Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1763/2023 31.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Əliyeva (Nəzərova) Gülşən Nüsrətəli qızının cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan, DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci iİ qeydiyyat tarixli(seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDR-dən çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsində “Tikinti işlərinin dayandırılması barədə” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0606 saylı qərarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Əliyeva (Nəzərova) Gülşən Nüsrətəli qızı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı iddia qaldıraraq “Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan, DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci iİ qeydiyyat tarixli(seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDR-dən çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsində “Tikinti işlərinin dayandırılması barədə” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0606 saylı qərarının ləğv edilməsi”nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1(112)-12548/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli (seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDR-dən Çıxarışa əsasən X3 mülkiyyətindədir. Sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan “Torpaq sahəsinin planı və ölçüsü" xx.xx.2009-cu il tarixdə tərtib edilmişdir. Bu il həmin torpaq sahələrindən təyinatı üzrə istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə bu ilin yay aylarında həmin torpaq sahələrində yüngül konstruksiyalı 8 ədəd ÇADİRın quraşdırılmasına başlamışdır və artıq 8 ədəd ÇADİRın quraşdırılmasını qismən başa çatdırmışdır. Bu zaman əraziyə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 əməkdaşları gələrək, torpaq sahəsində “Tikinti işlərinin dayandırılması barədə" xx.xx.2022-ci il tarixli 0606 saylı qərar qəbul etmişlər. Həmin qərarın surəti onlara xx.xx.2022-ci il tarixdə qəbzə imza etməklə təqdim etmək üçün rəsmi qaydada verilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edirlər. Belə ki, həmin qərardan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində tikinti obyektində yüngül konstruksiyadan 8 ədəd ÇADİRın quraşdırılması işləri aparılır. Həmçinin həmin qərarda pozuntuların aradan qaldırılması üçün aşağıdakı məzmunda göstəriş verilmişdir: “Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə sənədinin Agentliyə təqdim edilməsi təmin edilsin”. Həmin qərardan da göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işləri deyil, məhz yüngül konstruksiyadan 8 ədəd ÇADİRın quraşdırılması işləri aparılmışdır. Həmin Məcəllənin 92-ci maddəsi də “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması"nı müəyyən edir. Belə ki, həmin normanın, o cümlədən 92.4.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, həmin norma yüngül konstruksiyadan quraşdırma işlərini deyil, Tikinti işlərinin dayandırılmasını ehtiva edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsinə əsasən: 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə. Belə olan halda, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 maddəsinin tələbləri iddiaçının yüngül konstruksiyadan quraşdırdığı çadırlara şamil edilə bilməz. Belə ki, qanunun həmin maddəsi tikintisinə icazə tələb olunan obyeklər barədədir. Hesab edir ki, çadır, tikintisinə icazə tələb olunan və ya məlumatlandırılma icraatı tələb olunan tikinti kateqoriyasına aid deyil, təməli olmayan, yüngül konstruksiyalı quraşdırmadır, yəni ümumiyyətlə qanunvericiliyin də tələblərindən göründüyü kimi, quraşdırma işi olmaqla, tikinti deyildir. Lakin cavabdeh aktla işin bu halını doğru qeyd etsə də, həmin çadırları xüsusi icazə tələb olunan tikinti kimi təqdim etmişlər. Beləliklə, göründüyü kimi, torpaq sahəsində quraşdırılan çadırlar barədə qəbul edilmiş 15 avqust 2022-ci il tarixli 0606 saylı Qərar qanunsuz və əsassızdır. Belə ki, bir daha qeyd edir ki, həmin Qərarda istinad edilmiş Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin ona məxsus ərazidə quraşdırılmasına icazə tələb olunmayan yerüstü çadırlara heç bir aidiyyəti yoxdur. Belə ki, qanunun həmin maddəsi tikintisinə icazə tələb olunan obyeklər barədədir. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin qərarı qanunsuzdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, biznes planı hökümət səviyyəsində KOB inkişaf mərkəzi tərəfindən razılaşdırılmış layihədir. Diskdə görüntüləri məhkəməyə təqdim edilmişdir. Ətraf dağlıq ərazidir. Ətrafda mühafizə obyekti yoxdur. Çadırlar quraşdırılmışdır, istənilən vaxt yeri dəyişdirilə bilər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən torpaq sahəsində, həmin torpaq sahəsinin mülkiyyətçisi X4 tərəfindən yüngül konstruksiyalardan taxta platformalar üzərində 8 ədəd çadırın quraşdırılması və 2 ədəd çadır üçün platformaların hazırlanması faktı aşkar olunmuşdur. Aparılan tikinti işləri Gülşən Nəzərova tərəfindən dövlət orqanları tərəfindən mühafizə olunan obyektdən 400- 500 metr məsafədə yerinə yetirilir. Quraşdırılan çadırlarda gələcəkdə vətəndaşların, habelə əcnəbilərin müvəqqəti qalacaqlarını nəzərə alaraq, onların təhlükəsizliyini təmin etmək, həmin obyektin torpağın təyinatına uyğun olub-olmamasını, ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısı ilə mənfi təsirinin olub-olmamasını müəyyən etmək, habelə dövlət təhlükəsizliyi maraqlarının qorunması məqsədilə tərəflərindən Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1- ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə 15 avqust 2022-ci il tarixli 0606 nömrəli qərar qəbul edilmiş və obyektin tikintisinə (quraşdırılmasına) müvafiq qaydada icazənin alınması tələb olunmuşdur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü həmin Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara əsasən yoxlanılır. Bundan sonra icazə verən orqan (qurum) layihəsiekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxmalı, tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir. Eyni zamanda, iddiaçı məsələ ilə bağlı inzibati qaydada Agentliyə də şikayətlə müraciət etmişdir, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə uyğun olaraq inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılmalı olduğunu nəzərə alaraq, həmin şikayət üzrə başlanılmış icraata tərəflərindən xitam verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iştirak etmiş, iddia ərizəsinə etirazı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 saylı qərarı ilə tikintisinə icazə tələb olunan bina və qurğuların tikniti quraşdırma işlərinin siyahısında 3 və 4-cü bəndlərdə qeyd edilmişdir. Çadırların sökülməsi tələb olunmur. Sadəcə tikintiyə icazə yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia mübahisələndirmə haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən həmin torpaq sahəsində yüngül konstruksiyalı 8 ədəd çadır quraşdırılmasına başlanılmış, quraşdırılma işləri qismən başa çatdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən 15 avqust 2022-ci il tarixli, 0606 saylı qərarı ilə tikinti işlərinin dayandırılması qərara alınmışdır. İddiaçı “Tikinti işlərinin dayandırılması barədə” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0606 saylı qərarın ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində 8 ədəd yüngül kanstruksiyalı çadır quraşdıra işləri aparır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin 15 avqust 2022-ci il tarixli, 0606 saylı qərarı ilə 30 gün müddətində Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə icazə sənədinin Agentliyə təqdim edilməsi üçün göstəriş verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı qanuni və əsaslı deyildir. Cavabdeh inzibati orqan mübahisələndirilən inzibati akt ilə tikintinin dayandırılmasını tələb etmiş, əsas olaraqda tikintiyə icazə sənədinin olmamasını göstərmişdir. Halbu ki, mübahisələndirilən qərarda cavabdeh inzibati orqanın özü tikinti işlərinin aparıldığını yox, yüngül kanstruksiyadan 8 ədəd çadırın quraşdırılması işləri aparıldığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, yüngül konstruksiyalı çadırın quraşdırılması üçün qanunvericilikdə icazə tələb olunmasının müəyyən olunduğunu inzibati orqan sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 3.0.16-cı maddəsinə əsasən müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikilidir. Qanunvericiliyin tələbindən göründüyü kimi iddiaçının quraşdırdığı yüngül konstruksiyalı çadırların quraşdırılmasına icazə tələb olunması müəyyən olunmur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 saylı qərarı ilə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma işlərinin siyahısında 3 və 4-cü bəndlərə (metal konstruksiyaların və ağac konstrksiyaların quraşdırılması) istinad edərək mübahisələndirilən inzibati aktı hüquqi əsasını göstərməyə çalışmışdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 saylı qərarı ilə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma işlərinin siyahısında 3 və 4-cü bəndlərə istinad edilməmiş, yüngül kanstruksiyalı çadır quraşdırıldığı qeyd edilmişdir. Bundan əlavə quraşdırılan çadırların asanlıqla sökülərək digər yerlərdə guraşdırıla bilməsi işin mübahisə olunmayan halı kimi müəyyən edilmişdir. Cavabdeh özü də mübahisələndirilən qərarında 8 ədəd çadırın yüngül konstruksiya olduğunu qeyd etmişdir. Məhkəmə araşdırması zamanı KOB İnkişaf Mərkəzi tərəfindən razılaşdırılmış Turistik “Glamping” çadırların qurulması və kirayəsi üzrə Biznes Planı məhkəməyə təqdim edilmişdir. Həmin lahiyədəndə görsənir ki, biznes plandada əsaslı tikinti işlərinin aparılması nəzərdə tutlmamışdır. Cavabdeh inzibati orqan etirazında qeyd edir ki, aparılan tikinti işləri Gülşən Nəzərova tərəfindən dövlət orqanları tərəfindən mühafizə olunan obyektdən 400-500 metr məsafədə yerinə yetirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tikinti işlərinin aparılmaması mübahisələndirilən qərardada qeyd edilmişdir, eyni zamanda bu hal məhkəmə tədqiqatı zamanıda öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə qeyd edirki, iddiaçının həmin ərazidə göstərəcəyi fəaliyyətə nəzarəti digər müvafiq qurumlar həyata keçiriyi üçün, bu halların araşdırılmasını səlahiyyətli qurumlar həyata keçirməlidir. Azərbaycan Resdpublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0606 saylı qərarı əsassız olmaqla ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan, DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci iİ qeydiyyat tarixli (seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDR-dən çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsində “Tikinti işlərinin dayandırılması barədə” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0606 saylı qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, sahəsi 1.60 ha olan kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü sahibkarlıq olan, DƏDRX Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci iİ qeydiyyat tarixli (seriya MH N 0015062), ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış DƏDR-dən çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsində “Tikinti işlərinin dayandırılması barədə” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0606 saylı qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1763/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1763/2023
31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver