tarixdə müraciət etmişdir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hüquq idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əlavə edilmiş Müdafiə Nazirinin katibliyinin 4/3-7790 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə 27.N-10.11 2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib.Əsas: xx.xx.1997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatlar aparan hərbi hissələrin siyahısı ”Vətəndaş İddiaçı “Müharibə Veteram" adı və vəsiqəsi verilməsi üçün xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən sənədləri (arayış-məlumatı) Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2302 saylı məktubundan görüür ki, vətəndaş mayor İddiaçı N nömrəli hərbi hissənin Mingəçevir şəhərində yerləşən 4-cü zenit raket divizionunun komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmət edib.Vətəndaşın adı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün hərbi hissənin siyahısında yuxarı qərargaha göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətini cavablandırmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunundan göründüyü kimi «Müharibə veteranı» adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Həmin Qanunun 7-ci maddəsinin üçüncü abzasına görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlarla onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi təsdiqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 2116 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bölməsinin 10cu abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 11-ci abzasına görə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X2, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli vəsatətində iddiaçının xidmət etdiyi hərbi hissə tərəfindən siyahının yuxarı qərargaha və müharibə veteranı adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın müvafiq siyahının razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi barədə məlumat versə də,iddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında bu barədə hər hansı məlumatın verilmədiyini və mübahisənin həll ounmamış qaldığını bvildirərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göstərilən Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən incibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar