Məhkəmə qərarları › İş №2-1(118)-1769/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1769/2022

29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1769/2022 29.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o N992-ci ildə Xaçmaz rayon Hərbi Komissarlığı vasitəsilə hərbi səfərbərliyə çağırılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N9 №-li əmrilə V taborun siyahısına salınaraq, bütün müavinətlərlə təmin olunmuşdur (Arxiv Arayışı, xx.xx.202N). Sonradan N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-İi əmrilə hərbi hissənin tərkibinə daxil edilərək, bütün növ müavinətlərlə təmin olunmuşdur (Arxiv Arayışı, xx.xx.202N). N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 26 №-li əmri ilə 6-cı MAT-nin qulluqçusu İddiaçı ailə vəziyyətilə əlaqədar qısa müddətli məzuniyyətə buraxılmışdır (Arxiv Arayışı, xx.xx.202N). “Pereküşkül” Şəxsi Heyətin qəbulu və hazırlığı məntəqəsindən gəlmiş N970-ci il təvəllüdlü sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq, baş qumbaraatan köməkçisi vəzifəsinə təyin edilməsi barədə məlumat vardır (Arxiv Arayışı, xx.xx.202N). İddiaçı Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli əmrinə müvafiq olaraq silahlı qüvvələr sırasından ehtiyata tərxis olunduğuna görə N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 35 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatdan çıxarılaraq, qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmişdir (Arxiv Arayışı, N9.02.2Ö2N). Beləliklə o bu hərbi hissələrin tərkibində Ağdam, Laçın və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, hətta kontuziya almış və ağır eşidir, qulaqlarında karlaşma gedir. O sənədlərini “Veteran adının və Müvafiq vəsiqənin Verilməsi Komissiyası”na göndərərək, ona veteran adının verilməsini xahiş etmişdir. Lakin xx.xx.202N-cİ il tarixli 763 №-li Komissiyanın Protokoluna əsasən barəsində müsbət qərar qəbul edilməmişdir. Belə ki. Arxivin xx.xx.202N-ci il tarixli Arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xx.xx.N994-cü il tarixdə N №-li hərbi hissəni özbaşına tərk etmişdir və buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 7N6 №-li Qərarı ilə təsdiq edilmiş əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının verilməsindən imtina olunub. Lakin o hərbi hissəni özbaşına tərk etməmişdir. Belə ki, Arxiv Arayışında göstərilmişdir ki, guya hərbi hissəni özbaşına tərk edənlərin siyahısında onun da adı var. Əgər o hərbi hissəni özbaşına tərk etsəydi, onun barəsində Hərbi Prokurorluqda cinayət işi və ya hər hansı bir təqsirləndirici material olmuş olardı. O bu barədə Azərbaycan Respublikası Həbi Prokurorluğuna müraciət etmiş və xx.xx.2022-ci il tarixdə Hərbi Prokurorluğun cavabında N noyabr N992-ci il tarixdən xx.xx.N996-cı il tarixə kimi 706, N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işinin və ya təqsirləndirici materialların olması barədə məlumat aşkar edilməməsi göstərilmişdir. Bu məktubla birlikdə sənədlərini yenidən “Veteran adının və Müvafiq vəsiqənin Verilməsi Komissiyasına göndərmişdir. Lakin xx.xx.2022-ci il tarixli 4/3-3696 №-li Məktubla yenə də sənədləri qaytarılmaqla, komissiya Müharibə veteranı adının verilməsindən imtina etmişdir. Hesab edir ki, komissiyanın qərarı qanunsuz və əsassızdır. Sübuta yetmir. Prokurorluğun arayışı ilə təkzib olunur. "Veteran haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə AR Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanın N.3-cü bəndində AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və buna uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Lakin Müdafiə Nazirliyinin nəzdində “Veteran adının və müvafiq vəsiqənin verilməsi Komissiyası” Qərarın bu tələbini ona qarşı kobud surətdə pozmuşdur. N992-ci ildən N996-cı ilə kimi o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə iştirak etmişdir. Bütün arxiv arayışı, sənədlər və Hərbi Prokurorluğun arayışı ilə bu tam sübuta yetirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının iddia tələbi əsasız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmin Qərara dəyişiklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 №-li Qərarına əsasən” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yanmbəndində “hərbi biletlər”sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarinda olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N9 fevral 202N-ci il tarixli 9/2-N429 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, N992ci ildə Xaçmaz rayon Hərbi Komissarlığından hərbi səfərbərliyə çağırılmış və N nömrəli hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli N9 nömrəli əmrilə V taborun siyahısına salınaraq, bütün müavinətlərdən təmin olunmuşdur. Müdafiə Nazirliyinin Arxiv Arayışına əsasən iddiaçı 4 may N994-cü il tarixdə N nömrəli hərbi hissəni özbaşına tərk etmişdir. İddiaçı N may N994-cü il tarixdə N saylı hərbi hissəni tərk etdikdən sonra hərbi hissədə hərbi xidmətini davam etməsi könüllü olmamışdır. İddiaçı hərbi xidmətini davam etdirmək üçün N7 nömrəli (“Pereküşkül” təkrar qəbul və hazırlıq məntəqəsinə məcburi qaydada gətirilmiş və başqa bir hərbi hissənin tərkibinə xidmətini davam etməsi barədə N nömrəli hərbi hissə komandirinin N fevral N995-ci il tarixli 56 nömrəli əmrilə təkrar olaraq şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş qumbaraaitan köməkçisi vəzifəsinə təyin edilmişdir. İddiaçının N may N994-cü il tarixdən N fevral N995-ci il tarixədək hansı hərbi hissənin tərkibində xidmət etməsi barədə arxivdə məlumat aşkar edilməmişdir, həmçinin bu barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı xidmət yerini tərk etməsi qüvvədə olan Veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini birbaşa istisna edir. İddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması sübut olunsa da, Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş və məcburi qaydada təkrar olaraq "Pereküşkül” şəxsi Heyətin qəbulu və hazırlıq məntəqəsinə gətirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş şəxslər müharibə veteranı sayıla bilməz. İddiaçının döyüş əməliyyatları aparılan zaman N may N994-cü il tarixdən yəni N nömrəli hərbi hissəni tərk etdikdən sonra N7 nömrəli hərbi hissəyə qayıdanadək harada olması barədə heç bir məlumat yoxdur. Müdafiə Nazirliyi hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməməsi, onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi hallarının olmaması ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi olmasını təsdiq edən hal deyildir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquq əsasları baxımından hüquqi qiymət verərək hesab edirik ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumlar tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakın, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində N may N994-cü il tarixdən hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Müdafiə Nazirliyi hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.202N-ci il tarixli məktubundan görünür ki, Mərkəzi arxivin xx.xx.202N-ci il tarixli, 9/2-N429 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xx.xx.N994-cü il tarixdə N nömrəli hərbi hissədə xidmət yerini özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərar ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N429 saylı arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin iyun-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.202N-ci il tarixli arayışından görünür ki, İddiaçı məhkumluğu yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilən normaların məzmunundan aydın olur ki, veteran adı və müvafiq veteran vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə verilir. Lakin, hazırkı iş üzrə iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. əlavə olaraq, Yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Lakin iddiaçı yuxarıda qeyd edilən halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş arxiv arayışında da iddiaçının hərbi xidmətdən tərxisi ilə bağlı əmrin olduğu müəyyən edilməmiş, əksinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il 9/2-N429 saylı arxiv arayışında onun N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N23 nömrəli əmrində hərbi hissəni özbaşına tərk etdiklərinə görə Silahlə QÜvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixili Direktivinə müvafiq olaraq, şəxsi heyətin siyahısından çıxarılaraq hərbi biletləri və müvəqqəti vəsiqələri, adlı siyahı tərtib olunaraq Respublika Hərbi Komissarlığına təhvil verilmiş əsgərlərin siyahısında İddiaçı adının qeyd edildiyi bildirilmişdir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində hərbi hissəni özbaşına tərk edən şəxslərə müharibə veteranı adının və statusunun verilməsinin istisna edildiyi imperativ olaraq öz əksini tapmışdır. İddiaçı isə qeyd olunan halı təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar