Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1755/2024 14.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinin bərpa edilməsi və güzəştli şərtlərlə növbədənkənar mənzillə təmin edilməyi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ilə məhkəməyə müraciət edərək mənzil növbəsinin bərpa edilməsi və güzəştli şərtlərlə növbədənkənar mənzillə təmin edilməyi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx xxxxxx 1955-ci ildə Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qocalı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1974-ci ilin may ayından 1976-cı ilin may ayına kimi X4 Qurupunda müddətli həqiqi hərbi xidmət keçmişdir. 1976-1986-ci illərdə Sumqayıt səhərində yaşamaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bas Yanğından Mühafizə İdarəsinin, Sumqayıt 4 saylı X1 7 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində, Sumqayıt “Üzvi Sintez” istehsalat Birliyində, Sumqayıt “Sintez-Kauçuk” X2-Propilen zavodunda işləmişdir. Sumqayıt Sintez Kauçuk Zavodunda işlədiyi müddətdə 1983-cü ildən mənzil növbəsinə durmuşdur (arayış əlavə olunur). Ali və ali siyasi təhsillidir. 1983-cü ildə Bakı Dövlət Universitetini (keçmiş S. M. Kirov adma Azərbaycan Dövlət Universiteti), 1985-ci ildə Azərbaycan Kommunist Partiyasının Marksizm-Leninizm Universitetini, 1994-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. 1986-cı ildə Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin tələbnaməsi ilə Sumqayıt Sintez-Kauçuk İstehsalat Birliyindən köçürmə yolu ilə Kürdəmir Rayon Mədəniyyət Şöbəsinə işə qəbul olunmuşdur. İşlədiyi müddətdə Kürdəmir Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinə ərizə ilə müraciət edərək, mənzil növbəsinə bərpa olunmağını xahiş etmişdir. Ərizəsi nəzərə alınaraq, Kürdəmir Rayon İcraiyyə Komitəsinin xüsusi komissiyasının qərarı ilə güzəştli şərtlərlə növbədən kənar mənzil növbəsinə götürülmüşdür (Qərarın surəti əlavə olunur). 1987-1992-ci illərdə Kürdəmir Rayonunun Qocalı kəndi XDS İcraiyyə Komitəsinin sədri, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Qocalı kəndi ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. 1992-2000-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. Kürdəmir Rayon Hərbi Komissarlığında qeydiyyat və səfərbərlik şöbə rəisinin baş köməkçisi, FHN-nin Mülki Müdafiə Alayında səfərbərlik qrupunun rəisi, DİN Daxili Qoşunların on mövqedə (Füzulu- Cəbrayıl istiqamətində, Araz boyu, Lələtəpə, adsız yüksəkliklər, kənd Horadiz) döyüş tapşırığını yerinə yetirən “N” saylı əməliyyat alayında siyasi şöbədə kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olarkən, hərbi hissə komandanlığına ərizə ilə müraciət edərək Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunubolunmamağı barəsində məlumat verilməsini, əgər mənzillə təmin olunmamışdırsa mənzilqeydiyyat növbə sənədlərini DİN-nin Daxili Qoşunlar Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. Hərbi hissə komandanlığının sorğusuna cavab olaraq, Kürdəmir RİH Başçısının Birinci müavinin imzası ilə onun mənzillə təmin olunmamağının səbəbi göstərilməklə mənzil-növbə sənədləri DİN-nin Daxili Qoşunlar Baş İdarəsinə göndərilmişdir (cavab məktubunun surəti əlavə olunur). Dəfələrlə Cavabdeh Başçısına ərizə ilə müraciət edərək, istefada olan bir zabit kimi güzəştli şərtlərlə mənzil növbəsinə durmaq üçün müraciət etsə də ərizəsi icra olunmamış, bəsit cavab məktubları ilə kifayətlənmişlər. İddiaçı 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, istefada olan zabitdir, 1992-2000-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ildən ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Bu yaşında evi yoxdur, daşınmaz əmlakı olmaması barədə Dövlət Əmlak Komitəsinin 4 saylı Abşeron ərazi idarəsindən rəsmi arayışlar almışdır (arayışların surətləri əlavə olunur). Bir sıra ağır xəstəliklərdən o cümlədən, UİX-yi, ürək çatışmazlığı, streokardiya, şəkərli diabet, 2-ci tip, orta ağır və digər xəstəliklərdən əziyyət çəkir. Yaşı 67-dən yuxarıdır. Ailəsi az təminatlı və mənzil şəraitnin yaxşılaşdırılmasına ehtiyacı olan ailələr kateqoriyasına aiddir. Cavabdeh Başçısının müavini Gülnar Rəhimovanın ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda əlilik dərəcəsi qazanmış şəxslər, şəhid ailələri və Çemobıl AES qəzasında əlillik dərəcəsi qazanmış şəxslərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 № li qərarı ilə mənzillə təmin edilməsi prosesi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyindən, həmin əsasların mövcud olduğu halda Rayon İcra hakimiyyətinə müraciət edə bilər. Cavabdehin bu məktubunu əsassız və qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən “Yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar yaşayış sahələrinə ehtiyacı olan hesab edilir”. Həmin Məcəllənin 51.2 və 51.3-cü maddələrinə əsasən “Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən “Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Göründüyü kimi, qanunvericilikdə mənzil uçotuna durmaq üçün digər hallarda mövcuddur. Lakin cavabdeh qəsdən və qərəzli şəkildə ona imtina vermək üçün Mənzil Məcəlləsinin 48, 51.2 və 51.3-cü maddələrini kənara qoyaraq, imtinaya bəhanə üçün Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 № li qərarını əsas tutmuşdur. Halbuki, həmin qərarın təsir dairəsi müəyyən kateqoriya şəxslərə aiddir. Həmin qərarın ona heç bir aidiyyəti yoxdur. Onun mənzil uçotuna qeydiyyata alınmaq və mənzillə təmin edilmək hüququ yalnız Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən “Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Qeyd edir ki, cavabeh tərəfindən mənzil uçotuna alınmağı ilə bağlı ərizəyə dair Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən hər hansı bir qərar qəbul edilməmiş, yalnız məktubla cavab verilmişdir. Bu hal isə Mənzil məcəlləsinin 51.5- ci maddəsinin tələblərinə ziddir. Yəni ərizəsi ilə bağlı Cavabdeh tərəfindən müvafiq qərar qəbul edilməli idi. Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən “Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” Qanunun tələbində hamının başa düşəcəyi tərzdə qeyd edilir ki, vətəndaşların, xüsusəndə əlillərin mənzil uçotuna götürülməsi məsələləri icra hakimiyyəti orqanlarının üzərinə bir vəzifə kimi qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsininn İİ bəndinə əsasən “Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.” Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, iddiaçı iddia ərizəsində 1983-ci illərdə yəni Azərbaycan SSR dövründə Sumqayıt Sintez Kauçuk zavodunda mənzil növbəsində durduğunu, sonralar isə həmin mənzil növbəsinin aqibətinin necə olduğunu qeyd etmədən, Kürdəmir Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinə müraciət edərək mənzil növbəsinə bərpa olunmasını xahiş etmişdir. Lakin Kürdəmir rayonunda mənzil növbəsində olması barədə heç bir sənədi RİH-nə təqdim etməmişdir. Sonradan vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu olduğunu və bu səbəbdən mənzil növbəsinə götürülməsini xahiş etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən "Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.” İddiaçı yuxarıda göstərilən kateqoriyalara uyğun olmadığından müraciəti təmin olunmamışdır. Ehtiyata buraxılmış hərbi qulluqçuların bəzi kateqoriyalarindan olan şəxslərin mənzil növbəsinə qəbul edilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərara əsasən yaşa , xəstəliyə, ailə vəziyyəyinə görə habelə 5 təqvim ili və daha çox xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə , gizirlərə və miçmanlara habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay nağdsız qaydada kompensasiya ödənilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrasıdır, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə iddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İş materiallarından görsənir ki, iddiaçı cavabdeh inzibati orqana çoxsaylı müraciətlər etmiş və müvafiq imtinalar almışdır. İddiaçı mənzil növbəsinin bərpa edilməsi və güzəştli şərtlərlə növbədənkənar mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir, lakin iddiaçının digər bir yerdə güzəştli şərtlərlərlə mənzil növbəsində olması və həmin növbəliliyin Cavabdehndə bərpa olunması ilə bağlı müvafiq qurum tərəfindən müraciət olunduğu və iddiaçı tərəfindən bununla bağlı zəruri sənədlərin təqdim olunduğu müəyyən olunmur. Cavabdeh inzibati orqan qeyd edir ki, vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu olduğunu və bu səbəbdən mənzil növbəsinə götürülməsini xahiş etmişdir.“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən "Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.”İddiaçı yuxarıda göstərilən kateqoriyalara uyğun olmadığından müraciəti təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi iddiaçının hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzillə təmin edilməsini istisna edir. Qeyd edilən normadakı tənzimləmə aşağıdakı kimidir. Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Göründüyü kimi iddiaçının hərbi qulluqçu kimi mənzillə təmin edilməsi üçün qanunvericiliklə tələb edilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etməsi və ya Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar silahlı qüvvələrdən buraxılmış olması şərtləri ödənilmir. İş materiallarından görsənir ki iddiaçı 15 təqvim ilindən az hərbi xidmətdə olmuş və xidmət müddəti başa çatdığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir və bu da iddianın rədd edilməsi üçün əsas təşkil edir. İddiaçıya izah edilsin ki, güzəştli şərtlərlə növbədənkənar mənzillə təmin edilməsi tələbinin təmin edilməməsi, onun adi qaydada mənzil növbəsinə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsini istisna etmir. Qeyd edilənlərə əsaəsn məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev