Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1753/2023 15.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il üçün deyil, xx.xx.2011ci il tarixdən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il üçün deyil, xx.xx.2011-ci il tarixdən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mııxlar oğluna xx.xx.2004-cü il tarixdə Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya 2004-cü ildə pensiya təyin edilərkən əyani təhsil müddəti ümumi əmək stajına hesablanmamışdır. Bununla bağlı xx.xx.2022-ci il tarixdə Fonda müraciət etmişdir. Fond isə ona müraciət etdiyi dövrdən əvvəlki 3 ilin müvafiq qaydada staja görə hesablanmış məbləği ümumi olaraq hissə-hissə faktiki aldığı pensiya məbləğinin üzərinə hesablamışdır. Bundan sonra o, Fonda müraciət edərək bu artım hesablanmasının düzgün həyata keçirilmədiyini, əyani təhsil müddətinin ümumi iş stajına aid edilməməsinin səbəbkarının Fond olduğunu bildirərək təhsil aldığı müddətin son 3 ilə deyil, xx.xx.2011-ci il tarixdən hesablanmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar olaraq iddiaçının 13 may 2022-ci il tarixli ərizəsinə əsasən Mərkəzi Filial tərəfindən əyani təhsil müddəti nəzərə alınmaqla İddiaçı əmək pensiyası yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ödənilməli olan 489,22 manat fərq məbləği hesablanmış və qeyd edilən 489.22 manat fərq məbləği cari ilin iyul ayından etibarən hər ay 48,92 manat olmaqla əmək pensiyasının (303,08 manat) üzərinə əlavə olunaraq (303,08-48,92=352,00 manat) müvafiq kart hesabına köçürülür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və etirazın dəlillərinə uyğun olaraq izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixindən etibarən 3,56 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyası qanunvericiliyə uyğun qaydada hesablanaraq 288,56 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən "əmək pensiyaiarı onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç ii üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bununla əlaqədar olaraq 13 may 2022-ci il tarixli ərizənizə əsasən Mərkəzi Filial tərəfindən iddiaçının təhsil müddəti nəzərə alınmaqla əmək pensiyansı yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ödənilməli olan 489,22 manat fərq məbləği hesablanmış və qeyd edilən 489.22 manat fərq məbləği cari ilin iyul ayından etibarən hər ay 48,92 manat olmaqla əmək pensiyasının (303,08 manat) üzərinə əlavə olunaraq (303,08-48,92=352,00 manat) müvafiq kart hesabına köçürülür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının təhsil müddəti onun sosial sığorta stajına daxil edilməidyindən o, müvafiq ərizə ilə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir və onun ərizəsi cavabdeh orqan tərəfindən təmin edilərək əmək pensiyasının yenidən hesablanması aparılmışdır. Mübahisənin mahiyyətini həmin hesablamanın xx.xx.2011-ci il tarixdən aparılmaması təşkil edir. Belə ki, cavabdeh yenidən hesablamanı müraciət tarixindən əvvəlki üç il üçün aparmış, iddiaçı isə müvafiq qanunvericilikdə dəyişiklik edildiyi xx.xx.2011-ci il tarixdən aparılmasını tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsuinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadından görünür ki, “Əmək pensiyaları haqqında”Azərvaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasınnı təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının müraciəti xx.xx.2022-ci il tarixli olduğöundan cavabdehin yenidən hesablamanın həmin tarixdən əvvəlki üç il üçün həyata keçirməsi qanunauyğun olmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il üçün deyil xx.xx.2011-ci il tarixdən hesablanması və ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1753/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1753/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver