Məhkəmə qərarları › İş №2-1(118)-1747/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1747/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1747/2023 16.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Siyəzən Rayon Polis Şöbəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən Rayon Polis Şöbəsinə qarşı “mənzilin keçmiş sakinləri, habelə onların yetkinlik yaşına çatmayan övladları - xx.xx.1986-cı il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X14, xx.xx.1990-cı il təvəllüdlü X2, xx.xx.1964-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.1961-ci il təvəllüdlü X3 daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən Rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin keçmiş sakinləri, habelə onların yetkinlik yaşına çatmayan övladları - xx.xx.1986-cı il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X14, xx.xx.1990-cı il təvəllüdlü X2, xx.xx.1964-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.1961-ci il təvəllüdlü X3 daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Siyəzən şəhəri, H.Talıbov küçəsi, ev 2-də yerləşən 41 nömrəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı bu mənzili alqı-satqı müqaviləsi bağlamaqla üçüncü şəxs kimi işə cəlb edilən X4 almışdır. Lakin sonradan məlum olmuşdur ki, mənzilin keçmiş sakinləri və yetkinlik yaşına çatmamış övladları, o cümlədən xx.xx.1986-cı il təvəllüdlü X12, xx.xx.2020-ci il təvəllüdlü X19, xx.xx.1990-cı il təvəllüdlü X8, xx.xx.1964-cü il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X16, xx.xx.1961-ci il təvəllüdlü X9 mənzil satıldıqdan sonra yaşayış yerlərini tərk edib Bakı şəhərinin yaxınlığında Sulutəpə deyilən ərazidə yaşamağa başlasalar da hal-hazıra kimi tərk etdikləri mənzildən qeydiyyatdan çıxmamışlar. Adları qeyd edilən mənzilin keçmiş sakinlərinin evdə qeydiyyatda qalmaları faktı Siyəzən RPŞ QvŞV qrupunun xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışı ilə müəyyən olunur. Qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan, mənzilin keçmiş sakinləri ilə söhbət əsasında onlar qeydiyyatdan çıxmalarını bildirsələrdə sonda müxtəlif, o cümlədən xəstəlik, işdən çıxa bilməmək kimi bahanələr gətirərək qeydiyyatdan çıxmaqdan qəsdən boyun qaçırırlar. Bunlar əsasən iddia ərizəsində göstərilən üçüncü şəxslərdir, qalan üç sakin isə sonuncuların yetkinlik yaşına çatmamış övladlarıdır. Odur ki, iddiaçı yuxarıda qeyd olunanaları əsas tutaraq, xx.xx.1986-cı il təvəllüdlü X12, xx.xx.2020-ci il təvəllüdlü X19, xx.xx.1990-cı il təvəllüdlü X8, xx.xx.1964-cü il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X16, xx.xx.1961-ci il təvəllüdlü X3 mənzildən qeydiyyatdan çıxarılmaları ilə əlaqədar Siyəzən rayon Polis şöbəsinə yazlı olaraq müraciət etsə də, tərəflərindən iddiaçıya rəsmi imtina cavabı verilərək bildirilmişdir ki, adları qeyd edilən vətəndaşların qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət edilməlidir. Hazırki iddiaya münasibətdə cavabdeh inzibati orqanın, iddia üzrə üçüncü şəxslərin və onların övladlarının qeydiyyatdan çıxarılmasından imtinası qanunsuzdur. Ona görə ki, üçüncü şəxslər hazırda formal qeydiyyatda olduğları mənzildə yaşamırlar, odur ki,qeyd edilən Bakı şəhərinə yaxın ərazidə Sulutəpə deyilən yerdə yaşadıqlarına görə onlar iddiaçının mülkiyyətində olan mənzildən mübahisəsiz qeydiyyatdan çıxarılmalıdırlar. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının iddiasına dair etirazının olmadığını və qanuni qərar qəbul olunacağı təqdirdə icra olunacağını bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12, X8, X13 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclası barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən xx.xx.1986-cı il təvəllüdlü X12, xx.xx.2020-ci il təvəllüdlü X19, xx.xx.1990-cı il təvəllüdlü X8, xx.xx.1964-cü il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X16, xx.xx.1961-ci il təvəllüdlü X1 şəhəri, H.Talıbov küçəsi, ev 2-də yerləşən 41 nömrəli mənzildə (bundan sonra - mübahisəli mənzil) qeydiyyatdadırlar. • RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. • Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda onun ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşə əlavə edilən poçt qəbzindən və ərizədən də görünüyü kimi iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxslər - xx.xx.1986-cı il təvəllüdlü X12, xx.xx.2020-ci il təvəllüdlü X19, xx.xx.1990-cı il təvəllüdlü X8, xx.xx.1964-cü il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X16, xx.xx.1961-ci il təvəllüdlü X9 qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Siyəzən rayon Polis Şöbəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, mənzilin keçmiş sakinləri, habelə onların yetkinlik yaşına çatmayan övladları - xx.xx.1986-cı il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X14, xx.xx.1990-cı il təvəllüdlü X2, xx.xx.1964-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.1961-ci il təvəllüdlü X3 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Belə ki, xx.xx.2020-ci il təvəllüdlü X19, xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X16 yetkinlik yaşına çatmayan şəxslərdir. Onların valideynlərinin mübahisəli mənzilə qeydiyyatı olmadığı üçün həmin şəxslər sə mübahisəli mənzildən qeydiyyatdan çıxarılmalıdırlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Mənzilin keçmiş sakinləri, habelə onların yetkinlik yaşına çatmayan övladlarının (xx.xx.1986-cı il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X14, xx.xx.1990-cı il təvəllüdlü X2, xx.xx.1964-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.1961-ci il təvəllüdlü X3) daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus ünvan 1-dən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Siyəzən Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar