Məhkəmə qərarları › İş №2-1(118)-1754/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1754/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1754/2023 01.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il təvəllüdlüdür. İki il Sovet Ordusunda xidmət etdikdən sonra 1993-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş və ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" diaqnozu qoyulmuşdur. xx.xx.2018-ci il tarixdə səhiyyə müəssisəsinin 4084003AABAO nömrəli göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ll dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra on əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin xx.xx.2019-cu ildə pensiyanın ödənilmısi dayandırılmışdır, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman mənə məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlilliyi əsassız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Müseyib oğlunun əlillik vəziyyətinə X2 xx.xx.2018-ci il tarixli, 4084003AABAQ göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi İlə əlaqədar əlillik; X1: XİX SinifTravmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni: Baş beyinin diffuz travması,açıq kəllə-beyin travması (1993-cü il), kontuziya, postkontuzion sindrom, postkontuzion şəxsiyyət dəyişikliyi, generalizə olunmuş idioqatik epilepsiya qıc-la(ayda 7-8 dəfə). Dayaq hərəkət funksiyasının pozulması. Sol tərəfli hemiparez. Sağ dirsək oynağının və sol diz oynağının kontrakturası ilə müşayət olunan dayaq və hərəkət funksiyasının kəskin pozulması. Görmə sinirinin hissəvi atrofiyası. Viz OD = 0,03 когг etmir (yüzdə üç), Viz OS=0,06 korr etmir (yüzdə altı); Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, teztez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)’’ səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2019-cu il tarixli, NVS- 335 nömrəli məktub ünvanlanmış və həmin məktuba Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində baxılmışdır. Məktubda qeyd edilmişdir ki, araşdırma nəticəsində, həmin tibbi göndərişlərin rəsimiləşdirilməsi üçün vətəndaşlar tərəfindən təqdim edilmiş Səhiyyə Nazirliyinin müvafiq sahə üzrə İxtisaslaşmış ayrı-ayrı tibb müəssisələrinin tibbi rəylərinin (epikrizlərin) əsasssız olduğu müəyyən edilmiş və bu səbəbdən 106 nəfərin adına rəsmiləşdirilmiş tibbi göndərişlər müvafiq qaydada etibarsız hesab edilmişdir. İş materiallarında olan : - TSEK tərəfindən verilmiş tarixli qərardan görünür ki, İddiaçı Müseyib oğluna 2018-ci ildən 2023-ci ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 1046 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozunun səbəbli əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir. -DSMF-nin Abşeron rayon Şöbəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki,ona xx.xx.2018-ci ildə təyin olunmuş 2-ci dərəcəli əlillik etibarsız hesab edilmişdir. Belə ki, onun təqaüdü xx.xx.2019-cu il tarixdən dayandırılmışdır, artıq ödənilmiş vəsait geriq qaytarılmaıdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya təyin edilmiş ll dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi məhz "xxxx" QSC-nin Həkim Sanitar Xidmətinin sözügedən məktubu olmuşdur. Halbuki, həmin məktubda hər hansı maddi hüquq normasına istinad edilməmişdir. Sadəcə, siyahıda göstərilən şəxslər tərəfindən təqdim edilmiş Səhiyyə Nazirliyinin müvafiq sahə üzrə ixtisaslaşmış ayrı-ayrı tibb müəssisələrinin tibbi rəylərinin (epikrizlərin) əsassız olduğunun müəyyən edildiyi və bununla bağlı tibbi göndərişlərin etibarsız hesab edildiyi qeyd edilmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi barədə ayrıca qərar (inzibati akt) qəbul edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişi əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3-Sosial Ekspertiza və X5 (TSERAS) ötürülür. Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə görə inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsidir. Cavabdeh orqan isə daxil olmuş məktubu əsas tutaraq heç bir əlavə araşdırma aparmadan, inzibati akt qəbul etmədən iddiaçının əlilliyini altsistemdə etibarsız hesab etmişdir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiısi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar