Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1764/2025 20.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “121 nömrəli bağçılıq kitabçasına əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 121 nömrəli bağçılıq kitabçasına əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdehin imtina məktubu aşağıdakı məzmundadır: Aparılan araşdırmalar zamanı torpaq sahəsinin ayrılmasına dair sənədin hazırkı müraciət üzrə əlavə edilmədiyi aşkar edilmişdir . Belə ki, müraciət üzrə əlavə edilmiş bağçılıq kitabçasında hüquq sahibi kimi mərhum X12 qeyd edilsə də arxiv arayışında mərhum İsayev Əvəz oğlu qeyd edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən edilmişdir. Hüquq sahibinə bağ sahəsinin ayrılması barədə arxiv əsaslarında saxlanılan adlı siyahıda sözügedən bağ sahəsinə dair məlumatlar aşkar edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilir. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Arxiv İdarəsinin X7 ünvanlanan xx.xx.2011-ci il İş№-1 199 saylı Arxiv arayışı aşağıdakı məzmundadır: Abşeron Rayon XDS İcaraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150 saylı qərarı ilə “Abşeron bağ təsərrüfatını qaydaya salmaq və daha da inkişaf etdirmək haqqında” Azərbaycan KP MK-nın 25 may 1988-ci il tarixli qərarı ilə əlaqədar olaraq rayonun bir sıra idarə, müəssə və təşkilatında kollektiv bağçılıq-yoldaşlıq şirkətləri yaradılmışdır. Əmək kollektivlərinin arzusunu və razılığını nəzərə alaraq işçilərinin sayı 30 nəfərdən az olan bir neçə idarə və müəssisə kollektivlərinin bir şirkətdə birləşməsinə icazə verilmişdir. Abşeron rayonun idarə, müəssisə və təşkilatlarında 900 nəfər fəhlə və qulluqçunun birləşdirən 6 bağçılıq-yoldaşlıq o cümlədən "Veteran", “Badam”, “Maarif”, “Təbib", "Qələbə” və " Abşeron" şirkətləri təşkil olunmuşdur ..." Veteran” şirkətinə 0 nəfərə . “ Badam” şirkətinə 345 nəfərə. “ Maarif şirkətinə 220 nəfərə. “Təbib" şirkətinə 112 nəfərə . "Qələbə" şirkətinə 97 nəfərə və “ Abşeron şirkətinə 122 nəfərə cəmi 900 nəfərin hər birinə 500 kv.m olmaqla bağ sahəsi ayrılmışdır. Lakin həmin qərara 900 nəfərin siyahısı daxil edilməmişdir. Ancaq göstərilən qərara bəzi idarə, müəssisə və təşkilatların Həmkarlar komitələri ümumi yığıncaqlarının protokollarından çıxarışlar əlavə edilmişdir. Həmin iclas protokollarında təşkilat üçün ayrılmış bağ torpaq sahəsi alacaq şəxslərin siyahısı göstərilmişdir. O cümlədən, imza və möhürlə təsdiq edilmiş Xırdalan qəsəbə 2 №-li orta məktəb Həmkarlar İttifaqı Komitəsinin 13 №-li iclas protokolunda torpaq alacaq şəxslərin siyahısında İsayev İsa-121- sözləri yazılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 52 saylı Notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə ünvanladığı 02 oktyabr iş №1386/2019 saylı məktubu aşağıdakı məzmundadır. X1 və İddiaçı Qanun üzrə X9 Şəhadətnamənin alınması ilə bağlı müraciətinə əsasən xx.xx.2012-ci il tarixdə X4 miras qalmış Novxxanı Ərazisi 121 saylı sahə ünvanında yerləşən 00 kv/m torpaq sahəsinə dair vərəsəlik işi açılmışdır. Təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X8 və İddiaçı miiras qəbul etmiş vərəsələrdir. Həmçinin miras qalmış əmlak Novxanı Sovxozu Ərazisi 121 saylı sahə ünvanında yerləşən 500 kv/m torpaq sahəsi miras qalmışdır. Lakin, qeyd edilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeyd olunanlarla bağlı daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə miras qoyan X6 hüquqları Daşınmaz Əmlakın Dövlət reyistrində qeydiyyata alınmadığından “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci və yuxarıda qeyd edilən təlimatın 5.1-1 maddəsinin tələbinə uyğun olaraq mərhum X4 miras qalmış Novxanı Sovxozu Ərazisi 121 saylı sahə ünvanında yerləşən 500 kv/m torpaq sahəsinə dair miras qoyanın adma daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sorğunu təqdim edən şəxs vasitəsilə verilməsini xahiş edirlər. Azərbaycan Respublikasının 13 avqust 2012-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməsi aşağıdakı məzmundadır. xx.xx.2012-ci ildə vəfat etmiş X6 vərəsələri bunlardır: Sumqayıt şəhəri, 6-cı mkr.. ev 16A, mənzil 7 -də qeydiyyatda olanlar: arvadı- X10; oğlu-İddiaçıdur və onların hər birisi mira əmlakdan ½ hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak AR Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx.xx.1994cü il tarixli, 14 nömrəli reyestr kitabının 12366 İnventar iş nömrəsi ilə verilmiş qeydiyyat vəsiqəsinə əsasən və AR ƏMDK Yanında DƏDRX-nın Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 14/3609 nömrəli arayışa əsasən Sumqayıt şəhəri, 6-cı mkr., ev 16 A-da yerləşən ümumi sahəsi 61.6 kv.m. o cümlədən yaşayış sahəsi 40.33 kv.m.. yardımçı sahəsi 2.3 kv.m. olan üç otaqlı nömrəli mənzildən və SSRİ əmanət Bankının 0193 saylı filalındakı 9856 nömrəli hesabda olan əmanətdən ibarətdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İmtina qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən torpaq sahəsinin mərhum X7 ayrılmasına dair sənədin müraciətə əlavə edilmədiyi, belə ki, müraciət üzrə əlavə edilmiş bağçılıq kitabçasında hüquq sahibi kimi X12 qeyd edilsə də, arxiv arayışında X18 qeyd edildiyi; hüquq sahibinə bağ sahəsinin ayrılması barədə arxiv əsaslarında saxlanılan adlı siyahıda hüquq sahibinə dair məlumatların aşkar edilmədiyi; müraciət üzrə əlavə edilmiş Abşeron Rayon Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. X5 və X19 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli F-1199 saylı arayışında qeyd edilmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli. 150 saylı qərarı ilə «Abşeronda bağ təsərrüfatını qaydaya salmaq və daha da inkişaf etdirmək haqqında» Azərbaycan KP MK-nın 25 may 1988-ci il tarixli qərarı ilə əlaqədar olaraq rayonun bir sıra idarə, müəssisə və təşkilatında kollekth bağçılıq- yoldaşlıq şirkətləri yaradılmışdır. Əmək kollektivlərinin arzusunu və razılığını nəzərə alaraq işçilərinin sayı 30 nəfərdən az olan bir neçə idarə və müəssisə kollektivlərinin bir şirkətdə birləşməsinə icazə verilmişdir. Abşeron rayonunun idarə, müəssisə və təşkilatlarında 900 nələr fəhlə və qulluqçunu birləşdirən 6 bağçılıq-yoldaşlıq o cümlədən «Veteran». «Badam», «Maarif», «Təbib». «Qələbə» və «Abşeron» şirkətləri təşkil olunmuşdur...”Veteran” şirkətinə 30 nəfərə, "Badam” şirkətinə 345 nəfərə, “Maarif” şirkətinə 220 nəfərə, “Təbib" şirkətinə 112 nəfərə, “Qələbə” şirkətinə 97 nəfərə və “Abşeron” şirkətinə 122 nəfərə cəmi 900 nəfərin hər birinə 500 kv.m olmaqla bağ sahəsi ayrılmışdır. Lakin həmin qərara 900 nəfərin siyahısı daxil edilməmişdir. Ancaq göstərilən qərara bəzi idarə, müəssisə və təşkilatların Həmkarlar komitələri ümumi yığıncaqlarının protokollarından çıxarışlar əlavə edilmişdir. Həmin iclas protokollarında təşkilat üçün ayrılmış bağ torpaq sahəsi alacaq şəxslərin siyahısı göstərilmişdir. O cümlədən imza və möhürlə təsdiq edilmiş Xırdalan qəsəbə 2 №»li orta məktəb Həmkarlar İttifaqı Komitəsinin 13 №-li iclas protokolunda torpaq alacaq şəxslərin siyahısında İsaev İsa - 121- sözləri yazılmışdır. X14 Abşeron rayon bağçılıq-yoldaşlıq birliyinə ünvanlanmış bağ sahəsinin X6 adına keçirilməsinə dair ərizəsinin surəti iş materiallarına əlavə edilmişdir. AN-İ № ******* saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2012-ci ildə vəfat etmiş X6 vərəsələrinin siyahısına daxildir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X14 və X6 adına ünvan 3 ünvanında yerləşən 500 kv.m torpaq sahəsinə dair 4 saylı Abşeron Ərazi idarəsinin natamam elektron bağ siyahısında məlumat aşkar edilməmişdir. Eyni zamanda “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi’in arxivində aparılmış araşdırma zamanı Abşeron rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli F-1199 saylı arxiv arayışı, eləcə də X14 Novxanı Sovxozu ərazisində 121 saylı sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsini mərhum X6 adına keçirilməsinə etiraz etmədiyinə dair ərizə və bununla əlaqəli sənədlər aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon XDS İK-nın 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarına məxsus adlı siyahıda vətəndaş X6 adı aşkar edilməmişdir. Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon XDS İK-nın 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarına məxsus adlı siyahıda vətəndaş İsayev İsanın adı (76-cı sırada 121saylı sahə olaraq) qeyd edilmişdir. Abşeron Rayon XDS İK-nın 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarına məxsus siyahıda 121 saylı sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsi vətəndaş İsayev İsanın adınadır. X14 Novxanı sovxozunda 121 saylı sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsini mərhum X6 adına keçirilməsinə dair ərizə və ya hər hansı sənəd aşkarlanmamışdır. X6 bağçılıq cəmiyyətinə üzv qəbul edilməsinə dair protokol aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2- 15057/2024 saylı məktubunda qeyd edilmişdir ki, X14 və X6 adına ünvan 3 ünvanında yerləşən 500 kv.m torpaq sahəsinə dair 4 saylı Abşeron Ərazi idarəsinin natamam elektron bağ siyahısında məlumat aşkar edilməmişdir. Eyni zamanda “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”in arxivində aparılmış araşdırma zamanı Abşeron rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli F-1199 saylı arxiv arayışı, eləcə də X14 Novxanı Sovxozu ərazisində 121 saylı sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsini mərhum X6 adına keçirilməsinə etiraz etmədiyinə dair ərizə və bununla əlaqəli sənədlər aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi daş hasar daxilində yerləşir. Sənəd üzrə 0.05 ha, faktiki 0.0536 ha olduğu qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 121 nömrəli bağçılıq kitabçasına əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən torpaq sahəsinin mərhum X7 ayrılmasına dair sənədin müraciətə əlavə edilmədiyi, belə ki, müraciət üzrə əlavə edilmiş bağçılıq kitabçasında hüquq sahibi kimi X12 qeyd edilsə də, arxiv arayışında X18 qeyd edildiyi; hüquq sahibinə bağ sahəsinin ayrılması barədə arxiv əsaslarında saxlanılan adlı siyahıda hüquq sahibinə dair məlumatların aşkar edilmədiyi; müraciət üzrə əlavə edilmiş Abşeron Rayon Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon XDS İK-nın 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarına məxsus adlı siyahıda vətəndaş İsayev İsanın adının (76-cı sırada 121saylı sahə olaraq) qeyd edildiyi müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-15057/2024 saylı məktubunda qeyd edilmişdir ki, X14 və X6 adına ünvan 3 ünvanında yerləşən 500 kv.m torpaq sahəsinə dair 4 saylı Abşeron Ərazi idarəsinin natamam elektron bağ siyahısında məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən X6 adına verilmiş 24 sentyabr 1993-cü il tarixli Maarif bağçılıqyoldaşlıq təsərrüfatının üzvlük kitabçası təqdim edilmişdir. Qeyd edilən bağçının üzvlük kitabçasından X6 bağçılıq cəmiyyətinə qəbul edilməsinə əsas kimi 22 sentyabr 1993-cü il tarixli, №1/2 3183 saylı protokol qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı qeyd edilən 22 sentyabr 1993-cü il tarixli, №1/2 3183 saylı protokolun və elektron bağ sahələrinin siyahısında 121 saylı bağ sahəsinin arxiv məlumatlarının əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-15057/2024 saylı məktubunda və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-8454/2025 saylı məktubunda ünvan 5 ünvanında yerləşən 500 kv. metr torpaq sahəsinə dair natamam elektron bağ siyahısında məlumat aşkar edilməmişdir. Eyni zamanda “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”in arxivində aparılmış araşdırma zamanı Abşeron rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli F-1199 saylı arxiv arayışı, eləcə də X14 Novxanı Sovxozu ərazisində 121 saylı sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsini mərhum X6 adına keçirilməsinə etiraz etmədiyinə dair ərizə və bununla əlaqəli sənədlər aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, arxiv məlumatlarının saxlanılmaması və qeyd edilən bağ sahəsinə dair natamam elektron bağ siyahısında məlumatların aşkar edilməməsi iddiaçının gözlənilən hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir, belə ki, X6 adına bağçının üzvlük kitabçasının əsli mövcuddur. İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, iddia edilən torpaq sahəsi daş hasar daxilində yerləşir, torpaq sahəsinin daxilində 1 ədəd tikili mövcuddur, sahəsinin sənəd üzrə 0.05 ha, faktiki 0.0536 ha olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 121 nömrəli (Maarif b/y) bağçılıq kitabçasına əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1764/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1764/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver