Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1750/2022 05.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10, mənzil 42-də yaşayan), İddiaçının nümayəndəsi Vəkil2 (“Pro Bono” Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan,) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı ona xx.xx.2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabedehin qarşısında öhdəlik olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək "Azbaşenerji" İstehsalat-Təmir müəssisəsinin Qazan təmir sexində elektrik qaynaqçısı və xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək elektrik qaz qaynaqçısı və qaz kəsici, 2006-cı ildən 2020-ci ildək “Avro-Asiya” inşaat korporasiya "xxxx" ASC-də 2ci və 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. Göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabientinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci "Ümumi peşələr" fəslinin 2.26. və 68-ci hissəsinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Onun 2020-ci ilə qədər ümumilikdə 32 il iş stajı və 20 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı vardır. Ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməi olduğu halda, bu günədək həmin hüququ tanınmamışdır. Yuxarıda qeyd olunan illər ərzində zərərli işlərdə işlədiyim üçün ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Mövcud məsələ ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinə bu günədək cavabdeh orqan tərəfindən hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi Vəkil2 iddia tələbini müdaifə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı ilə qədər 25 il ümumi, 12 il 6 ay isə xüsusi stajı olmalıdır. İddiaçının xüsusi stajı yetərli olsa da, xx.xx.2006-cı ilə kimi 25 il ümumi staj tamam olmadığından iddianın təmin olunmnası üçün əsas yaranmamışdır. İddiaçının filiala təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajına aşağıdakı dövrlər daxildir: xx.xx.1976xx.xx.1978 (1 il 10 ay 20 gün), xx.xx.1978 -xx.xx.1979 (1 il 2 ay 16 gün), xx.xx.1979xx.xx.1981 (2 il 1 ay 9 gün) və xx.xx.1982 - xx.xx.1999 (17 il 4 ay 25 gün), cəmi 22 il 5 ay 10 gün. İş materiallarında olan : -AA № ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. -iddiaçıya НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (2 il 1 ay 9 gün) hərbi xidmətdə olmuşdur. -iddiaçının adına açılmış ИТ №0841803 seriyalı xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1978-xx.xx.1979-cu illərdə istixana-təmir sexində 2-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1982-xx.xx.1999-cu illərdə "xxxx" İB İTM–da 2-ci və 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, qaz kəsicisi, xx.xx.2006-xx.xx.2014-cü və xx.xx.2014-xx.xx.2015illərdə “Qartal” Tikinti firmasında qaynaqçı, xx.xx.2015-xx.xx.2015-ci illərdə H.Zeynalabdin rayon İH maddi texniki təchizat bölməsində 6 dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.2015xx.xx.2018-ci illərdə "xxxx" ASC-də 5-ci dərəcəli qaynaqçı, xx.xx.2018-xx.xx.2018-ci illərdə “Meliorasiya və X2” MMC-də 5-ci dərəcəli qaynaqçı işləmiş, xx.xx.2018-ci ildən hazırki tarixədək "xxxx" ASC-də 5-ci dərəcəli qaynaqçı işləyir. - “AZENCO ASC tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli 01-VƏ/393 nömrəli arayışdan görünür ki, o, həqiqətən xx.xx.1978-ci ildə (əmr№ 94-ok, xx.xx.1978-ci il) xx.xx.1979-cu ilədək (Əmr №-134-ok, xx.xx.1979-cu il) “Azbaşenerji'nin İstehsalat-Təmir müəssisəsinin Qazan təmir sexinə 2-ci dərəcəli elektrik-qaynaqçısı peşəsində və xx.xx.1982-ci ildən (Əmr №-02-ok, xx.xx.1982-ci il) xx.xx.1999-cu ildək (əmr № 35-ш, xx.xx.1999-cu il) elektrik-qaz qaynaqçısı və qaz kəsicisi işləmişdir. Göstərilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr' fəslinin elektrik qaynaqçıları və qaz kəsicilərinin işi güzəştli şərtlərlə zərərli əmək şəraitində işlədiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli iş stajı 17 il 07 ay 11 gün təşkil edir. “Azbaşenerji" nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat- Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “Azərenerjixüsusitəmirsazlama müəssisəsi" MMC' yaradılmışdır. “Azərenerji" ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən “Azərenerjixüsusitəmirsazlama müəssisəsi" MMC "xxxx" MMC adlandırılmışdır. “Azərenerji"ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə “Azərenerjitikinti" MMC adlandırılmışdır. Dövlət Əmlaklarının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İdida tələbindən görünür ki, İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. İş materiallarndan müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər tələb olunan 25 il ümumi staja qarşı 22 il 5 ay 10 gün stajı vardır : xx.xx.1976-xx.xx.1978 (1 il 10 ay 20 gün), xx.xx.1978 - xx.xx.1979 (1 il 2 ay 16 gün), xx.xx.1979-xx.xx.1981 (2 il 1 ay 9 gün) və xx.xx.1982 - xx.xx.1999 (17 il 4 ay 25 gün), cəmi 22 il 5 ay 10 gün. Bu isə 57 yaşdan pensiya hüququnun yaranmasına kifayət etmir. Beləliklə, iddiaçı ona xx.xx.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 2 nömrəli Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəmə araşdırması zamanı təqdim etdiyi imtina məktubundan görünür ki, o, iddiaçının 60 yaşdan pensiya yaşına çıxması ilə bağlı məsələyə münasibət bildirərək pensia kapitalının çatmaması səbəbindən imtina etmişdir. Lakin iddia ərozəsinə etirazda cavabdehin nümayəndəsi iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı tamamlanmadığından ona əvvəlki qanunvericiliyə uyğun 57 yaşdan pensiyanın təyin olunmasını mümkün olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı güzəştli şərtlərlə pensiya hüququna çıxmaq üçün xx.xx.2006cı il tarixədək güzəştli staj toplasa da, ümumi iş stajını toplaya bilməmişdir. Bu səbəbdən cavabdeh haqlı olaraq ona 57 yaşdan pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmadığından iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1750/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1750/2022
05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver