Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1751/2021 24.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına qarşı “ iddiaçının 13 may 1973-cü ildən 13 may 1977-ci ilə qədər Şamaxı Xəqani adına xalçaçılıq artelində toxucu işlədiyi illərin staj kimi müəyyən edərək həmin illərin sığorta stajina daxil edilməklə pensiya hüququnun yarandığı 2018-ci il tarixdən əmək pensiyasının təyin olunması va həmin vaxtı qüvvədə olan X4 Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla hesablanıb birdəfəlik ödənilməsini cavabdehin üzərinə iddiaçıya pensiya təyin edilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin həmin orqanın 29 iyul 2021-ci il tarixli, **********3 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, idddiaçı xx xxxxxx 1959-cu ildə Şamaxı rayon Nabur kəndində anadan olmuşdur. Hal-hazırda Qobustan rayonunun Nabur kəndində qeydiyyatdadır. Faktiki Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 31-ci məhəllədə yaşayır. 1973-cü ildən əmək fəaliyyətinə başlamışdır. 13 may 1973-cü ildən 13 may 1977-ci ilə kimi Şamaxı rayon Şirvan adına xalça artelində toxucu işləmişdir. Müqavilə ilə işlədiyi hər xalçaya görə əmək haqqı almışdır. 18 avqust 1978-ci ildə X1 ərə getmiş və Dəmirova soyadını qabul etmişdir. 28 may 1977-ci ildə Şamaxı rayon S.Vurğun adına sovxoza fəhlə qəbul olunmuş və onun adına əmək kitabçası açılmış, işlədiyi bütün illər orada qeyd olunmuşdur. Lakin xalça artelindǝ işlədiyi 1973-1977-ci illər əmək kitabçasına qeyd edilməmişdir. 2018-ci ildə yaşa görə pensiyaya çıxarkən təqdim etdiyi əmək kitabçasında iş stajı 23 il 8 ay təşkil etdiyindən ona əmək pensiyası deyil, sosial pensiya təyin edilmişdir. Şamaxı rayon Dövlət arxivinin 03 may 2021-ci il tarixli arxiv arayışını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon 11 saylı Regional Ərazi İdarəsinə təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin X10 Filialı tərəfindən “X4” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsaslanaraq iddiaçıya 29 iyul 2021-ci il tarixli **********3 saylı imtina məktubu göndərilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırılmışdır ki, Qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmak pensiyasi hüquqlarının nəzərə alınması üçün iş staji əmak kitabçasına əsasən müəyyən edilir. Belə ki, “X4” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsində göstərilir ki, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarǝetməni həyata keçirən Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş haddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında DSMF-nin Şamaxı rayon 11 saylı Regional idarəsinin imtinası ilə iddiaçının konstitusion hüquqları pozulmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafia Fondunun Şamaxı 11 saylı Regional Ərazi idarəsinin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyi qoya bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, cavabdeh tərəfindən verilmiş pensiyanın təyin edilməsinə dair imtina məktubunun məzmunundan aydın olur ki, təqdim olunmuş 01.06.1977-ci il tarixdə tərtib edilmiş əmək kitabçasının surətinə əsasən iddiaçının ümumi sığorta stajı 23 il 8 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-ci il tarixədək 18,035 manat, 01.07.2008-ci il tarixindan 9177,38 manat olmaqla ümumilikdə 27212,38 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının təqdim etdiyi arxiv arayışında göstərilən Şirvan adına Xalça artelindəki fəaliyyət dövrü əmək kitabçasında qeyd olunmadığından həmin dövrlər siğorta stajina daxil edilmir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, məktubun məzmunundan aydın olur ki, mübahisələndirilən iş illəri 1973- 1977-ci illərdir. İddiaçı üç uşaqlı ana kimi 01.03.2018-ci il tarixindən sosial müavinət almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə münasibət bildirərək hesab edirlər ki, Fondun 11 saylı regional ərazi filiali tərəfindən verilən imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə siğorta stajından asılı olmayaraq, pensiya taminatına imkan vermədikdə isə azı 25 il siğorta staji olduqda (2017-ci ilin 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 8-ci maddəsinin tələblərinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azerbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 Ne-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-ci il dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması va onun tərtibi Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmak pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözü gedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “X4” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yeniden hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-ci il yanvarın 1-dək sığortaolunanların qazanılmış amak pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı amak kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza. Dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətinda işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq ve ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadak uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial siğorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İş üzrə icraat materiallarından da göründüyü kimi İddiaçı adına tərtib olunmuş əmək kitabçasında iddia edilən illər qeyd olunmamışdır. X5 Şamaxı filialı tərəfindən verilmiş 03 may 2021-ci il tarixli arayışda Dəmirova (Həşimova) Raziyə Əliheydər qızının işə girmə, işdən çıxma əmrlərinə dair hər hansı məlumat öz əksini tapmamışdır. Beləliklə, həmin arayış mötəbər sübut olmadığından iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Eyni zamanda, imtina məktubunda qeyd edilməsə də, əmək kitabçasındakı 1977- 1989-cu illərə dair qeydlər kril yox, latın qrafikalı əlifba ilə tərtib olunmuş möhürlə təsdiqlənmişdir. Bu da həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Digər tərəfdən, iddiaçı ərizəsində yaşa görə pensiya hüququnun 01.03.2018-ci il tarixdən yarandığını qeyd etsə də, o, pensiya yaşına 17.01.2021-ci il tarixdə (62 yaş) çatmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı 13 may 1973-cü ildən 13 may 1977-ci ilə qədər Şamaxı Xəqani adına xalçaçılıq artelində toxucu işlədiyi iş illərinin staj kimi müəyyən edərək həmin illərin sığorta stajina daxil edilməklə pensiya hüququnun yarandığı 2018-ci il tarixdən əmək pensiyasının təyin olunması va həmin vaxtı qüvvədə olan X4 Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla hesablanıb birdəfəlik ödənilməsini istəyir. Məhkəmə ilk növbədə arxiv arayışının sosial sığorta stajının hesablanması zamanı nəzərə alınmasına münasibət bildirməyi vacib sayır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “X4” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 13 may 1973-cü ildən 13 may 1977-ci ilə qədər Şamaxı Xəqani adına xalçaçılıq artelində toxucu işlədiyi iş illərinin sığorta stajına əlavə edilməməsi qanuna uyğun deyildir. Belə ki, cavabdeh inzibati orqan qeyd edir ki, iş üzrə icraat materiallarından da göründüyü kimi İddiaçı adına tərtib olunmuş əmək kitabçasında iddia edilən illər qeyd olunmamışdır. X5 Şamaxı filialı tərəfindən verilmiş 03 may 2021-ci il tarixli arayışda Dəmirova (Həşimova) Raziyə Əliheydər qızının işə girmə, işdən çıxma əmrlərinə dair hər hansı məlumat öz əksini tapmamışdır. Beləliklə, həmin arayış mötəbər sübut olmadığından iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Dəmirova (Həşimova) Raziyə Əliheydər qızının işə girmə, işdən çıxma əmrlərinə dair hər hansı məlumatın əldə edilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 edilmiş 08 oktyabr 2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X11 İddiaçı Şamaxı rayonu Şirvan adına Xalça artelində 1973-1977-ci illərdə aldığı əmək haqqı barədə arxiv arayışı cavabdehə təqdim edilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, Şirvan adına xalça artelinin əmr kitabları və S.Vurğun adına sovxozun heç bir sənədi Dövlət X7 təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, Şirvan adına xalça artelinin əmr kitablarının və S.Vurğun adına sovxozun heç bir sənədinin Dövlət X7 təhvil verilməməsi iddiaçının təqsiri deyildir, iddiaçını sahib olduğu hüquqdan məhrum edə bilməz. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X6 27 oktyabr 2021-ci il tarixli cavab məktubu, arxiv arayışında qeyd edilmiş 1973-1977-ci illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X6 27 oktyabr 2021-ci il tarixli arxiv arayışında qeyd edilmiş 1973-1977-ci illər nəzərə alındıqda iddiaçının 25 il sığorta stajı yaranmış olur. Bu isə inzibati orqanın imtinasının əsassız olduğunu göstərir. “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə siğorta stajından asılı olmayaraq, pensiya taminatına imkan vermədikdə isə azı 25 il siğorta staji olduqda (2017-ci ilin 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 8-ci maddəsinin tələblərinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı X4 Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına 62 yaşında çatmışdır. Bu halda cavabdeh tərəfindən 17 yanvar 2021-ci il tarixdən iddiaçıya pensiya təyinatı aparılmalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 13 may 1973-cü ildən 13 may 1977-ci ilə qədər Şamaxı Xəqani adına xalçaçılıq artelində toxucu işlədiyi iş illərinin staj kimi müəyyən edərək həmin illərin sığorta stajina daxil edilməklə pensiya hüququnun yarandığı 17 yanvar 2021-ci il tarixdən əmək pensiyasının təyin olunması va həmin vaxtı qüvvədə olan X4 Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla hesablanıb birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 13 may 1973-cü ildən 13 may 1977-ci ilə qədər Şamaxı Xəqani adına xalçaçılıq artelində toxucu işlədiyi iş illərinin staj kimi müəyyən edərək həmin illərin sığorta stajina daxil edilməklə pensiya hüququnun yarandığı 17 yanvar 2021-ci il tarixdən əmək pensiyasının təyin olunması va həmin vaxtı qüvvədə olan X4 Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla hesablanıb birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1751/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1751/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver