Məhkəmə qərarları › İş №2-1(118)-1760/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1760/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1760/2021 22.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinə və Sumqayıt Baş Gömrük İdarəsinə qarşı “cavabdeh Mərkəzi Gömrük Ekspertiza İdarəsinin üzərinə təqdim edilmiş malların (teplovozun ehtiyyat hissələri olan hidravlik ötürücü UQP, hərəkət balansir araba TQM-435.01.001, Kompressor KT-6c6, hərəkət balansir araba TEM-235.01.005, Dizel PQD İM ) XİF MN-a uyğun aidiyyatını, təsnifat kodunun ekspertizasının aparılmasını və təsnifat kodunun verilməsi vəzifəsinin qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinə və Sumqayıt Baş Gömrük İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh Mərkəzi Gömrük Ekspertiza İdarəsinin üzərinə təqdim edilmiş malların (teplovozun ehtiyyat hissələri olan hidravlik ötürücü UQP, hərəkət balansir araba TQM-435.01.001, Kompressor KT-6c6, hərəkət balansir araba TEM-235.01.005, Dizel PQD İM ) XİF MN-a uyğun aidiyyatını, təsnifat kodunun ekspertizasının aparılmasını və təsnifat kodunun verilməsi vəzifəsinin qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, daha sonra isə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar