Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1765/2022 22.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X17 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis şöbəsinə qarşı “X4, X7, X5, X8 və X9 ünvan 1 ünvanında olan mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, X4, X7, X5, X8 və X9 ünvan 1 ünvanında olan mənzil üzrə qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 16 aprel 2022-ci il tarixli, 183-4197A-3222 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. X12, X19, X13, X20 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, xx xxxx 1973-cü il tarixdə Siyəzən rayonun Siyəzən şəhərində doğulmuşdur. Hazırda valideynlərinə məxsus olan, Siyəzən şəhəri, B. Səfəroğlu küçəsi ev 9-da qeydiyyatda olmaqla,həmin mənzildə yaşayır. 12 oktyabr 2021-ci il tarixdə Siyəzən şəhər sakini X3 mülkiyyət hüququ ilə məxsus olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 28,8 kv/m olan fərdi yaşayış evini notarial qaydada alqı-satqı müqviləsi ilə almaqla həmin məzilə mülkiyyət hüququnun dövlət tərəfindən tanınması barədə ********** nömrəli, xx.xx.2021- ci il tarixli ÇİXARİŞ almışdır. Bu mənzili alan zaman orada qeydiyyatda olanlar X21, X14 bu alqı-satqıya razılıq verməklə, 22 oktyabr 2021-ci il tarixə kimi həmin mənzildən qeydiyyatdan çıxmaq barədə müqavilə üzrə öhdəlik gotürsələrdə bu günə kimi mülkiyyət hüququ ilə mənə məxsus olan mənzildən qeydiyyatdan çıxmayıblar. Bu səbəbdən də cavabdehlərin müqavilə üzrə öhdəliklərinə əməl etməklə evindən qeydiyyatdan çıxarılması üçün Siyəzən Rayon Polis Şöbəsinə yazıb ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq verilmiş 16 aprel 2022-ci il tarixli, 1 83-41 97A-3222 №li, cavab məktubunda göstərilir ki, " Məlumat üçün bildiririk ki, vətəndaşların qeydiyyata düşməsi və ya çıxması Qeydiyyat və X18, könüllük prinsipləri ilə həyata keçirilir. Adı göstərilən vətəndaşın göstərilən: ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki məsələ kimi baxılması üçün məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur". Cavabdehlərin iddiaçıya mülkiyyət hüquqi ilə məxsus olan mənzildə qeydiyyatda olması formal xarakter daşıyır-və faktiki vəziyyəti əks etdirmir. Eyni zamanda bildirir ki, cavabdehlərin hal-hazırda həmin yaşayış evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan, həmin evdə yaşamayan şəxs kimi qeydiyyatdan çıxarılması və mənzildən istifadə hüququna xitam verilməsini tələb etmək mülkiyyətçi kimi onun həmin əmlaka dair qanundan irəli gələn sərəncam hüququnun tərkib hissəsidir. Ona görə də məcbur olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 12 oktyabr 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X10 tərəfindən İddiaçı satılmışdır. Notarial qaydada təsdiq edilmiş **********880, **********878, **********876, **********874 saylı ərizələrə müvafiq olaraq X19, X12, X15, X1 Növrəstə Əmrulla qızına məxsus ünvan 3 ünvanında fərdi yaşayış evinin və 0.0322 ha torpaq sahəsinin satılmasına etiraz etmədiklərini, müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdələrinə götürdüklərini bildirmişdirlər. Reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Qonşular Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib və təsdiq edilmiş 20 iyun 2022-ci il tarixli Akta qeyd edilir ki, 01 yanvar 1947-ci il təvəllüdlü X14, 07 may 1975-ci il təvəllüdlü X21, 03 may 2006-cı il təvəllüdlü X16, 26 iyun 2007-ci il təvəllüdlü X22, 30 yanvar 2011-ci il təvəllüdlü X2 şəhəri, F.Bayramov küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olsalar da həmin yaşayış sahəsində faktiki yaşamırlar və həmin mənzildən istifadə hüququ olmayan şəxslərdir. Üçüncü şəxslər hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Üçüncü şəxslərin iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. X23 azyaşlı olduğuna görə bu şəxsin yaşayış yeri onun qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X4, X7, X5, X8 və X9 ünvan 1 ünvanında olan mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Siyəzən rayon Polis Şöbəsinin üzərinə vəzifə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4, X7, X5, X8 və X9 ünvan 1 ünvanında olan mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Siyəzən rayon Polis Şöbəsinin üzərinə qoyulmalıdır. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev