Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1748/2024 31.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “qızı-X1 məxsus doğum haqqında akt qeydində düzəlişlər edilərək, uşaq haqqında məlumat qrafasında soyadının “Şabanova”-dan “Şivəxanlı”-ya düzəliş edilməsi və bu barədə müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1973-cü il tarixdə anadan olmuş, hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. 20 fevral 2007-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan 27 may 2006-cı il təvəllüdlü X3 anadan olmuşdur. Qızına məxsus doğum haqqında şəhadətnamədə eləcə də şəxsiyyət vəsiqəsində soyadı “Şivəxanlı” olaraq qeyd edilmişdir. Qızına məxsus şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş, yeni nəsil şəxsiyyət vəsiqəsi almaq istədikdə sistemdə soyadının “Şivəxanlı” yox, “Şabanova” olaraq qeyd edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən də tərəfindən cavabdeh orqana müraciət olunmuş, lakin cavabdehin 12 avqust 2023-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında qızının soyadının “Şabanova”-dan “Şivəxanlı”-ya düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçının övladı X3 atasının qaldırdığı iddianın onun razılığı ilə qaldırıldığı və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verdiyi məktubdan görünür ki, iddiaçının müraciətinin həllindən imtina edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 5/8/15/2998/2023 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub, nikahın bağlanması haqqında şəhadətnamənin surəti, doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının övladı X1 Cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixli, 578 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydində iddiaçının övladının soyadı “Şivəxanlı” kimi qeyd edilmişdir. Lakin, iddiaçı övladın yeni şəxsiyyət vəsiqəsi almaq istəyərkən ona məlum olmuşdur ki, onun övladının soyadı elektron dövlət informasiya sistemində “Şabanova” kimi qeyd olunub. Halbuki, iş materiallarında olan digər sənədlərdə iddiaçının övladının soyadı Şivəxanlıdır. İddiaçı övladının adına olan doğum haqqında akt qeydində uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qubadlı rayon Göyərcik kənd İN-i tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 18 nömrəli doğum haqqında akt qeydində iddiaçıya aid müvafiq düzəlişin edilməsində istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1 məxsus doğum haqqında akt qeydində onun soyadının “Şabanova”dan “Şivəxanlı”ya düzəliş olunması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1748/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1748/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver