Məhkəmə qərarları › İş №2-1(118)-1765/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1765/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1765/2023 11.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X62 Ramiz qızının katibliyi ilə İddiaçı (Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi ev 28-də yaşayan ) iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis idarəsinə qarşı X42 və qeyrilərinin Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evində olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Polis idarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X42 və qeyrilərinin onun mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evində olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia təələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon Polis idarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsini əsl cavabdeh Abşeron rayon Polis İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X79, X53, X115, X31, Mirədiyev Talib Mirəziz oğlu, X93, X14, X54, X55, X121, X102, X43, X70, X32, X6 Seidağa Mirəziz oğlu, X34, X24, X56, X57, X44, X1 Seyidəli Mirəziz oğlu, X58, X26, X15, X35, X36, X2 Gülxar İslaməli qızı, X37, X5, X94, X8 Nazlı Rahib qızı, X105, X9 Qızbacı Ramil qızı, X60, X10, X11, X117, X46, X71, Mirədiyev Mirnəbi Talib oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mtilkiyyətindədir. O, sözügedən fərdi yaşayış evi 13 sentyabr 2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satın almışdır. Qeydiyyatda olanların evin keçmiş paylı mülkiyyətçiləri X27, Mirədiyev Talib Mirəziz oğlu, və Mirədiyev Mirnəbi Talib oğlu ilə heç bir qohumluluq əlaqəsi yoxdur və onları tanımır, (Mirədiyev soyadında olanlar istisna olmaqla) onların Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində yerləşən 28 saylı tərdi yaşayış evinə qeydiyyata düşmələrindən xəbərsiz olmuşlar. Belə ki, X79, X53, X115, X47, Mirədiyev Talib Mirəziz oğlu, X93, X17, X54, X55, X121, X102, X43, X70, X32, X103, X18, X38, X39, X56, X61, X44, X7, X28, X58, X29, X19, X35, X36, X20, X45, X40, X4, X94, X95, X104, X105, X116, X59, X60, X12, X13, X117. X48, X71, Mirədiyev Mirnəbi Talib oğlu, faktiki olaraq qeyd olunan ünvanda yaşamırlar və qeydiyyatda olmaları formal xarakter daşıyır. Satıcı Mirədiyev Talib Mirəziz oğlu özü və yaxınlarının alqı-satqı müqaviləsindən də göründüyü kimi xx.xx.2022-ci il tarixədək qeydiyyatdan çıxmalarını öhdələrinə götürsələr də, öhdəliyi vaxtında yerinə yetirməmişlər. X3, Mirədiyev Talib Mirəziz oğlu və Mirədiyev Mirnəbi Talib oğlu iddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatda olan öz soyadlarında olanlar istisna olmaqla o biriləri tanımırlar və onların həmin evə qeydiyyata düşmələrindən xəbərsiz olduqlarını bildirmişlər. Sonuncuların təqsiri üzündən qanuni mülkiyyətçi kimi mübahisələndirilən fərdi yaşayış evinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarının ciddi surətdə pozulması deməkdir. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - AN-İ № ******* seriyalı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi ev 28 Mirədiyev Talib Mirəziz oğlu və qeyriləri tərəfindən İddiaçı satılmışdır. - **********99-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi ev 28 İddiaçı mülkiyyətindədir. - DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X79, X53, X115, X31, Mirədiyev Talib Mirəziz oğlu, X93, X14, X54, X55, X121, X102, X43, X70, X32, X6 Seidağa Mirəziz oğlu, X34, X24, X56, X57, X44, X1 Seyidəli Mirəziz oğlu, X58, X26, X15, X35, X36, X2 Gülxar İslaməli qızı, X37, X5, X94, X8 Nazlı Rahib qızı, X105, X9 Qızbacı Ramil qızı, X60, X10, X11, X117, X46, X71, Mirədiyev Mirnəbi Talib oğlu Sumqayıt şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində yerləşən 28 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında müraciəti edilməsi övsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan evdən üçüncü şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, üçüncü şəxslər iddiaçı ilə əvvəlki mülkiyyətçi arasında alqı-satqı müqaviləsinin bağlanmasından əvvəl qeydiyyata düşmüşlər. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X79, X53, X115, X31, Mirədiyev Talib Mirəziz oğlu, X93, X14, X54, X55, X121, X102, X43, X70, X32, X6 Seidağa Mirəziz oğlu, X34, X24, X56, X57, X44, X1 Seyidəli Mirəziz oğlu, X58, X26, X15, X35, X36, X2 Gülxar İslaməli qızı, X37, X5, X94, X8 Nazlı Rahib qızı, X105, X9 Qızbacı Ramil qızı, X60, X10, X11, X117, X46, X71, Mirədiyev Mirnəbi Talib oğlunun İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar