Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1764/2023 21.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü və X4 19 avqust 2022-ci il tarixli 34 saylı arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR-005/22 nömrəli arayışında, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/A/xx-xx/12073 nömrəli arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN-HR-018/22 nömrəli arayışında, "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışında, "xxxx" MMC tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli izahlı arayışda göstərilən dövrləri nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10514/2022 nörəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunun “Yayma ixtisası” üzrə tam kursunu bitirmişdir. Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrdə 22 may 1980-ci il tarixdən 05 noyabr 1980-ci il tarixədək X6 Metallurgiya zavodunun 2 nömrəli boru prokat sexində 3-cü kateqoriya üzrə boru kəsicisi və boru prokatı maşınına əl ilə işləyən yaymaçı vəzifəsində praktika keçmişdir. Sumqayıt Politexnik Texnikumunu bitirdikdən sonra 07 sentyabr 1981-ci il tarixdə Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun Boru Prokat sexinə soyuq boru kəsicisi vəzifəsinə təyin olunmuşdur. 09 oktyabr 1981-ci il tarixdə Sovet ordusu sıralarına hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad olunmuşdur. 23 oktyabr 1981-ci il tarixdən 01 dekabr 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olduqdan sonra 02 fevral 1984-cü il tarixdən 01 sentyabr 1985-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun 3 kateqoriyalı 4M-1 muftaların istehsalı üzrə EMAQ axın muftalarının bölməsində sexə soyuq boru kəsicisi vəzifəsində işləmişdir. 18 noyabr 1985-ci il tarixdən 10 iyul 1987-ci il tarixədək “Azneftkimyaquraşdırma” trestinin Sumqayıt montaj boşluqları zavodunda qazan qaynaq sexinə 3-cü dərəcəli çilingər quraşdırıcı, metalokonstruksiyaçı vəzifəsində işləmişdir. 29 iyul 1987-ci il tarixdən 20 aprel 1993-cü il tarixədək Azərbaycan SSR Bakı Yüngül Metal Konstuksiyaların Təcrübə zavodunda aşağı metalkonstruksiyaların quraşdırılması üzrə 4-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. 10 yanvar 1999-cu il tarixdən 25 dekabr 2001-ci il tarixədək Sumqayıt X2 Səhmdar Cəmiyyətində yığıcı çilingər vəzifəsində işləmişdir. 12 avqust 2002-ci il tarixdən 09 mart 2005-ci il tarixədək SDL Denholm Limited Şirkətinin filialında quraşdırıcı vəzifəsində işləmişdir. 08 mart 2005-ci il tarixdə AMEC Services LTD şirkətinə dəniz platformalarında Metal-Konstruksiya üzrə quraşdırım peşəsinə işə qəbul edilmiş, 14 dekabr 2006-cı il tarixdə Metal-Konstruksiya üzrə Baş usta peşəsinə, 13 yanvar 2008-ci il tarixdən Metal- Konstruksiya üzrə Nəzarətçi peşəsinə keçirilmişdir. 31 yanvar 2012-ci il tarixdə işdən azad edilmişdir. 01 fevral 2012-ci il tarixdən 30 sentyabr 2016-cı il tarixədək “AMEC MMC” şirkətinə dəniz platformalarında yerləşən iş sahəsinə Metal-Konstruksiya üzrə Nəzarətçi vəzifəsində işləmişdir. 17 aprel 2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixinədək “SDL NOBEL” şirkətində boru quraşdırıcısı, 02 mart 2020-ci il tarixinədək dənizdə boru quraşdırıcısı vəzifəsində işləmişdir. 02 mart 2020-ci il tarixindən "xxxx" Şirkətinin filialında boru quraşdırıcısı vəzifəsinə qəbul edilmiş və hal-hazırda da həmin şirkətdə işləyir. İddiaçı 01 sentyabr 1977-ci il tarixdən 01 mart 2022-ci il tarixədək 39 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. 2022-ci ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ərizəyə qanunvericiliyin tələblərinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının əslini, Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunu bitirməyini təsdiq edən Diplomun notariusda təsdiq edilmiş surətini, hərbi biletin 1,2-ci səhifələrinin notariusda təsdiq edilmiş surətini, güzəştli şərtlərlə pensiya hüququ verən arayışları əlavə etmişdir. Cavabdeh orqan 07 iyun 2022-ci il tarixli məktub ilə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Həmin imtina məktubu ona Azərpoçtun Sumqayıt Mərkəzi filialı tərəfindən 14 iyun 2022-ci il tarixdə rəsmi qaydada verilmişdir. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qənaətinə görə iddiaçının Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun 3 kateqoriyalı 4M-1 muftaların istehsalı üzrə EMAQ axın muftalarının bölməsi sexində soyuq boru kəsicisi vəzifəsində 02 fevral 1984-cü il tarixdən - 01 sentyabr 1985-ci il tarixədək işlədiyi dövr, SDL Denholm Limited Şirkətinin filialında 12 avqust 2002-ci il tarixdən - 09 mart 2005-ci il tarixədək quraşdırıcı vəzifəsində işlədiyi dövr, AMEC Services LTD şirkətində dəniz platformalarında 08 mart 2005-ci il tarixdən -14 dekabr 2006-cı il tarixədək Metal-Konstruksiya üzrə quraşdırıcı peşəsində işlədiyi dövr, 14 dekabr 2006-cı il tarixdən -13 yanvar 2008-ci il tarixədək Metal- Konstruksiya üzrə Baş Usta peşəsində işlədiyi dövr, “SDL NOBEL” şirkətində 17 aprel 2017-ci il tarixdən 02 mart 2020-ci il tarixinədək boru quraşdırıcısı peşəsində işlədiyi dövrlər hansı ki, 9 il 8 ay 3 gün təşkil edir, güzəştli şərtlərlə iş stajı sayılır. Hesab edilir ki, cavabdehin imtinası aşağıdakılara əsasən qanunazidd və əsassızdır. SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR-005/22 nömrəli arayışına əsasən iddiaçı 12 avqust 2002-ci il tarixdən 09 mart 2005-ci il tarixinə kimi SDL "xxxx" Şirkətinin filialında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən quraşdırıcı vəzifəsində çalışmış və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 6 ay 28 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmirbeton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdıncılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/A/xx-xx/12073 nömrəli arayışına əsasən iddiaçı 08 mart 2005-ci il tarixdə AMEC Services LTD şirkətinə dəniz platformalarında Metal-Konstruksiya üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, 14 dekabr 2006-cı il tarixdə Metal-Konstruksiya üzrə Baş Usta peşəsinə keçirilmiş, 13 yanvar 2008-ci il tarixdən Metal-Konstruksiya üzrə Nəzarətçi peşəsinə keçirilmiş və 31 yanvar 2012-ci il tarixdə işdən azad edilmişdir. Həmin arayışa əsasən iddiaçı 01 fevral 2012-ci il tarixdə “AMEC MMC” şirkətinə dəniz platformalarında yerləşən iş sahəsinə Metal-Konstruksiya üzrə Nəzarətçi peşəsinə işə qəbul edilmiş və 30 sentyabr 2016-cı il tarixdə işdən azad edilmişdir. AMEC Services LTD və “AMEC MMC” şirkətlərində həmin peşələr üzrə ümumi əmək stajı 11 il 06 ay 22 gün hesablanmışdır. Arayışa əsasən “AMEC MMC” AMEC Services LTD şirkətinin hüquqi varisidir. SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN-HR-018/22 nömrəli arayışına əsasən iddiaçı 17 aprel 2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixinədək “SDL NOBEL” şirkətində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən boru quraşdırıcısı (nəzarətçi), 30 aprel 2017-ci il tarixdən 02 mart 2020-ci il tarixinədək isə dənizdə boru quraşdırıcısı vəzifəsində çalışmış və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 10 ay 16 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışına əsasən o, 02 mart 2020-ci il tarixdən "xxxx" Şirkətinin filialında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən boru quraşdırıcısı vəzifəsində çalışır və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 01 ay 20 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. Beləliklə, göstərilən arayışlara əsasən, iddiaçı 01 sentyabr 1977-ci il tarixdən 01 mart 2022-ci il tarixədək 39 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. Beləliklə, iddiaçı 39 ildən çox ümumi iş stajına, 15 ildən çox güzəştli iş stajına malik olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçının 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü və X4 19 avqust 2022-ci il tarixli 34 saylı arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR-005/22 nömrəli arayışında, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/A/xxxx/12073 nömrəli arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN-HR-018/22 nömrəli arayışında, "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR- 012/22 nömrəli arayışında, "xxxx" MMC tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli izahlı arayışda göstərilən dövrləri nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı müdafiə edərək iddianının təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun işlədiyi boru quraşdırıcı nəzarətçi, quraşdırıcı, baş usta və nəzarətçi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olmadığı üçün güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İstinad olunan Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var idi. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İş materiallarına əsasən mübahisəli məqam iddiaçının işlədiyini iddia etdiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Eyni zamanda bildirilir ki, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/Aİ/xx-xx/12073 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2005-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "AMEC” MMC-də quraşdırıcı, baş usta, nəzarətçi vəzifələrində işləmişdir. Belə ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi əmək kitabçası və "Denholm Oylfield Services Limited” şirkətinin 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışına əsasən o, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətdə boru quraşdırıcı nəzarətçi vəzifəsində işləmişdir. İmtina məktubu aşağıda qeyd olunan səbəblərə görə əsaslıdır. 1-ci səbəb xx.xx.2005-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının dəniz platformalarında işlədiyi quraşdırıcı, baş usta, nəzarətçi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Belə ki, qeyd edilən vəzifələr sözügedən siyahının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində qazma bəndində nəzərdə tutulmamışdır. 2-ci səbəb isə iddiaçının işlədiyi boru quraşdırıcı nəzərətçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Göstərilənlərə əsasən iddiaçının güzəştli iş stajı 9 il 8 aydan ibarət olmaqla xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.2002-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2006xx.xx.2008-cı il, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrləri əhatə edir. Hazırki iş üzrə mübahisələndirilən dövrlər kimi xx.xx.2005-xx.xx.2016-cı il və xx.xx.2020xx.xx.2022-ci il tarixləri tarixləri arasındakı dövrlər müəyyən edimişdir. Əlavə olaraq iddiaçının ümumi iş stajı 30 il 9 ay 17 gündən ibarət olmaqla xx.xx.2006-cı il tarixinədək 14 il 11 ay 17 gün, xx.xx.2006-cı il tarixdən sonra isə 15 il 10 ay təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 228521,01 manat təşkil etmişdir. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğu üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. • İşdə olan ДТ-İ seriyalı 757241 nömrəi diplomun notarial təsdiq olunmuş surətinə əsasən iddiaçı 1977-ci ildə Sumqayıt Politexnik Teknikumuna daxil olmuş, 1981-ci ildə həmin texnikumun “txnik-metallurq” ixtisasını bitirmişdir. • İddiaçıya məxsus HЗ seriyalı, ******* nömrəli hərbi biletin notarial təsdiq olunmuş surətinə əsasən iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. • İddiaçıya məxsus БT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1980-ci illərdə, xx.xx.1981-xx.xx.1981-ci illərdə, xx.xx.1981-xx.xx.1983-cü illərdə (hərbi xidmət dövrü),xx.xx.1984-xx.xx.1985-ci illərdə, xx.xx.1985-xx.xx.1987-ci illərdə, xx.xx.1987-xx.xx.1993-cü illərdə, xx.xx.1999-xx.xx.2001ci illərdə, xx.xx.2002-xx.xx.2005-ci illərdə, xx.xx.2005-xx.xx.2012-ci illərdə, xx.xx.2012xx.xx.2016-cı illərdə, xx.xx.2017-xx.xx.2020-ci illərdə, xx.xx.2020-xx.xx.2022-ci illərdə əmək fəaliyyətilə məşğul olmuşdur. • SDL Denholm Limited şirkətinin xx.xx.2022-ci il tarixli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçı güzəştli şərtlə pensiya hüququ verən quraşdırıcı vəzifəsində xx.xx.2002-xx.xx.2005-ci il tarixlərdə (02 il 06 ay 28 gün) çalışmışdır. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. • "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/Aİ/xx-xx/12073 nömrəli arayışına əsasən iddiaçının xx.xx.2005-xx.xx.2016-cı il tarixlərdə (11 il, 06 ay, 22 gün) dəniz platformalarında metal-konstruksiya üzrə quraşdırıcı, baş usta və nəzarətçi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu maddəsinin birinci bəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. • SDL Nobel MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2017xx.xx.2020-ci illərdə (02 il, 10 ay, 16 gün) boru quraşdırıcı vəzifəsində çalışmışdır ki, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində nəzərdə tutulmuş vəzifə kodunda müəyyən edilmiş sahə və vəzifənin xüsusiyyətləri ilə eynidir. • Denholm Limited şirkətinin xx.xx.2022-ci il tarixli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən (02 il 01 ay 20 gün) boru quraşdırıcı vəzifəsində çalışır. Həmin vəzifə “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. • Cavabdeh orqanının xx.xx.2022-ci il tarixli **********9 nömrəli güzəştli şərtlərlə pensiya təyindatından imtina haqqında məktubuna əsasən iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması tövsiyə edilmşdir. • İş materiallarına iddiaçıya məxsus əmək kitabçasının tərcümə edilərək notarial qaydada təsdiqlənmiş surəti də əlavə edilmişdir. • "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 34 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1981-xx.xx.1981-ci illərdə, xx.xx.1984-xx.xx.1985-ci ilədək Boru yayma sexində soyuq boru kəsicisi vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-17968 şifri ilə güzəştli şərtlə pensiya almaq hüququ verir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq: İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta (və ya iş) stajının olmasından yaranmış olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin inzibati orqanın xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə ilkin olaraq iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, hazırki iş üzrə ümumi stajla bağlı cavabdeh orqanın heç bir mübahisəsi yoxdur. Belə ki, iş materiallarına əlavə olunmuş БT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1980-ci illərdə, xx.xx.1981-xx.xx.1981-ci illərdə, xx.xx.1984xx.xx.1985-ci illərdə, xx.xx.1985-xx.xx.1987-ci illərdə, xx.xx.1987-xx.xx.1993-cü illərdə, xx.xx.1999-xx.xx.2001-ci illərdə, xx.xx.2002-xx.xx.2005-ci illərdə, xx.xx.2005xx.xx.2012-ci illərdə, xx.xx.2012-xx.xx.2016-cı illərdə, xx.xx.2017-xx.xx.2020-ci illərdə, xx.xx.2020-xx.xx.2022-ci illərdə əmək fəaliyyətilə məşğul olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan əlavə iddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) Sığortaolunanın sığorta stajına daxil edilir (maddə 21.2.11). Habelə, iddiaçı xx.xx.1977-xx.xx.1981-ci illərdə Sumqayıt Politexnik Teknikumunda təhsil almışdır ki, qanunvericilik həmin müddəti də iş stajı kimi qəbul etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 67-ci maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Beləliklə, iddiaçının ümumi iş stajının 37 il, 05 ay, 05 gün olması iş materialları ilə təsdiq olunmuşdur. İddiaçının güzəştli stajı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, işdə olan SDL Denholm Limited şirkətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı güzəştli şərtlə pensiya hüququ verən quraşdırıcı vəzifəsində xx.xx.2002-xx.xx.2005-ci il tarixlərdə (02 il 06 ay 28 gün) çalışmışdır. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir (23-cü abzas). Bundan başqa "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/Aİ/xx-xx/12073 nömrəli arayışına əsasən iddiaçının xx.xx.2005-xx.xx.2016-cı il tarixlərdə (11 il, 06 ay, 22 gün) dəniz platformalarında metal-konstruksiya üzrə quraşdırıcı, baş usta və nəzarətçi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu maddəsinin birinci bəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. Həmçinin, SDL Nobel MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2017-xx.xx.2020-ci illərdə (02 il, 10 ay, 16 gün) boru quraşdırıcı vəzifəsində çalışmışdır ki, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində nəzərdə tutulmuş vəzifə kodunda müəyyən edilmiş sahə və vəzifənin xüsusiyyətləri ilə eynidir. Denholm Limited şirkətinin xx.xx.2022-ci il tarixli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən (02 il 01 ay 20 gün) boru quraşdırıcı vəzifəsində çalışır. Həmin vəzifə “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Göründüyü kimi, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında ümumi iş stajına malik olması, habelə müəssisə tərəfindən verilən arayışda güzəştli iş stajına malik olması təsdiqlənmişdir. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə hesab edir ki, həqiqətə uyğun olmadığını ehtiva etmədiyi halda müvafiq arayışın məqbul hesab edilməməsi vətəndaşın sosial təminat hüququnun pozulmasına səbəb olar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması, azı 25 il iş stajının olması və bu müddətin 12 il 06 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. İddiaçının pensiya kapitalı ilə bağlı isə məhkəmə qeyd edir ki, cavabdeh orqanın hər hansı bir mübahisəsi olmamışdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçının 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü və X4 19 avqust 2022-ci il tarixli 34 saylı arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR- 005/22 nömrəli arayışında, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/A/xx-xx/12073 nömrəli arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN-HR-018/22 nömrəli arayışında, "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışında, "xxxx" MMC tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli izahlı arayışda göstərilən dövrləri nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev