Məhkəmə qərarları › İş №2-1(118)-1746/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1746/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1746/2022 29.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (DSMF X12 Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ona ünvanlı sosial yardımın təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin hərəkətələrinin qanunsuz hesab edilməklə ona və ailə üzvlərinə ünvanlı sosial yardımın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iddiaçı izahat verərək bildirmişdir ki, o, Türkiyə Respublikasının vətəndaşı X7 ilə 2006-cı ildə nikaha girmişdir. Birgə nikahdan xx.xx.2006-cı ildə Yolkan Balcı adlı uşağımız anadan olmuşdur. Türkiyə Respublikası X15 Məhkəməsinin 17 iyul 2009-cu ıl tarixli qətnaməsi ilə nikahımız pozulmuşdur. Bunu xx.xx.2014-cü il tarixli, AZ-1 № 189918 saylı “Nikahın pozulması haqqında şəhadətnamə” təsdiq edir. X15 Məhkəməsinin 17 iyul 2009-cu il tarixli qətnaməsi AR-sı Ali Məhkəməsinin MK-mn 10 oktyabr 2013-cü il tarixli, 10(102)-102/13 saylı qərardadı ilə mənim vəsatətim təmin edilmiş, Türkiyə Respublikası X15 Məhkəməsinin 17 iyul 2009-cu ıl tarixli qətnaməsi Azərbaycan Respublikasında tanınmışdır. Keçmiş həyat yoldaşı X13 25 yanvar 2015-cİ ildə vəfat etmişdir. İddiaçı ünvanlı sosial yardım almaq məqsədilə xx.xx.2022-ci ildə **********00901 saylı müraciətlə cavabdehə müraciət etmiş, Cavabdeh “Ünvanlı sosial yardımın alınmasından imtina edilməsi barədə” bildirişdə müraciətimdən imtina etmişdir. İmtinaya səbəb kimi bildirişdə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməsi” qeyd edilməmişdir. xx.xx.2006-cı ildə anadan olmuş oğlu X9koloji xəstə olduğuna görə və özü də onkoloji xəstə olduğuna görə işləmir. Mərhum həyat yoldaşı vəfat etmişdir. Ailəmdə işləyən yoxdur. Heç bir yerdən gəlir əldə etmir.Həyat yoldaşı vəfat etdiyi halda cavabdehin onun aliment almaq üşün müraciət etməməsi səbəbindən ona yardım təyin etməkdən imtina etməsi absurddur. Ailə vəziyyət ağır olduğuna, maddi cəhətdən çətinlik çəkdiyinə görə ünvanlı sosial yardım təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Yeganə qazanc mənbəyi oğluna xəstəliyi ilə əlaqədar olaraq ödənilən müavinətdir. Cavabdehin nümayəndəsi A.Qurbanova iddia tələbini qəbul etmədi və izah etdi ki, “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda qeyd olunur ki, müvafiq tapşırıq daxil olduğu halda Müayinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” (bundan sonra - Qaydalar) ilə müəyyən edilmiş müraciətlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsistemi (bundan sonra - VEMTAS) tərəfindən araşdırılma müddəti ərzində həyata keçirilir. Bölmənin və ya Mərkəzin müvafiq vəzifəli şəxsinə VEMTAS tərəfindən Müayinənin həyata keçirilməsi ilə bağlı tapşırıq verildikdə, həmin tapşırıq daxil olduğu iş günü ərzində əməkdaşlara yönləndirilir. Əməkdaşlar birbaşa rəhbərləri ilə müayinənin vaxtını razılaşdırır və “Ərizə-bəyannamə”də qeyd olunan faktiki yaşayış ünvanına səfər edir. Əməkdaş mənzilə dəvət edildikdən sonra mənzildə olan şəxslərlə tanış olur və onların ailə ilə qohumluğunu və ya bağlılığını müəyyən edir. Əməkdaş Müayinə və Monitorinq keçiriləcək mənzilə daxil olmazdan əvvəl audio-video- foto çəkiliş aparmağa imkan verən texniki vasitəni işlək vəziyyətə gətirir. Video-foto çəkiliş zamanı yaşayış ünvanının yerləşmə yeri ətraflı göstərilməli, ünvana daxil olduqda evin (mənzilin) bütün otaqları, həyətyanı sahələr (əgər varsa) fasiləsiz şəkildə çəkilməlidir. Müayinə və Monitorinqin müddəti orta hesabla 20 dəqiqədən artıq olmamalıdır.Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial vardım təyinatından sonrakı monitoringlərin aparılmasına dair Təlimatda qeyd olunur ki, müavinə və monitorinq zamanı ailə üzvünün rəsmi nikahda olması barədə şifahi qaydada so rusu İ ur. Əgər nikaha rəsmi qaydada xitam verilməsi bildirilərsə, aliment iddiasının olubolmaması məhkəmə qətnaməsinə əsasən müəyyən edilir. Aliment iddiası olmadıqda imtina verilmir. Aliment iddiası olub, lakin aliment ala bilmədiyi barədə yerli icra orqanından arayış təqdim edən ailədə aliment gəlirləri arayışa əsasən nəzərə alınır. Nikaha rəsmi qaydada xitam verilməsi halında, aliment iddiasının olub-olmamasını müəyyən etmək üçün məhkəmə qətnaməsi təpdim edilmədikdə, imtina verilir. Hazırki iş üzrə İddiaçı aliment iddiasının olubolmaması barədə məhkəmə qətnaməsi təqdim etməmişdir. Həmçinin iddiaçı aliment ala bilmədiyi barədə yerli icra orqanından arayış təqdim etməyərək, maddi-məişət şəraitinin yoxlanılması zamanı da bu barədə heç bir şey qeyd etməmişdir. Bu fakt isə maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş videoqörüntü əsasında təsdiq edilmişdir, (inzibati icraat materialları məhkəməyə təqdim olunmuşdur). İş materiallarına əlavə edilmiş : - 12 saylı TSEK tərəfindən verilmiş arayışdan görünür ki,İddiaçı xx.xx.2016-cı il tarixdə 3-cü dərəcəli əlillik dərəcəsi verilmişdir. -TSEK tərəfindən verilmiş arayışdan görünür ki,X6 xx.xx.2019-cu il tarixdə əlillik dərəcəsi verilmişdir. - -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli 10(102)-102/13 saylı qərardadından görünür ki,X3 vəsatəti təmin edilmiş, Türkiyə Respublikası Ailə Məhkəməsinin 17 iyul 2009-cu il tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması qərar alınmışdır. - - Türkiyə Respublijası ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. - -AZ-İ 189918 seriyalı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X8 arasındakı nikah xx.xx.2014-cü il tarixdə pozulmuş, qadına Ramazanova soyadı verilmişdir. - -Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 3–cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci, 7.2-ci və 7.3-cü maddələrinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. Göstərilən Qaydaların 3.7-ci bəndində sosial yardımın təyin olunmasından imtina halları nəzərdə tutulmuşdur : -3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; -3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda; -3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; -3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); -3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); -3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda; -3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçının düzgün məlumatlar verməməsi, alimet almaması barədə arayış təqdim etməməsi səbəbindən imtina cavabı verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşının vəfat etməsi və himayəsində bir nəfər xəstə uşağı vardır. İddiaçının həyat yoldaşının vəfat etməsi barədə sənədləri təqdim etdiyi halda onun aliment alıb-almaması barədə arayışın təqdim edilməsinin tələb edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, X1 ünvanlı sosial yardımın təyin edilərək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X1 ünvanlı sosial yardımın təyin edilərək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar