Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1766/2021 24.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, Məhkəmə iclasının katibi Qafarova Ülviyyə Şəmşir qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş İddiaçı soyadı “Qəzvinizadə”dən “Qəzvini”yə dəyişdirilməsi və bu barədə müvafiq qeydiyyatın aparılmasının cavabdehə həvalə edilməsi barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqyaıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş İddiaçı soyadı “Qəzvinizadə”dən “Qəzvini”yə dəyişdirilməsi və bu barədə müvafiq qeydiyyatın aparılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ailə həyatı qırduqdan sonra əri X1 qəbul edərək, “Şükürova” soyadı “Qəzvinizadə” soyadı ilə əvəz edilmişdir. Soyadının sonluğunun “zadə” olması onun müəyyən çətinliklərlə üzləşməsinə səbəb olur. Belə ki, bəzi sənədlərdə texniki səhv olaraq “zadə” sonluğu düzgün göstərilmir və ya tərcümə edilmir. Ümumiyyətlə, soyadının “Qəzvinizadə” səslənməsi dilinə yatmır. Həmçinin artıq xeyli müddətdir ki, tanışları, həmçinin qohumları onu “Qəzvini” deyərək çağrırlar. “Qəzvinizadə” soyadı sanki ona uğursuzluq gətirir. Bu səbəbdən o, 11.08.2021 -ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək soyadının “Qəzvinizadə”dən “Qəzvini”yə dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan Sumqayıt şəhər qeydiyyat şöbəsi 11 avqust 2021 -ci il tarixli 05/Q-2324/15 saylı məktubu ilə müraciətini təmin etməmişdir. İmtina məktubunda göstərilmişdir ki, soyadın və adın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Hesab edirik ki, cavabdeh təşkilatın imtina məktubu əsassızdır. Belə ki, məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, o, əvvəllər nə soyadını, nə də adını dəyişməmişdir. İlk dəfə olaraq 11 avqust 2021-ci il tarixdə soyadının “Qəzvinizadə”dən “Qəzvini”yə dəyişdirilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştiak etməməsinin üzürlü hesab olunmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etmiş və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş : - АЗ № ******* seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx xxxxxx 1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, valideynlərinin soyadı müvafiq olaraq “Şükürov” və “Şükürova” olmuşdur. - V- ЖГ № 484494 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Şükürova İddiaçı Əlirza Hüseynağa oğlu ilə 18.01.1992-ci ildə rəsmi nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir. - Məhkəmənin sorğusuna əsasən Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 15.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı məhkumluğu və axtarışda olması barədə DİN-in BƏSİİ–in məlumat bazasında məlumat qeydə alınmamışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd nəzarəti tərəfindən verilmiş 30.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət qoyulmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə vətəndaşlara 18 yaşına çatdıqdan sonra oz adlarını, soyadlarını və ata adlarını dəyişməsi huququ verilsə də, adın, ata adının, habelə soyadın novbəti dəfə dəyişdirilməsi məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nomrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cu bəndində adın novbəti dəfə dəyişdirilməsi muəyyən hallar istisna olmaqla qadağan edilmiş və istisna edilən hallar həmin Qaydaların 6.24-6.28-ci maddələri ilə əhatə olunmuşdur. Həmin Qaydaların 6.3-cu bəndində qeyd olunmuşdur ki, adın, ata adının və soyadın novbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində muəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın oz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına catmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına catanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların ozləri bu barədə muraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına catmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına catmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa gorə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına catmış ovladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına catmayan, istərsə də yetkinlik yaşına catmış ovladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun ucun yetkinlik yaşına catmış ovladların ərizəsi tələb olunmur. Ovladlığa goturənlər ovladlığa goturulənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına catan və catmayan ovladlığa goturulənlərin doğum haqqında akt qeydlərində, ovladlığa goturmə haqqında akt qeydində, eləcə də atalığın muəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Qeyd olunan huquq normalarının mənasından gorunduyu kimi, adın, ata adının və soyadın novbəti dəfə dəyişdirilməsinə yol verilən hallar sozugedən qaydalarda imperativ olaraq oz əksini tapmışdır. Lakin hazırki işdə iddiacının soyadının novbəti dəfə dəyişilməsi üçün həmin hallardan hər hansı birinin movcudluğu müəyyən olunmur. Məhkəmə araşdırması zamanı İddiaçı soyadının təkrar dəyişdirilməsi ilə bağlı ohdəliyin qanunla cavabdeh inzibati orqanın uzərinə qoyulmasına dair halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesdab edir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin ediməlsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1766/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1766/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver