Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1758/2022 08.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib edilmiş 24.11.2017-ci il tarixli 1292 nömrə ilə qeydə alınmış X1 doğum haqqında akt qeydiyyatının ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-ci ildə X6 ilə rəsmi nigaha daxil olmuş, birgə nigahdan iki övladı dünyaya gəlib. 15.06.2017-ci il təvvəlüdlü övladı üçün həyat yoldaşı bilməyərəkdən onun xəbəri olmadan Cavabdehndən övladı üçün Doğum haqqında şəhadətnamə alıb. Sonradan 28.09.2018-ci ildə onunla yoldaşı birlikdə Sumqayıt Asan xidmət mərkəzindən övladı üçün doğum haqqında şəhadətnamə almış, bir müddət sonra onlara məlum olub ki, övladı üçün birinci alman doğum haqqında şəhadətnamə qeydə almdığı üçün Sumqayıt Asan xidmət mərkəzi verdiyi övladı üçün olan şəhadətnamə sistemdə bilinmir. Bu barədə Cavabdehnə bildirsəkdə rəsmi ərizə versə də, Cavabdeh mənim övladımın doğum haqqında 28.09.2018-ci ildə verilən şəhadətnaməni etibarsız sayaraq imtina ərizəsi vermişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh tərəfindən tərtib olunmuş 24.11.2017-ci il tarixli 1292 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi, həmçinin həmən doğum aktın ləğv olunması barədə ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001 -ci il tarixli 52 saylı qərarının 23-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd olunan ilkin doğum haqqında akt qeydinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 28.09.2020-ci il tarixli, 588 nömrəli imtina məktubu, etiraz ərizəsi, Nikah haqqında şəhadətnamənin surəti, Doğum haqqında şəhadətnamələrin surətləri, cavabdehin razılıq ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçı hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onların valideyinlik hüquqlarının həyata keçirilməsindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəaları baxımından uşağın mənafeyini məhkəmədə təmsil etməsi yolveriləndir. Ona görə də hesab olunur ki, iddiaçılar özlərinin valideyinlik hüquqlarından irəli gələn imkanlarından istifadə etməkdə sərbəstdirlər və hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüquqları var. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh hazırkı iddiaya cavab verməli olan orqandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163-cü maddəsinə əsasən, akt qeydin ləğv edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə verilən səlahiyyətdir. Hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh məhkəmənin qərarının olmaması səbəbindən akt qeydinin ləğv edilməsindən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar iddia tələbini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı verməkdə haqlı olmuşdur. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən iddiaçının müraciətinin yerinə yetirilməsindən imtina olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı övladlarının soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 28.09.2020-ci il tarixli, 588 nömrəli məktubu ilə iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasından ibarətdir. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia tələbindən məlum olur ki, cavabdeh təşkilatın ünvanı Quba rayonunda yerləşir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 163-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X5 birgə nikahlarından 15.06.2017-ci il təvəllüdlü X3 adlı övladı Bakı şəhərində doğulmuşdur. İddiaçının xəbəri olmadan anası nəvəsinə doğum haqqında şəhadətnamə əldə etmiş və həmin doğum haqqında şəhadətnamədə Nihadın doğum yeri Bakı şəhəri, doğumun qeyd edildiyi yer isə Cavabdehdir. Cavabdeh tərəfindən tərəflər arasında rəsmi nikah olmadığına görə uşağın soyadı Atamoğlanov kimi qeyd olunaraq doğum haqqında şəhadətnamədə doğum qeydinin nömrəsi 1292, tarixi 24 noyabr 2017-ci il kimi göstərilmişdir. Sonradan İddiaçı uşağın anası olan X4 ilə rəsmi nikah münasibətlərinə daxil olmuş və həmin nikah haqqında şəhadətnamənin əsasında 28.09.2018-ci il tarixli yeni doğum haqqında şəhadətnamə almışdır.Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ına istinad edərək doğum qeydin ləğv edilməsininin məhkəmə qətnaməsi əsasında həyata keçirilə biləcəyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən 15.06.2017-ci il təvəllüdlü X2 adına edilmiş 1292 nömrəli 24 noyabr 2017-ci il tarixli doğum qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81.1 və 85.1 maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən 15.06.2017-ci il təvəllüdlü X2 adına edilmiş 1292 nömrəli 24 noyabr 2017-ci il tarixli doğum qeydi qeydinin ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1758/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1758/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver