Məhkəmə qərarları › İş №2-1(118)-175/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-175/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-175/2020 04.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “onun 1970-1973-cü illərdə Peşə Məktəbindəki təhsil illərini və 01.01.2004-cü il tarixdən 01.04.2010-cu il tarixədək “xxxx” Kiçik Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1955-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, hal-hazırda yaşı ilə əlaqədar təqaüdə çıxmaq istəyir. Bu məqsədlə cavabdeh təşkilata müraciət etmiş, cavabdeh təşkilat isə əmək stajının yetərli olmadığını əsas götürərək əmək pensiyası təyin olunmasını mümkün hesab etməmiş, cavab məktubunda göstərmişlər ki, “X2" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 01.07.2017-ci ildən başlayaraq 01.07.2021-ci ilədək, qadınların yaş həddi 01.07.2017-ci ildən başlayaraq 01.07.2027-ci ilədək hər il altı ay artırılır. Həmçinin, yaşa görə əmək pensiyasıl təyin edilməsi üçün tələb olunan 17245.17 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabında sığorta hissəsində 15533.01 manat pensiya sığorta kapitalının olması səbəbindən, yaşa görə əmək pensiyanın təyin edilməsi və 01.01.2004–cü il tarixdən 01.04.2010–cu il tarixədək sosial sığorta stajınnn yoxlanılması zərurətinin yaranması, qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından və 01.01.2004–cü il tarixdən 01.04.2010-cu il tarixədək müəssisə tərəfindən məcburi sosial sığorta haqları ödənilmədiyindən, həmin illərin sosial sığorta stajına daxil edilməsinin qanuna zidd olduğu bildirilmişdir. Bu halın ona heç bir aidiyyatı yoxdur. O faktiki olaraq göstərilən müddətdə işləmiş və əmək haqqı almışdır. Müəssisənin hesabtlarını yoxlamaq onun səlahiyyətinə aid olmamışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmani ilə “X2" Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7–ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017–ci il iyulun 1-dən başlayaraq 2021–ci il iyulun 1-dək, qadınların yaş həddi 2017–ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır. Qeyd: "X2" qanunun 21– ci maddəsinə əsasən, təhsil müddəti sosial sığorta stajına daxil edilmədiyi üçün, iddiaçının sosial sığorta stajının hesablanması qanuna ziddir. Şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlüdür, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 17245.17 manat pensiya sığorta kapitalına qarşı fəridi hesbınının sığorta hissəsində 15533.01 manat pensiya sığorta kapitalının olması səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. “X2" Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərın hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizikı şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasen, sığorta stajı müvəfiq icra hakimiməti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi bərədə verilən sənədlə təsdiq olunur. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaolunanlar xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. İddiaçı 01.09.1970-ci il tarixdən 01.06.1973–cü il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Əlavə məlumat üçün bildirilir ki, iddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 01.01.2004–cü il tarixdən 01.04.2010–cu il tarixədək sosial sığorta stajın yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından və 01.01.2004-cü il tarixdən 01.04.2010-cu il tarixədək müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi X1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, Peşə Məktəbindən bitirdiyi 084612 nömrəli Diplomun notarial qaydada təsdiqlənmiş surəti, əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surəti, DSMF-nun Sumqayıt şəhər şöbəsinin 08.07.2019-cu il tarixli, **********7 nömrəli imtina məktubu və etiraz ərizəsi, “xxxx” Kiçik Müəssisəsi tərəfindən verilmiş arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin 08.07.2019-cu il tarixli, **********7 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının və yaşının az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “X2” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “X2” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “X2” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı 1970-1973-cü illərdə peşə məktəbində, təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil müddəti onların iş stajına daxil edilməlidir. İddiaçının təhsil müddətlərinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquq olduğundan məhkəmə hesab edir ki, iddiaçının peşə məktəbində təhsil aldığı illər onun sosial sığorta stajına daxildir. Həmçinin cavabdeh inzibati orqan hesab edir ki, iddiaçı 2004-2010-cu illərdə “xxxx” Kiçik Müəssisəsində işlədiyi dövrləri yoxlamaq mümkün olmamış və müəssisə tərəfindən sosial sığorta haqları dövlət büdcəsinə ödənilməmişdir. Cavabdehin bu arqumentinə münasibətdə məhkəmə hesab edir ki, müəssisə tərəfindən sosial sığorta haqlarını dövlət büdcəsinə ödətdirilməsi vəzifəsi məhz cavabdehin səlahiyyətində olan vəzifədir. Bu səbəbdən də cavabdehin həmin yanaşması məqsədəmüvafiq deyildir. Belə ki, “xxxx” Kiçik Müəssisəsi tərəfindən verilmiş 02.03.2020-ci il tarixli arayışdan və iddiaçıya aid əmək kitabçasından da görünür ki, İddiaçı “xxxx” Kiçik Müəssisəsində 2004-2010-cu illərdə kassir vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 20 dekabr 2019-cu il tarixli **********128400 saylı məlumatdan görünür ki, “xxxx” kiçik müəssisəsinin fəaliyyəti aktivdir və hüquqi ünvanı Sumqayıt şəhəri,məhəllə 40 ünvanıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasına görə İddiaçı əmək stajı 31 il təşkil edir. (3 il təhsil, 28 il əmək stajı). Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan o, yaşa görə əmək pensiyası hüququ 23.06.2019-cu il tarixində, yəni qanuna görə 64 yaşında bu hüququ əldə etmiş olur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı 1970-1973-cü illərdə Peşə məktəbində təhsil aldığı müddəti və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək, 23.06.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1970-1973-cü illərdə Peşə məktəbində təhsil aldığı müddəti və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək, 23.06.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar