Məhkəmə qərarları › İş №2-1(118)-1755/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1755/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1755/2023 28.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində vurduğu maddi və mənəvi ziyanın alınıb ona verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tarixdə Siyəzən rayonunda anadan olmuşdur. 2018-ci ildə orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini 2022-ci ildə müvəffəqiyyətlə bitirərək məzun olmuşdur. 05 iyul 2022-ci il tarixdə cavabdeh tərəfindən hərbi xidmətə çağrılmışdır, bu məqsədlə hərbi həkim komissiyasından keçirilməklə hərbi xidmətə yararlı hesab olunmaqla hərbi xidmətə göndərilmişdir. Keçdiyi hərbi həkim komissiyasında və həmçinin Siyəzən rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Bölməsində anadangəlmə sol gözündə problem olduğunu, ümumiyyətlə sol gözünün görmədiyini dəfələrlə bildirmiş, lakin cavabdeh bu problemin hərbi xidmət keçmək üçün maneə olmadığını bildirərək onu hərbi xidmət keçmək üçün göndərmişdir. Onun hərbi xidmət keçdiyi hərbi hissə mühəndis qurğularının istehkamı, mina təmizləmə üzrə xidmət aparır, yəni onun hər hansı cüzi diqqətsizliyi insan tələfatına səbəb ola bilər. Hərbi xidmətdə olduğu hərbi hissədə bölük komandiri onun səhhətində olan narahatçılığı hiss edib yoxlanmaq üçün hərbi hissənin tibb məntəqəsinə göndərmişdir. Lakin hərbi hissənin tibb məntəqəsində lazımı texniki vasitələr olmadığından tibbi müayinədən keçmək üçün Bakı şəhərində yerləşən hərbi qospitala göndərmişdirlər. 2022-ci ilin iyul ayının 22-dən ona xəstəlik tarixçəsi açılmış və qospitalda yatızdırmışdırlar, avqust ayının 26-na kimi qospitalda qalmışdır. Həkim komissiyası 25 avqust 2022-ci il tarixdə onun sol gözünün anadangəlmə görmədiyini müəyyən edib, hərbi xidmətə yararsız olmağı barədə qərar qəbul etmişdir və 2N avqustda xidmət etdiyi hərbi hissəyə qaytarılmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinə (bundan sonra - Xidmətin Siyəzən rayon bölməsi) qarşı, “hərbi xidmətə yararsız olduğu halda xx.xx.2022-ci ildə müddətli həqiqi hərbi xidmətə göndərilməsinin qanunsuz hesab edilməsi və dəymiş maddı və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "vurulmuş maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsini qəbul etmirlər, hesab edirlər ki, iddia ərizəsi əsassızdır və təmin oluna bilməz. Belə ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı tibbi şəhadətləndirmə zamanı xx.xx.2022ci il tarixdə Siyəzən çağırış komissiyası tərəfindən Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmiş, sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı xx.xx.2022-ci il tarixdə Xidmətin Siyəzən rayon bölməsinə daxil olmuşdur. Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı həkim oftalmoloq tərəfindən Azərbaycan Respublikası NK-nin 2008-ci il 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin “Xəstəliklərcədvəlinin” 30c maddəsi ilə şəhadətləndirilmiş və hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması "Hərbi vəzifə və hərbi xidmət haqqında’’ Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanununun 13.1-ci maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonlarda, şəhərlərdə, şəhər rayonlarında çağırış komissiyaları yaradılır. Həmin Qanununun 13.2-ci maddəsinə əsasən, çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. Həmin Qanununun 13.3-cü maddəsinə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının fərdi tərkibini müvafiq yerli icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: həqiqi hərbi xidmətə yararlılıq haqqında; səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında'” Təlimatın 62-ci maddəsinə əsasən, ilkin hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq aşağıdakı müayinələr aparılır: - döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, - qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), - sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətləndirilmə günündə isə bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara bundan əlavə elektrokardioqrafiya müayinəsi keçirilir, zərurət olduqda planlı profilaktiki peyvəndlər aparılır. Həmçinin çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərməkdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dəri-zöhrəvi, göz, cüzəm, QİÇS-lə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan, digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son 12 ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçıların siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən (ƏSMM) əliliyə ğörə təqaüd alan və tibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmiş çağırışçıların siyahıları alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələr tərəfindən sorğu edilir. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əvvəl dispanserlər, tibb müəssisələrdən, Əhalinin Sosial Müdafiəsi Mərkəzindən və tibbi-sosial ekspert komissiyasından alınan cavablar rayon hərbi həkim komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə almır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, əlavə müayinəyə göndərilərək sağlamlıq vəziyyəti müəyyən edildikdən və sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Əlavə olaraq bildirirlər ki, Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar müayinədən keçirlər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Xidmətin Siyəzən rayon bölməsinin məsuliyyətinin yaranmamasını göstərir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki vurulmuş maddi zərərə görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış zərərə görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarın 2- ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasını nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmalıdır. İddiaçı mənəvi ziyanın qarşılanmasını tələb etsə də, habelə Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən olunan anlamda xərclərə, real zərər və əldən çıxmış faydaya dair məhkəməyə sübut təqdim olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı ona cavabdehin hərəkətləri nəticəsində ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini inzibati məhkəmə icraatı qaydasında tələb edir. Halbu ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxıla bilər. Bundan başqa iddiaçının tələbidə qeyri müəyyəndir. Beləki, iddiaçı maddi mənəvi ziyanın ödənilməsini istəsədə bu tələbinin konkret olaraq nədə ifadə olunması qeyri müəyyəndir. İddiaçı maddi ziyan tələb etsədə bu tələbin hansı məbləğdə olmasını göstərməmişdir. Qeyd edilənlər iddianın mümkünsüz hesab edilməsi üçün əsas yaradır. Bundan başqa inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxıla bilməsi üçün, hansı ziyana görə kompensasiya tələb ediləcəksə, ilkin olaraq həmin kompensasiya inzibati orqandan tələb edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri aşağıdakı kimi olmuşdur. “xx.xx.2001-ci il təvəllüdlü İddiaçı tibbi şəhadətləndirmə zamanı xx.xx.2022-ci il tarixdə Siyəzən çağırış komissiyası tərəfindən Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmiş, sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı xx.xx.2022-ci il tarixdə Xidmətin Siyəzən rayon bölməsinə daxil olmuşdur. Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı həkim oftamoloq tərəfindən Azərbaycan Respublikası NK-nin 2008-ci il 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin “Xəstəliklərcədvəlinin” 30c maddəsi ilə şəhadətləndirilmiş və hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.” Bundan başqa iddiaçı hərbi xidmətə aparılarkən cavabdeh inzibati orqanın müvafiq qərarını mübahisələndirmək hüququ olsada, bu hüququndan istifadə etməmişdir. Göründüyü kimi iddiaçının cavabdeh inzibati orqana qarşı mümkün ola biləcək tələblərinin uğurluluq ehtimalı yüksək görsənmir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli X3 məhkəməyə təqdim edilmişdir. X1 həkim mütəxəssis Bayramov Z. tərəfindən iddiaçının hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquq müdafiə vasitələrindən istifadə etmə imkanı istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar