Məhkəmə qərarları › İş №2-1(118)-1752/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1752/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1752/2022 22.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqaylt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1752/2022 saylı Qərardadı ilə Cavabdeh inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşayır. ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Bu barədə iddiaçının hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində 306 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində ********** qeydiyyat nömrəsinə əsasən xx.xx.2017-ci ildə qeydiyyata alınmış, iddiaçının payı tam olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX № ******* çıxarış verilmişdir. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında iddiaçı daxil olmaqla 4 nəfər (iddiaçının qızı, qızının əri, nəvəsi) qeydiyyatdadır. Cavabdeh İlham oğlu iddiaçının qızı X1 həyat yoldaşıdır və onların bir uşaqları vardır. O, 2017-ci ildə iddiaçının mənzilinə pasport qeydiyyatına düşmüş və ailəsi ilə birgə 2020-ci ilin mart ayına kimi həmin mənzildə yaşamış və olduğu yer üzrə qeydiyyata alınmışdır. Cavabdeh onun ailə üzvü deyil, 2020-ci ilin mart ayında iddiaçıya məxsus olan və mülkiyyətində olan mənzili valideynlərinə məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən evdə yaşamaq üçün daimi yaşamaq məqsədilə tərk etmiş, bir daha mənzilə qayıtmamış ailəsi və uşağı ilə maraqlanmamışdır. Eyni zamanda iddiaçının dəfələrlə xahiş etməsinə baxmayaraq iddiaçının mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxmamış, formal olaraq pasport qeydiyyatında qalmışdır. O, 2020-ci ilin mart ayından Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır və iddiaçıya məxsus mənzildə heç bir əmlakı yoxdur. Cavabdeh İlham oğlu iddiaçının mülkiyyətində olan mənzildə yaşamasa da, formal olaraq qeydiyyatda qaldığından mənzilin sahibi olaraq iddiaçının mülkiyyət hüquqları pozulur, iddiaçı mülkiyyət hüquqlarını həyata keçirə bilmir, onun mənzil mənzil və mülkiyyət hüquqları məhdudlaşdırılır. Belə ki, o iddiaçının mənzilində formal olaraq pasport qeydiyyatında qaldığından ona görə kommunal xərclər (mənzilə dair adambaşına nəzərdə tutuıan zibil pulu) iddiaçıdan tələb olunur və iddiaçı üçün əlavə xərclərə səbəb olmaqla mülkiyyətçi hüquqlarını məhdudlaşdırır. Mülkiyyətçi olaraq iddiaçı mənzilə istədiyi kimi sahib olub, sərəncam verə bilmir. Cavabdeh İlham oğlu könüllü olaraq mənzildən qeydiyyatdan çıxmadığından mübahisnin məhkəmədənkənar həlli qeyri-mümkün olduğundan, iddiaçı ilkin olaraq hazırki ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhərr Məhkəməsinin 2(060)-5803/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçının iddia tələbinə xitam verilmişdir. Ona görə də iddiaçı ərizə ilə müraicə edərək Cavabdeh qeydiyyatdan çıxarılmasını Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və X2 rəisndən xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2021-i il tarixli, 123-396607-3221 №-li məktubu ilə ona imtina cavabı verilmiş və ərizəsində göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mübahisənin məhkəmədən kənar həlli qeyri-mümkündür və bu səbəbdən iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müaciət edərək Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, iddiasını müdafiə etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilib, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - AZE seryialı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və ünvan 1 ünvanında qeydiyyatdadır. - “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Sumqayıt şəhər 10 №-li MKS tərəfindən verilmiş 505 saylı, xx.xx.2021-ci il tarixli arayışdan (2№li Forma) görünür ki, İddiaçı, X4, Cavabdeh və Əliyev Ceyhun İlkin oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar. - X5 və X3 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, Cavabdeh 2020-ci ilin mart ayından ünvan 1 ünvanında yaşamır. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5803/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 16 saylı mənzildə qeydiyyatdadır. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 16 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxs Cavabdeh qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin mənzildə yaşamır. Üçüncü şəxs məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 16 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçının adına olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 16 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar