Məhkəmə qərarları › İş №2-1(118)-1749/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1749/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1749/2023 08.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı əsassız borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 7181.04 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehin əsk cavabdeh Dövlət Vergi Xidmətinni Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilməsini xahiş etmişdir. belə ki, iddia ərizəsində qeyd olunan “İddiaçı” MMC, "xxxx" MMC, “İddiaçı 1966 Ticarət” MMC, “Səttar 1966” və “İddiaçı 1966” MMC kimi qeydə alınan vergi ödəyiciləri 2 saylı Ərazi Vergilər Baş İdarəsində deyil, müvafiq olaraq Bakı şəhəri X5 üzrə Baş İdarəsində və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadırlar və mübahisələndirilən borc məbləği ilə bağlı hesablamalar göstərilən baş idarələr tərəfindən aparılmışdır. Bu səbəbdən də 2 saylı Ərazi Vergilər Baş İdarəsi iş üzrə cavabdeh sayıla bilməz. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi qanuna zidd deyildir və məhkəmə tərəfindən qəbul edilməli, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə icraata qəbul edilsin. İş üzrə cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar